Ana səhifə »  Qəzetin pdf formatı »  Dövlət Gömrük Komitəsinin Akademiyasında “Konstitusiya günü” qeyd olunub
A+   Yenilə  A-
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Konstitusiya günü” qeyd olunub

Noyabrın 12-də Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Konstitusiya günü”nə həsr olunmuş tədbir keçirilib.

Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi və oxunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə akademiyanın rəisi, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açaraq bildirib ki, “Konstitusiya günü” Azərbaycanın əlamətdar tarixləri sırasında dövlət, dövlətçilik, xalqın taleyi, gələcəyi və inkişafı ilə bağlı çox mühüm bir tarixi gündür. Dünyada 5000 milli-etnik qrupa aid xalq və millətlərin mövcud olduğunu deyən akademiyanın rəisi onlardan yalnız 200-ə qədərinin öz dövlətini qura bildiyini diqqətə çatdırıb.

Q.Novruzov 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşının qeyd edildiyini xatırladaraq, Azərbaycan xalqının 100 il bundan əvvəl öz dövlətini yaratdığını, dövlətçilik tarixi ənənəsinə malik olduğunu bildirib. “Konstitusiya günü”nün bayram kimi qeyd edilməsinin əhəmiyyətindən danışan akademiyanın rəisi xüsusilə gənclərin bu məsələnin mahiyyətinə varmalarının vacib olduğunu qeyd edib, “bu günün mahiyyətini anlamaq hər birimiz üçün ümdə vəzifədir”, - deyə o bildirib. Konstitusiyanın hər bir dövlətin əsas sənədi hesab edildiyini vurğulayan Q.Novruzov dövlətin bütövlükdə qanunvericilik bazasının bilavasitə Konstitusiya ilə bağlı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın dünya dövlətləri sırasında özünə layiqli yer tutması, daha da inkişaf etmiş dövlət olması, rəqabət qabiliyyətli olması, dayanıqlı inkişafın təmin olunması üçün gənclərin bacarığı, səriştəsi, dövlət və dövlətçilik təfəkkürünə malik olması çox əhəmiyyətlidir.

Gömrük xidmətinin dövlətin təhlükəsizliyi, o cümlədən milli təhlükəsizliyi ilə bağlı xüsusi missiya daşıdığını nəzərə çatdıran natiq bu ali təhsil ocağında bu cür tədbirlərin əhəmiyyətinin çox böyük olduğunu deyib. Azərbaycanın dünyada layiqli yer tutması üçün gənclərin, xüsusilə Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrinin bilikli, savadlı, öz dünyagörüşü ilə beynəlxalq səviyyədə rəqabətə girə bilmək bacarığının olmasının vacibliyini qeyd edib. Q.Novruzov ulu öndər Heydər Əliyevin Azərbaycan Konstitusiyasının hazırlanmasında əvəzolunmaz xidmətlərindən söz açaraq, Azərbaycanın bugünkü hərtərəfli inkişafının məhz Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi və rəhbərliyi ilə həyata keçirilən siyasi strategiya nəticəsində ölkəmizin yüksək inkişaf dinamikasına malik olduğunu vurğulayıb, akademiyanın tələbələrini və əməkdaşlarını “Konstitusiya günü” münasibətilə təbrik edib.

Akademiyanın müəllimi Elşad Nəsirov “Konstitusiya hər bir Azərbaycan vətəndaşının hüquqlarının və azadlıqlarının təminatçısıdır” mövzusunda məruzə ilə çıxış edib. O, öz məruzəsində Azərbaycan Konstitusiyasının inkişaf tarixindən danışaraq, ölkəmizin keçdiyi tarixi yola qısa ekskurs edib. Sovet hakimiyyəti illərində Azərbaycanda dörd dəfə Konstitusiyanın qəbul edildiyini və dəyişikliklərin olunduğunu diqqətə çatdıran natiq, Azərbaycanın sayca dördüncü Konstitusiyasında məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunduğunu qeyd edib.

E.Nəsirov 1991-ci ildə Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulunu xatırladaraq, 1995-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə ilk milli Konstitusiyanın hazırlanması ilə bağlı xüsusi komissiyanın yaradıldığını nəzərə çatdırıb. Nəhayət, 1995-ci il noyabrın 12-də ilk milli Konstitusiyanın referendum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul edildiyini deyib. E.Nəsirov Konstitusiyanın müddəalarına ayrı-ayrılıqda nəzər salaraq, Azərbaycan Konstitusiyasının layihəsinin demokratik dövlətlərin konstitusiya müddəaları əsasında hazırlandığını da vurğulayıb. O, 2002, 2009, 2016-cı illərdə Azərbaycan Konstitusiyasına referendum yolu ilə edilən dəyişiklikləri dünya iqtisadi məkanına sürətlə inteqrasiya edən ölkəmizin inkişafı ilə bağlı zərurət kimi qiymətləndirib. Sonda, bayram münasibətilə akademiya tələbələrinə təbriklərini çatdırıb.

Tədbirin sonunda “Konstitusiya günü”nə həsr olunmuş videoçarx nümayiş olunub.

 
  • Oxunub:  2730  |  
  • Tarix:  12-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir

19 Fevral 16:23
Əli Əhmədov: Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir
19 Fevral 15:46
Aydın Hüseynov: Prezidentin bu Fərmanından sonra Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq
19 Fevral 15:24
Statistika Komitəsi ilə UNICEF-in əməkdaşlığının prioritetləri müzakirə edilib
19 Fevral 15:21
Azərbaycan ABŞ-ın ən böyük turizm sərgisində təmsil olunub
19 Fevral 14:55
Dövlət gerbinin istifadəsi qaydalarına dair qanun layihəsi parlamentin iclasında sonuncu oxunuşda qəbul olunub
19 Fevral 14:44
Milli Məclisin gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilib
19 Fevral 14:40
Həştərxanda RAGB-nin təşəbbüsü ilə keçirilən “Xəzər-2019 mükafatı” festivalının qalibləri elan edilib
19 Fevral 14:30
Səttar Möhbalıyev: Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər
19 Fevral 14:18
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar
19 Fevral 14:06
Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirilir
19 Fevral 13:37
Milli Məclisdə Dövlət himnimizin istifadəsi qaydaları ilə bağlı qanun layihəsi sonuncu oxunuşda qəbul edilib
19 Fevral 12:27
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Fevral 12:24
“Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə olub
19 Fevral 12:20
Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilir
19 Fevral 12:17
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb
19 Fevral 12:15
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək
19 Fevral 12:11
Xələf Xələfov: Xəzərin statusu barədə Konvensiya Xəzəryanı ölkələrin tarixində yeni səhifədir
19 Fevral 12:06
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Fevral 11:54
Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
19 Fevral 11:48
Şirvanda yeddi gündə 8 min nəfərdən çox sakin kütləvi tibbi müayinədən keçib
19 Fevral 11:39
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
19 Fevral 11:36
Mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqi müzakirə olunub
19 Fevral 11:12
Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçiriləcək
19 Fevral 11:10
Fevralın 26-sı ümumtəhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr ediləcək
19 Fevral 11:09
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyi qeyd olunub
19 Fevral 11:08
ADU-nun kollektivi: Təqaüdlərin artırılması təhsil alan gənclərin daha yaxşı yaşamasına istiqamətlənib
19 Fevral 10:56
Asiya İnkişaf Bankı Azərbaycanda bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərməyə hazırdır
19 Fevral 10:39
Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə 729 milyon dollarlıq məhsul göndərilib
19 Fevral 10:38
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
19 Fevral 09:58
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir
19 Fevral 09:58
Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
19 Fevral 09:56
Siyavuş Novruzov: Bələdiyyələr ələbaxımlılıqdan qurtulmalıdır
19 Fevral 09:53
Azərbaycan-Rusiya münasibətlərinin inkişafında dinlərarası dialoqun xüsusi rolu var
19 Fevral 09:50
Hikmət Babaoğlu: Ermənistan çalışır ki, danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlasın, ancaq bu, mümkün deyil
19 Fevral 09:50
Prezident İlham Əliyevin vətəndaşların fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə göstərişlərinə uyğun olaraq mühüm layihələr icra edilib
19 Fevral 09:48
Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir
19 Fevral 09:44
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib
19 Fevral 09:43
Azərbaycanın regionlarında sahibkarlara çoxşaxəli dəstək tədbirləri həyata keçirilir
18 Fevral 21:27
Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar
18 Fevral 21:09
Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər
18 Fevral 21:02
Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər
18 Fevral 20:35
Ombudsman təsisatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş olub
18 Fevral 20:30
Qətər qəzetləri Azərbaycan həqiqətlərindən yazır
18 Fevral 20:28
Azərbaycanın yanvarda ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
18 Fevral 20:25
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ölkəyə çevrilir
18 Fevral 19:13
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir
18 Fevral 19:05
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsraildə yad olunacaq
18 Fevral 19:02
Kürdəmir: ümumi məhsul buraxılışının 39,9 faizi kənd təsərrüfatının payına düşüb
18 Fevral 18:50
Azərbaycan və Avstriya dəmir yolları arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
18 Fevral 18:28
Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
18 Fevral 18:00
Nazir: Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18 Fevral 17:29
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 17:28
İsa Həbibbəyli: Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir
18 Fevral 17:19
Hikmət Babaoğlu: İşğalçı ölkə Azərbaycanın verdiyi dərsi unuda bilmir
18 Fevral 17:16
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
18 Fevral 17:01
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18 Fevral 17:00
Prezident İlham Əliyev: Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur
18 Fevral 16:55
Teodore Doriç: Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi tolerantlıq barədə nəzəri biliklərimizi artırdı
18 Fevral 16:47
Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb
18 Fevral 16:42
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçıları qanunvericilik prosesi barədə məlumatlandırılıb
18 Fevral 16:37
“Məcburi əməyin və insan alverinin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
18 Fevral 16:33
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Fevral 16:29
Qorxmaz Hüseynov: Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib
18 Fevral 16:23
YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
18 Fevral 16:17
Azərbaycan Prezidenti: “SOCAR Polymer” qeyri-neft ixracını 15 faiz artıracaq
18 Fevral 15:55
Prezident İlham Əliyev: “SOCAR Polymer”in tam gücü ilə işə başlaması əlamətdar hadisədir
18 Fevral 15:50
Gömrükçülər Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi üzrə Türkiyə təcrübəsini öyrənir
18 Fevral 15:47
Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasına həsr olunan seminar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+2 +3
gecə+2 +3