Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Deputat: Fransanın bu addımı təkcə Cənubi Qafqazda deyil, Avropada da separatçı meyillərin güclənməsinə səbəb ola bilər

Deputat: Fransanın bu addımı təkcə Cənubi Qafqazda deyil, Avropada da separatçı meyillərin güclənməsinə səbəb ola bilər

16.11.2018 [14:06]

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Fransa çox ehtiyatlı olmalıdır. Bako Saakyanın Fransaya qanunsuz səfəri üçün imkan yaradan və separatçı rejimin nümayəndələrini qəbul edən rəsmi Paris bu addımı ilə beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, bu qanunsuz səfərin həyata keçirilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmaqla yanaşı, Azərbaycanın işğal altındakı ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət edir. Əgər Fransa münaqişənin həllinə həqiqətən töhfə vermək istəyirsə, onda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi qərəzsizliyini təmin etməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal altındakı ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasına çalışmalı, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarını birlikdə Parisə dəvət etməli və bu iki icma arasında bərabərhüquqlu əsasda etnik barışığı və dialoqu dəstəkləməlidir. Fransanın Azərbaycanın ərazilərinin işğalı və yüz minlərlə azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi bu ölkənin Azərbaycan ictimaiyyətində nüfuzuna ciddi zərbə vurur. Fransa açıq-aşkar ikili standartlara əsaslanan siyasət yürüdür.
Aydın Hüseynov deyib ki, Yeni Koledoniyada keçirilmiş referendumdan sonra Fransa Prezidenti çıxış edərək müstəmləkə ərazisi olan Kaledoniyanın Fransanın tərkibində qalmasına görə fəxr etdiyini bildirdiyi, Fransa hökuməti Korsikada separatizmə qarşı sərt siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur. Fransa şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək buradakı bir sıra şəhərlərimizlə sazişlər imzalayıblar. Fransa hökuməti tərəfindən bunun qarşısının alınması üçün heç bir tədbir görülmür. Həmin merlər, ilk növbədə, elə Fransa qanunlarını pozublar.
Fransa hökumətinin bu cür addımların atılmasına dəstək verməsi təkcə Cənubi Qafqazda deyil, Avropada da separatizm meyillərinin güclənməsinə səbəb ola bilər.

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30