Ana səhifə »  Qəzetin pdf formatı »  Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
A+   Yenilə  A-
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə noyabrın 13-də Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Slovakiya rəsmiləri ilə yanaşı, sənaye, energetika, İKT, maşınqayırma, kimya, qida, dəmir yolları, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 200-ə yaxın şirkətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev biznes forumun birbaşa danışıqlar aparmaq və işgüzar dairələr arasında əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirmək üçün əlverişli platforma olduğunu, tədbirin iş adamlarına konkret layihələrlə bağlı müzakirələr aparmaq üçün imkan verəcəyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri, o cümlədən Slovakiya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu gün Azərbaycan və Avropa İttifaqı arasında geniş əməkdaşlıq mövcuddur. Çoxsaylı işgüzar forumlar, tədbirlər, imzalanmış sənədlər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu və davam edən birgə layihələr uğurlu iqtisadi əməkdaşlığın nümunələridir.

Avropa İttifaqının Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olduğunu deyən nazir bildirib ki, 2017-ci ildə Aİ-nin Azərbaycanın ticarət dövriyyəsində payı 42 faiz (9,4 milyard dollar) təşkil edib və 2018-ci ilin 9 ayında 26 faiz artaraq 9 milyard dollardan çox olub.

Nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsi bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artıb. Hazırda Azərbaycanda xidmət, ticarət, tikinti, nəqliyyat və s. sahələrdə Slovakiya sərmayəli 11 şirkət fəaliyyət göstərir. Bununla belə, ölkələrimiz arasında qarşılıqlı ticarət, iqtisadi və investisiya əməkdaşlığını daha da inkişaf etdirmək imkanları var. İqtisadiyyat naziri Azərbaycan və Slovakiya arasında sənaye, energetika, kənd təsərrüfatı, turizm, İKT və nəqliyyat sahələrində əməkdaşlıq üçün potensialı qeyd edib, hər iki ölkənin işgüzar dairələrini əlverişli biznes mühitdən istifadə etməyə, Azərbaycan və Slovakiya arasında ticari-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək qarşılıqlı faydalı birgə layihələr həyata keçirməyə dəvət edib.

Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar və beynəlxalq maliyyə institutlarının hesabatlarında ölkəmizin mövqeyinin yaxşılaşması barədə də məlumat verib. Qeyd olunub ki, Azərbaycan Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzidir. Cənubi Qafqazda ÜDM istehsalının 60 faizdən çoxu Azərbaycanın payına düşür. Azərbaycanı xarici investisiyalar üçün cəlbedici edən xüsusiyyətlər ölkənin tranzit potensialı, reallaşdırılan regional layihələr, əlverişli biznes mühiti və sairdir. Azərbaycanın uğurları beynəlxalq maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, 10 islahatçı ölkədən biri olub.

Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini Azərbaycana səfərindən məmnunluğunu bildirib, biznes forumda çoxlu sayda iş adamının iştirak etməsinin əlaqələrin inkişafına verilən önəmin göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan qısa müddət ərzində böyük inkişaf yolu keçib, regionun önəmli ölkələrindəndir. Peter Pelleqrini Slovakiya iş adamlarının energetika, bərpa olunan enerji, maşınqayırma, kimya, İKT və s. sahələrdə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib, biznes forumun əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini deyib. Vurğulanıb ki, yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması, eləcə də ölkələrimiz arasında birgə Hökumətlərarası Komissiyanın yaradılması nəzərdə tutulur.

Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Slovakiyanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin (SARİO) rəhbəri Tibor Buçek və SARİO-nun nümayəndəsi Tomaş Şandor müvafiq olaraq Azərbaycanın və Slovakiyanın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər.

Biznes forumda Slovakiya iş adamları fəaliyyətləri barədə məlumat verib, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

 
  • Oxunub:  1830  |  
  • Tarix:  13-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Polşanın “Ambasador” jurnalı: Azərbaycan Avropaya doğru

17:31
19 Dekabr
Mir Cəlal Paşayevin “Ədəbi tənqid” və “Publisistika” kitablarının təqdimatı olacaq
17:22
19 Dekabr
Musiqi məktəbinin “Əməkdar müəllim” adına layiq görülən əməkdaşlarına mükafatlar təqdim edilib
17:20
19 Dekabr
Azərbaycana gələn turistlərin sayı 6,1 faiz artıb
17:12
19 Dekabr
Elman Nəsirov: Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malikdir
16:38
19 Dekabr
Azərbaycan Dövlət Pedaqoji Universitetində akademik Ramiz Mehdiyevin kitabının təqdimatı olub
16:31
19 Dekabr
Müdafiə Nazirliyində ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair geniş kollegiya iclası keçirilib
16:19
19 Dekabr
ADNSU-nun nümayəndə heyəti Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olub
16:00
19 Dekabr
Türkiyədə yaşayan soydaşlarımızın sosial məsələlərinə dair müzakirələr aparılıb
15:57
19 Dekabr
Dövlət Turizm Agentliyi ilə Həştərxan vilayəti arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub
15:30
19 Dekabr
Baş Nazir Novruz Məmmədovun sədrliyi ilə Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
15:28
19 Dekabr
“Elmin populyarlaşdırılmasında KİV-lərin rolu” mövzusunda müzakirələr aparılıb
15:24
19 Dekabr
Yelkənçilərimiz İzmirdə təlim-məşq düşərgəsində iştirak edəcəklər
14:54
19 Dekabr
Fernando Alonso: 2018-ci ildə ən yaxşı yürüşüm Bakıda olub
14:53
19 Dekabr
Mihal Svantner: Azərbaycan alimləri və startapçıları ilə aparılan fikir mübadiləsi gələcəkdə böyük problemlərin həllinə imkan verəcək
14:39
19 Dekabr
AzMİU-da respublika elmi-praktik konfransı keçirilib
14:25
19 Dekabr
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
14:16
19 Dekabr
Frensis Qarri: Azərbaycanda gənclərin innovasiya sahəsində fəallığını gördüm
14:15
19 Dekabr
Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi barədə məqalə dərc olunub
14:09
19 Dekabr
Baş konsul: Ermənistan Azərbaycana qarşı ekoloji soyqırımı törədir
14:05
19 Dekabr
Gələn il Birləşmiş Ərəb Əmirliklərində və Qazaxıstanda "Azərbaycan Ticarət Ev"ləri açılacaq
14:03
19 Dekabr
“UEFA Avropa Liqası 2019”un Azərbaycan Memarlıq və İnşaat Universitetində təqdimatı olub
13:32
19 Dekabr
Bu il Xalça Muzeyinin fəaliyyətində bir sıra nailiyyətlərlə yadda qalıb
13:24
19 Dekabr
Azərbaycan-Türkiyə 11-ci yüksək səviyyəli hərbi dialoq iclası işini davam etdirir
13:21
19 Dekabr
Azərbaycan İlahiyyat İnstitutu Türkiyənin universitetləri ilə əməkdaşlığa başlayır
12:57
19 Dekabr
İl ərzində nostrifikasiya ilə əlaqədar Təhsil Nazirliyinə 3570 müraciət daxil olub
12:55
19 Dekabr
MM-in deputatı: Ölkəmizdə səhiyyənin inkişafı daim diqqət mərkəzindədir
12:53
19 Dekabr
Ülviyyə Həmzəyeva: Azərbaycanda yaradıcı insanlara yüksək dövlət qayğısı göstərilir
12:40
19 Dekabr
Azərbaycanla Rusiyanın Kurqan vilayəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
12:34
19 Dekabr
Yanvar-noyabrda Azərbaycandan MDB ölkələrinə 1 milyard dollar dəyərində məhsul ixrac olunub
12:29
19 Dekabr
“ASAN xidmət”in yeni siması - Mr.ASANT
12:18
19 Dekabr
"Azərbaycan dövlətçilik tarixinin parlaq səhifələri" mövzusunda respublika elmi konfransı keçirilib
12:04
19 Dekabr
Azərbaycan yaxın vaxtlarda Birləşmiş Ərəb Əmirliyinə fındıq ixrac edəcək
11:59
19 Dekabr
Həştərxan vilayətinin nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
11:50
19 Dekabr
Səyyar “ASAN xidmət” qatarının növbəti ünvanı Şirvan şəhəri olub
11:42
19 Dekabr
Azərbaycan “Zolotoy klyuçik” adlı Xəzəryanı ölkələrin XXV yubiley festivalında iştirak edib
11:39
19 Dekabr
Naxçıvan şəhəri qürurla daşıdığı İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla başa çatdırdı
11:25
19 Dekabr
Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının V qurultayı keçirilir
11:18
19 Dekabr
Azərbaycanda insan kapitalı üzrə yüksək səviyyəli forum işə başlayıb
11:12
19 Dekabr
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib
10:53
19 Dekabr
Azərbaycan müdafiə nazirinin müavini Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
10:26
19 Dekabr
Hikmət Hacıyev: Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün xarici ölkələrlə yorulmadan işləyəcək
10:22
19 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 24 dəfə pozub
10:19
19 Dekabr
Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb
20:36
18 Dekabr
Xorvatiya parlamentinin sədr müavini Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
20:07
18 Dekabr
Məcburi köçkünlərlə növbəti görüş olub
19:58
18 Dekabr
Qida Təhlükəsizliyi Agentliyi media nümayəndələri üçün təlimlərə başlayıb
19:36
18 Dekabr
Ankarada Azərbaycan-Türkiyə 11-ci yüksək səviyyəli hərbi dialoq iclası keçirilir
19:28
18 Dekabr
KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
19:16
18 Dekabr
Polşanın “Ambasador” jurnalı: “Azərbaycan Avropaya doğru”
19:10
18 Dekabr
Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib
19:02
18 Dekabr
Yeni il münasibətilə Gəncənin baş meydanında bayram tədbirlərinə başlanılıb
17:54
18 Dekabr
Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb
17:53
18 Dekabr
SOCAR-ın strukturuna daxil olan qurumlarda dini maarifləndirmə tədbirləri keçirilib
17:51
18 Dekabr
Səməd Seyidov: Avropa Parlamentində qəbul edilən sənəd gözlənilən nəticə idi
17:50
18 Dekabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
17:42
18 Dekabr
Hikmət Babaoğlu: Azərbaycanda kibercinayətkarlığa qarşı polis orqanlarında xüsusi qruplar yaradılmalıdır
17:38
18 Dekabr
ADU-da “KİV-lərdə Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda müzakirələr aparılıb
17:36
18 Dekabr
Vüqar Rəhimzadə: Milli Ordumuzun güclü, qüdrətli olması işğal altında olan torpaqlarımızın azad olunmasına gedən yoldur
17:35
18 Dekabr
263 şəhidin 423 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib
17:33
18 Dekabr
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub
17:31
18 Dekabr
Bir sıra Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında dəyişikliklər edilib
17:29
18 Dekabr
Mamuka Baxtadze: Gürcüstan Cənubi Qafqaz və digər region dövlətləri ilə əlaqələrə xüsusi diqqət yetirir
17:25
18 Dekabr
Milli Kitabxananın kollektivi Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olub
17:22
18 Dekabr
Cənubi Qafqaz iki geosiyasi tendensiya arasında: risklər, yaxud sabitlik?
17:20
18 Dekabr
Əlilliyi olan 72 nəfər Naxçıvandakı müalicə müəssisələrinə göndərilib
17:16
18 Dekabr
“Olimpiya Gündəliyi 2020” Komissiyasının ikiillik hesabatı təqdim olunub
17:08
18 Dekabr
Gədəbəyin 8 yaşayış məntəqəsi qazlaşdırılıb
17:03
18 Dekabr
Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnamə BMT Baş Assambleyasında qəbul edilib
16:55
18 Dekabr
Braziliyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib
16:52
18 Dekabr
Azərbaycan on bir ayda ən çox bu ölkələrə məhsul ixrac edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6