Ana səhifə »  Qəzetin pdf formatı »  Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
A+   Yenilə  A-
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq

“2019-cu ilin dövlət büdcəsi “Büdcə sistemi haqqında” qanunun və digər aidiyəti qanunvericilik aktlarının təldəblərinə uyğun hazırlanıb. Əminəm ki, Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin prioritet istiqamətlərini özündə ehtiva edən növbəti ilin dövlət büdcəsi ölkənin davamlı inkişafının təmin edilməsi istiqamətlərində qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq”. Bu fikirləri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatların yeni mərhələsində həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində cari ildə ölkəmizin dayanıqlı inkişafının təmin edildiyini qeyd edən deputat bildirib ki, sosialyönümlü bazar iqtisadiyyatının qurulması istiqamətində görülmüş önəmli işlər, ilboyu infrastruktur layihələrin uğurla icra olunması, yeni müəssisələrin açılması və iş yerlərinin yaradılması iqtisadi siyasətimizin prioritet istiqamətlərini təşkil edib.

“Bu baxımdan cənab Prezidentin söylədiyi “Biz investisiyaların təşviqi ilə bağlı çox önəmli addımlar atmışıq, yeni mexanizm işlənilib. Təkcə aparılan islahatlar nəticəsində, investisiya təşviqi mexanizmi işə düşəndən sonra yerli sahibkarlar ölkə iqtisadiyyatına 2 milyard manatdan çox sərmayə qoyublar” fikrini xüsusi vurğulamaq istərdim. Təbiidir ki, bütün bölgələrimizi, o cümlədən millət vəkili kimi təmsilçisi olduğum Goranboy, Ağdam və Tərtər rayonlarını da əhatə edən davamlı inkişafımızın məntiqi nəticəsi olaraq bir sıra nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən ölkəmizdə aparılan islahatlar yüksək dəyərləndirilir. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business – 2019” reytinq cədvəlində Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerdən 25-ci yerə yüksəlib. Eyni zamanda "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pilləlik irəliləyiş təmin olunub ki, bu da zənnimcə çox ciddi nailiyyətdir”.

Ağalar Vəliyevin sözlərinə görə, təsadüfi deyil ki, "Doing Business" hesabatında islahat səviyyəsinə görə Azərbaycan postsovet məkanında ikinci, MDB məkanında isə birinci ölkədir:

“Heç şübhəsiz ki, bütün bu uğurlar dövlət başçımızın həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətimizin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir".

Deputat qeyd edib ki, büdcə zərifində 2019-cu il üçün dövlət büdcəsinin gəlirləri 22,9 milyard manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 28 faizini təşkil edir.

“Vergilər Nazirliyi üzrə proqnoz məbləği 7,3 milyard manat olmaqla ÜDM-in 8,9 faiz həcmində nəzərdə tutulur ki, bu da 2017-ci ilin icrası ilə müqayisədə 4,9 faiz çoxdur. Vergi yığımı kontekstində bir məsələyə ayrıca toxunmaq istərdim. Belə ki, qələn il üçün fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 880 milyon manat nəzərdə tutulub ki, bu da cari ilin proqnozu ilə müqayisədə 316 milyon manat azdır. Bizlərə təqdim olunan materiallardan aydın görünür ki, müvafiq daxil olmaların azadılması üçün kifayət qədər əsas vardır. Belə ki, cənab Prezidentin 9 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planında” ölkədə qeyri-rəsmi məşğulluğun leqallaşdırılması və vergi yükünün azaldılması məqsədilə 1 yanvar 2019-cu ildən etibarən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdla işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 min manatadək olduqda onların gəlir vergisindən azad edilməsi, gəlir 8 min manatdan çox olduqda isə vergi dərəcəsinin 25 faizdən 14 faizədək endirilməsi və beləliklə də vergi daxilolmalarının azaldılması nəzərdə tutulub”.

Ağalar Vəliyevin fikrincə, bu, özəl sektorda maliyyə intizamının möhkəmləndirilməsinə, vergi mədəniyyətinin yüksəldirməsinə, şəffaflığın artırılmasına və işcilərin sosial müdafiəsinin gücləndirilməsinə çox müsbət təsir göstərəcək. Ağalar Vəliyev deyib ki, büdcə zərfində Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnoz məbləği 3,5 milyard manat olmaqla ÜDM-in 4,2 faizi həcmində nəzərdə tutulur ki, bu da 2017-ci ilin icrası ilə müqayisədə 32,3 faiz çoxdur. Onun sözlərinə görə, Neft Fondundan dövlət büdcəsinə transfertlər 11,4 milyard manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 3,6 faiz yüksəkdir:

“Ölkənin 34 şəhər və rayonunun xərclərinin öz gəlirləri hesabına təmin edilməsini gələn ilin büdcə zərfinin ən müsbət məqamlarından biri kimi xarakterizə edərdim. Belə ki, 2019-cu il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər paytaxt da daxil olmaqla 736,8 milyon manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 83,4 milyon manat və ya 12,8 faiz çoxdur.

Növbəti ildə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə dotasiyasının yerli xərclərin tərkibində xüsusi çəkisi 12,4 faiz təşkil edəcək ki, bu da cari ilin müvafiq göstəricisindən 2,6 faiz yüksəkdir. Gələn ilin büdcə xərclərini təhlil edərkən büdcə zərfində xərclərin 24,8 milyard manat olmaqla ÜDM-in 30,2 faizini təşkil etdiyini görərik”.

Millət vəkili qeyd edib ki, son illərdə olduğu kimi, 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlüyü saxlanılıb, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra proqramların reallaşdırılmasına müvafiq məbləğlərdə maliyyə vəsaitinin yönədilməsi nəzərdə tutulub ki, bu da təqdirəlayiqdir.

 
  • Oxunub:  3450  |  
  • Tarix:  14-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

25 May 19:43
Milli Məclisin deputatları Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər
25 May 19:40
Aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb
25 May 19:37
Maykl Ouen: Bakı çox inkişaf edib, gözəlləşib və müasirləşib
25 May 19:34
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25 May 18:47
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25 May 18:28
Qusarda “Oxu günü” təşkil olunub
25 May 18:11
Kiyevdə Nəsiminin heykəlinin rəsmi açılış mərasimi Ukrayna mətbuatında işıqlandırılıb
25 May 18:10
28 May - Respublika Günü İstanbulda qeyd edilib
25 May 18:01
Almaniyalı məşqçi: Bakıda özümüzü doğma vətənimizdəki kimi hiss edirik
25 May 17:48
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
25 May 17:21
Leyla Abdullayeva: Monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi absurddur
25 May 16:17
Avroliqanın final oyunu ilə əlaqədar 450-dək avtobus ayrılacaq
25 May 15:47
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25 May 15:45
Qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən effektiv istifadə məsələləri müzakirə edilib
25 May 15:26
Dövlət Gömrük Komitəsinin sədri “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub
25 May 15:19
Azərbaycan-Fransa parlamentlərarası münasibətləri müzakirə edilib
25 May 14:43
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
25 May 14:41
Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qaxda vətəndaşları qəbul edib
25 May 14:39
“Intermountain Jewish News” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır
25 May 14:30
Əli Əhmədov: Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır
25 May 14:25
Eldəniz Səlimov: Hər hansı “qarayaxma” kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vura bilməyəcəklər
25 May 14:24
Taleh Ziyadov: Bakı Limanının daşıma əməliyyatlarında artım proqnozlaşdırılır
25 May 14:01
Əli Əhmədov: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir
25 May 13:57
Rauf Əliyev: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir
25 May 13:55
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
25 May 13:53
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25 May 13:45
YAP-ın Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
25 May 13:30
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25 May 13:21
Bakıda ilk dəfə “Port Festival” keçirilir
25 May 13:06
Əbülfəs Qarayev: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
25 May 13:02
Baş nazirin müavini: Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir
25 May 13:00
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25 May 12:59
Hüseynbala Mirələmov: “Erməni havasına oynayan” təşkilatlar heç nə əldə etməyəcəklər
25 May 12:54
Mədət Quliyev: Dövlət başçısı sükanı düzgün saxlamasa, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz
25 May 12:37
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25 May 11:41
Giorgi Volski: Gürcüstan ilə Azərbaycan arasında danışıqlar strateji tərəfdaşlıq əsasında aparılmalıdır
25 May 11:26
ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
25 May 11:02
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb
25 May 10:36
“SÖZ” layihəsi yeni təqdimatda
25 May 10:30
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir
25 May 10:28
Bakıda “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilir
25 May 10:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı olub
25 May 10:24
UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib
25 May 10:22
YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
25 May 10:17
Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu
25 May 10:15
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatında tədbir keçirilib
25 May 10:08
“Nar”-ın da dəstəyi ilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
25 May 10:06
Azərbaycanın bölgələrində yeni xalçaçılıq müəssisələri yaradılır
25 May 10:03
“Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında Azərbaycan-Misir mədəni əlaqələrindən danışılıb
24 May 21:52
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
24 May 21:50
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsindən danışıb
24 May 21:48
Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
24 May 21:45
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib
24 May 21:39
Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub
24 May 21:35
BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri
24 May 21:23
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub
24 May 21:18
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
24 May 21:16
28 May - Respublika Günü Uruqvayda qeyd edilib
24 May 21:13
Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24 May 21:04
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24 May 20:44
Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi” açılıb
24 May 20:43
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24 May 20:40
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24 May 20:38
Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib
24 May 20:34
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar
24 May 19:31
Donald Tramp: ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24 May 19:14
Vergilər Nazirliyində məcburi dövlət sosial sığortasına dair müzakirələr aparılıb
24 May 19:11
Metropoliten könüllüləri Avroliqanın xidmətində
24 May 19:07
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib
24 May 18:55
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA