Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir

Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir

14.11.2018 [16:04]

Ətraf mühitin mühafizəsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Bu sözləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Bakı Ekspo Mərkəzi”ndə keçirilən IX Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisinin açılış mərasimində söyləyib.

Nazir Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin ekologiyaya dair fikirlərini xatırladaraq deyib: “Ağacların kəsilməsi halları azalıb, amma tam aradan qaldırılmayıb. Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün”.

Sərginin keçirilməsinin nazirlik üçün əlamətdar hadisə olduğunu bildirən nazir deyib: “Çox fərəhləndirici haldır ki, ölkəmizdə ətraf mühit mövzusuna həsr olunmuş sərgilərin təşkili artıq ənənəyə çevrilib və bu tədbirlər beynəlxalq şirkətlərin maraq dairəsinə daxil olub. Builki sərgidə Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, Finlandiya, İtaliya, Ukrayna da olmaqla ümumilikdə 8 ölkədən 43 şirkət iştirak edir.

Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Sərginin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətləri, dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirmək, perspektivli əməkdaşlıq əlaqələri qurmaq və təcrübə mübadiləsi aparmaqdır.

Ekologiya mövzusuna həsr olunmuş sərgilərin keçirilməsi ətraf mühitə dost texnologiyaların nümayiş etdirilməsi ilə yanaşı, əhalinin ekoloji maarifləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır.

Bu il keçirilən sərgidə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, plastik və polietilen tullantıların utilizasiyası, təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz məhsulları, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və s. mövzularda yeni texnologiyaların və təcrübələrin nümayiş etdirilməsi nəzərdə tutulub”.

Nazir bildirib ki, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə və insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir: “Azərbaycan qədim neft ölkəsidir. Dünyada ilk dəfə sənaye üsulu ilə neft XIX əsrdə Azərbaycanda hasil edilib. XX əsrdə isə ilk dəfə olaraq, dünyada dəniz yataqlarından neft yenə də Xəzər dənizində, Azərbaycanda hasil edilib. Lakin inkişaf, təəssüf ki, özü ilə bərabər problemlər də gətirir. Sirr deyil ki, əsas ekoloji problemlər keçmişdən miras qalıb.

Bu gün Azərbaycan müstəqil dövlət kimi inkişaf edir və ekoloji problemlərin həllinə müstəqil şəkildə müəyyənləşdirdiyi strategiya ilə yanaşır. Hazırda çirklənmiş ərazilərin bərpası, tullantıların idarə olunması, təbii ehtiyatların mühafizəsi və səmərəli istifadəsi, yaşıllıq ərazilərinin miqyasının genişləndirilməsi və s. istiqamətlərdə tədbirlər həyata keçirilir.

Biz şübhə etmirik ki, görülən və görüləcək tədbirlər nəticəsində yaxın zamanlarda Bakı və Abşeron yarımadasında, eləcə də ölkəmizin digər yerlərində ekoloji vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. Azərbaycan vətəndaşları təmiz ekoloji şəraitdə yaşayacaqlar”.

Muxtar Babayev sərgi çərçivəsində ilk dəfə olaraq beynəlxalq elmi konfransların keçiriləcəyini diqqətə çatdırıb: “Noyabrın 15-də keçiriləcək “Balıq ovlamadan davamlı akvakulturaya və dəniz ekosistemlərinin qorunmasına doğru” mövzusunda regional elmi konfransın məqsədi Xəzər dənizində balıq ehtiyatlarının, xüsusilə də nərəcinsli balıqların azalması, qeyri-qanuni balıq ovunun mənfi təsirləri, akvakulturanın inkişaf prioritetləri və imkanları mövzuları ətrafında fikir mübadiləsi aparmaq və problemlərdən çıxış yollarının müzakirəsindən ibarətdir.

Noyabrın 16-da keçiriləcək “Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfransın məqsədi isə bioloji müxtəlifliyin qorunması, regionun təbii bərpa sahəsində potensialının inkişafı üçün prioritetləri müəyyənləşdirmək və regional əməkdaşlığı genişləndirməkdir.

Bundan əlavə tədbir əsnasında Avropa İttifaqı tərəfindən maliyyələşən Tvinninq layihəsi çərçivəsində “Müasir Ekoloji Monitorinq Sistemləri və Ətraf Mühitin İdarəedilməsi üzrə Nümunəvi Təcrübələr” mövzusunda seminar da keçiriləcək. Seminarın əsas məqsədi Azərbaycanda ekoloji monitorinqin mövcud vəziyyəti, gələcəkdə təkmilləşdirilməsi üzrə əsas tələblər və prioritet sahələri işıqlandırmaqdır.

Hər üç tədbirdə hə yerli, həm də tanınmış xarici mütəxəssislərin iştirakı ilə təcrübə mübadiləsi aparılacaq.

İnanıram ki, sərgi və konfranslar uğurla keçəcək və qarşıya qoyulan məqsədlərə nail olunacaq”.

Çıxışın sonunda nazir sərginin yüksək səviyyədə təşkilinə görə “Caspian Event Organisers” şirkətinə və verdiyi dəstəyə IDEA İctimai Birliyinə bir daha öz təşəkkürünü bildirib.

Qeyd edək ki, oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərinin daim diqqət mərkəzində olmasının önəmini qeyd edib.

Paylaş:
Baxılıb: 259 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30