Ana səhifə »  Qəzetin pdf formatı »  Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
A+   Yenilə  A-
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) XX Səlahiyyətli Konfransı başa çatıb. Azərbaycan bu konfransda yenidən BTİ-nin Şurasına üzv seçilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, BTİ-nin Səlahiyyətli Konfransı “İnkişaf üçün texnologiya” devizi ilə 2500-dən çox informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə rəhbər şəxsləri və mütəxəssisləri bir araya toplayıb.

Birləşmiş Millətlər Təşkilatının İKT sahəsi üzrə səlahiyyətli qurumu olan BTİ 193 üzv dövləti, 700-dən çox müəssisəni, 150-dən çox elmi təsisatı özündə cəmləşdirir. O, radiotezlik spektrindən qlobal istifadəni koordinasiya etmək, peyk orbitlərinin təyin olunmasında beynəlxalq əməkdaşlığı təşviq etmək, rabitə infrastrukturunu və rəqəmli bacarıqları inkişaf etdirmək, eləcə də geniş çeşidli rabitə sistemləri üçün dünya standartları yaratmaq, müasir rabitə və informasiya texnologiyalarını artan tələbata, cəmiyyətin inkişafına uyğun şəkildə inkişaf etdirmək vəzifələrini yerinə yetirir.

Dörd ildən bir keçirilən Səlahiyyətli Konfrans isə BTİ-nin ali qurumudur, ümumi strateji və maliyyə planlarının, fəaliyyət istiqamətlərinin müəyyən olunduğu, prinsipial qərarların qəbul edildiyi, təşkilatın seçkili vəzifələrinə seçkilərin keçirildiyi təsisatdır. Şura Səlahiyyətli konfranslararası müddətdə yüksək idarəetmə orqanıdır və onun əsas vəzifəsi telekommunikasiya sahəsində aidiyyəti məsələləri nəzərdən keçirmək və ittifaqın fəaliyyətinin, siyasəti və strategiyalarının günümüzün dinamik və sürətlə dəyişən telekommunikasiya mühitinin tələblərinə tam cavab verməsini təmin etməkdir. Bunun üçün 4 illik müddətdə hər il toplaşaraq cari fəaliyyət və maliyyə hesabatlarının qəbul edilməsi, iş proqramlarının əlaqələndirilməsi, büdcələrin təsdiqlənməsi və maliyyə və xərclərin monitorinqi təmin olunur, qəbul edilmiş qərarların icrasını yerinə yetirmək üçün tədbirlər görülür.

Oktyabrın 29-dan noyabrın 16-dək keçirilmiş builki konfransın açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş nazir Şeyx Məktum Bin Rəşid, BTİ-nin baş katibi Houlin Zao, ittifaqın üzv dövlətlərinin sahə üzrə nazirləri və digər rəsmi şəxslər iştirak ediblər. Azərbaycan bu mötəbər beynəlxalq tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

BTİ-nin baş katibi H.Zao açılış mərasimində çıxışı zamanı bildirib ki, dünyada 4 milyard insan hələ də internetdən istifadə etmir. Buna görə də Səlahiyyətli Konfrans çərçivəsində BMT-nin “Davamlı İnkişaf Məqsədləri”nə uyğun olaraq, 2020-ci ilədək bu məqsədlərə nail olmaq istiqamətində müzakirələr aparılacaq. O qeyd edib ki, BTİ üzv ölkələr arasında dövlət, özəl sektor və vətəndaş cəmiyyəti üçün bərabər şərait yaratmağı, İKT sektorunun inkişafını təmin etməyi, qarşıya qoyulan məqsədlərə qısa zaman ərzində çatmağı, eləcə də sahə üzrə gender balansı yaratmağı təşviq edir.

“Təhsil, səhiyyə, elektron hökumət və mobil bankçılıq sahəsində İKT-nin tətbiqi dünyada milyardlarla insana geniş imkanlar yaradır. “5G”, süni intellekt, irihəcmli məlumatlar və “Əşyalar interneti” kimi yeni texnologiyalar bizim yaşamaq, işləmək və öyrənmək imkanlarımızı dəyişəcək. Bu gün bütün dünyanı birləşdirən qüvvə İKT-dir”, – deyə baş katib vurğulayıb.

BMT-nin baş katibi Antonio Quterreş konfrans iştirakçılarına videomüraciətində bildirib ki, bəzi hallarda yeni texnologiyalardan düzgün istifadə edilməməsi nəticəsində yaranan risklərdən qorunmaq məcburiyyətində qalırıq. Bununla belə, rəqəmli texnologiyalar “Davamlı İnkişaf Məqsədləri”nə nail olmaq üçün həyata keçirilən işləri sürətləndirməkdə mühüm rol oynayır. O, həmçinin qeyd edib ki, bu yaxınlarda BMT tərəfindən rəqəmli əməkdaşlığı inkişaf etdirmək üçün Yüksək Səviyyəli İşçi Qrupu yaradılıb. Bu qrupun məqsədi hamı üçün təhlükəsiz və faydalı rəqəmli texnologiyaları inkişaf etdirməkdir.

Konfransın ilk həftəsinin növbəti günləri BTİ-nin seçkili rəhbər vəzifələrinə – baş katib, onun müavini və 3 Büro rəhbərinin seçkiləri ilə əlamətdar olub. Səlahiyyətli Konfransda keçirilən seçkilərin yekununda bəlli olub ki, növbəti 4 il ərzində də ittifaqa Çin təmsilçisi Houlin Zao başçılıq edəcək. Yeni baş katib 178 üzv dövlətdən 176-nın səsini qazanıb. O, 2019-cu il yanvarın 1-dən etibarən yeni müddət üzrə səlahiyyətlərinin icrasına başlayacaq. Xatırladaq ki, bundan əvvəl də BTİ-nin baş katibi olan Houlin Zao informasiya-kommunikasiya texnologiyaları üzrə mühəndisdir. 2014-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi vəzifəsinə seçilməzdən əvvəl BTİ-nin baş katibinin müavini, ittifaqın İKT üzrə texniki standartlar işləyib hazırlayan Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru kimi fəaliyyət göstərib, bu təşkilatda 1986-cı ildən çalışır.

Digər vəzifələrə keçirilən seçkilərdə Böyük Britaniya təmsilçisi Malkolm Conson BTİ-nin baş katibinin müavini, Koreya təmsilçisi Çausib Lee Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru və ABŞ təmsilçisi xanım Dorin Boqdan Martin Telekommunikasiya İnkişafı Bürosunun direktoru vəzifələrinə seçilib. BTİ-nin Radiorabitə Bürosunun direktoru vəzifəsinə seçkidə isə ikinci turda Uruqvay təmsilçisi Mario Mario Maniyeviç qalib gəlib. Xanım Dorin təşkilatın 153 illik tarixin ərzində seçkili rəhbər vəzifəyə seçilən ilk qadın olub.

Bundan sonra, noyabrın 5-də BTİ-nin Şurasına və Radio Tənzimləmə Komitəsinə seçkilər keçirilib. Həmin gün Dubayda keçirilən 20-ci Səlahiyyətli Konfrans ölkəmiz və onun telekommunikasiya sektoru üçün əhəmiyyətli hadisə ilə tarixə yazılıb. Belə ki, Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçilərək, BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri olub. Ölkəmizin ardıcıl olaraq ikinci dəfə şuraya seçilməsi böyük nailiyyətdir.

Həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçkilərdə ölkəmizin namizədi Sahibə Həsənova da 115 səslə qələbə qazandı və bu komitəyə seçilmiş ilk Azərbaycan təmsilçisi oldu. Radiorabitə Komitəsinə üzv seçilən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı S.Həsənova radiorabitə sahəsində ixtisaslı mühəndisdir.

Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Komitəsi radiotezlik spektri və peyk orbiti resurslarının idarə edilməsi üzrə məsul qlobal orqandır. Bu orqan “Radio haqqında” Əsasnamənin tətbiqi ilə bağlı prosedur qaydalarını, o cümlədən radiotezliklər və peyk orbitlərinin istifadəsi ilə bağlı tapşırıqları təsdiqləyir. Komitəyə 193 üzv-dövlətdən cəmi 12-si daxildir və artıq bu sırada Azərbaycanın da adı var. Bununla da 1992-ci ildən BTİ-nin üzvü olan ölkəmiz təşkilatın Şurası ilə yanaşı, onun əsas orqanlarından biri olan komitəyə də üzv seçilərək ikiqat uğura imza atdı. Azərbaycanın son illərdə beynəlxalq nüfuzunun artması, ölkədə həyata keçirilən dövlət siyasətinin uğurları belə yüksək nəticələrin əldə edilməsinin əsas səbəbidir.

Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransı çərçivəsində keçirilən plenar iclasda Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əhatəli çıxışı ölkəmiz haqqında iştirakçılarda müsbət təəssüratın yaradılmasında, təşviqatın aparılmasında müsbət rol oynadı. Azərbaycanda İKT sektorunun inkişafı, bu sahəyə göstərilən dövlət qayğısı, BTİ ilə əməkdaşlığın gücləndirilməsi, həmçinin Şuranın fəaliyyətində aktiv iştirakdan danışan nazir Azərbaycanın İKT-nin İnkişafı üzrə “Əlaqəlik 2020” Fəaliyyət Proqramını fəal şəkildə dəstəklədiyini qeyd edib. Ramin Quluzadə ölkəmizin bu istiqamətdə mühüm siyasi sənədlər qəbul etdiyini, strateji infrastruktur layihələri həyata keçirərək, beynəlxalq maraqlı tərəflərlə əməkdaşlığı genişləndirərək Fəaliyyət Proqramının məqsəd və hədəflərinə çatmaq üçün səylər göstərdiyini vurğulayıb. O bildirib ki, 2020-ci ilə qədər Azərbaycanın İKT-nin inkişafı üzrə strateji baxışları “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya”da öz əksini tapıb.

“Bu baxımdan, biz ölkədə telekommunikasiya, İKT-nin geniş tətbiqi, internet istifadəçilərinin sayının artırılması, informasiya cəmiyyətinin inkişaf etdirilməsi və eyni zamanda, rəqəmli iqtisadiyyatın təmini üçün müasir texnologiyaları tətbiq edirik. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzvlük dövründə ölkədə bütün İKT infrastrukturu daim inkişaf etdirilib. Bu gün Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir, ev təsərrüfatlarının 64 faizində kompüter var. Ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 106-ya çatır. Biz mobil genişzolaqlı şəbəkə də daxil olmaqla genişzolaqlı xidmət istifadəçilərinin sayını artırır, “4G” texnologiyalarının tətbiqini genişləndiririk. İKT infrastrukturuna qoyulan investisiyalar böyük nəticələr verməkdədir. Belə ki, 2016-cı ildə Cənubi Qafqaz regionunda ilk “TIER III” səviyyəli sertifikata malik Data Mərkəzini istifadəyə vermişik. Kiçik və orta biznesin, startap ekosisteminin imkanlarını artırmaq üçün Bakıda İnnovasiya Mərkəzinin yaradılması planlaşdırılır. Bu mərkəz gənc sahibkarlar üçün innovativ ideyaların təşviq edilməsi məkanına çevriləcək”, – deyə nazir bildirib.

BTİ tərəfindən dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi üzrə həyata keçirilən işlərdən də danışan nazir qeyd edib ki, magistralın məqsədi Şərqlə Qərbi birləşdirəcək ən qısa transmilli fiber-optik xəttin inşasıdır. Ramin Quluzadə bildirib ki, bu layihə “rəqəmli fərqliliyi” aradan qaldıracaq və dənizə çıxışı olmayan Avrasiya ölkələri üçün yeni iqtisadi imkanlar açacaq.

Səlahiyyətli Konfransın dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni tendensiyalar müəyyənləşdirəcəyinə ümid etdiyini bildirən nazir Azərbaycanın, öz növbəsində, ittifaqın fəaliyyəti çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.

Azərbaycanın Səlahiyyətli Konfransda geniştərkibli iştirakını və seçkilərdə qazandığı uğuru yüksək qiymətləndirən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zao bildirib ki, o, Azərbaycanda İKT sahəsində həyata keçirilən işləri yaxından izləyir.

“Ölkəniz bu sahədə çoxsaylı nailiyyətlər əldə edib və “Trans-Avrasiya Super İnformasiya Magistralı”nın yaradılması təşəbbüsü ilə beynəlxalq səviyyədə İKT-nin inkişafına öz töhfəsini verib. Avrasiya regionunda, eləcə də, dünyanın digər ərazilərində də İKT-nin inkişafını dəstəkləmək üçün Azərbaycan faydalı işlər görür. Biz Azərbaycanın BTİ-nin fəaliyyətində çox fəal iştirakını yüksək qiymətləndiririk və bilirik ki, Azərbaycan BTİ Şurasının üzvü kimi bəzi problemlərin aradan qaldırılması məqsədilə Şuranın üzvləri ilə fəal əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan son illər ərzində keçirilmiş İKT tədbirlərində fəal iştirak etməklə bərabər, həm də özü bu sahədə yüksək səviyyəli tədbirlərə ev sahibliyi edir. Sevindirici haldır ki, Azərbaycan BTİ Şurasına və ilk dəfə olaraq Radio Tənzimləmə Komitəsinə üzv seçilib. Yuxarıda dediklərimə əlavə olaraq bildirmək istərdim ki, Azərbaycanın bu cür böyük nailiyyətlər əldə etməsində ölkə Prezidentinin böyük dəstəyini yüksək qiymətləndiririk”, - deyə Houlin Zao vurğulayıb.

Konfrans davam etdiyi günlərdə Azərbaycan nümayəndə heyəti dünyanın bir çox ölkələrindən olan nümayəndələrlə sıx əlaqələrin qurulması, yeni əməkdaşlıq sahələrinin müəyyən olunması, eləcə də, ölkəmizə rəğbətin artırılması istiqamətində təbliğat və təşviqat işləri apardı.

Ölkəmizin bu konfransdan yüksək nəticələrlə qayıtmasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Azərbaycanın Xarici İşlər Nazirliyinin, BMT-nin Cenevrədəki daimi nümayəndəliyimizin, Birləşmiş Ərəb Əmirliklərindəki səfirlik və konsulluğumuzun mühüm rolu olub. Azərbaycanın bu mötəbər beynəlxalq təşkilata növbəti dəfə üzv seçilməsi, daha çox ölkədən səs alması respublikamızın telekommunikasiya sahəsində həyata keçirdiyi genişmiqyaslı işlərin davamlı və uğurlu olacağına zəmin yaradır, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına müsbət təsir göstərir.

 
  • Oxunub:  3030  |  
  • Tarix:  19-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir

19 Fevral 20:48
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19 Fevral 20:46
Əli Asayev: Respublikalarımız üçün ən ağır və faciəli vaxtlarda biz həmişə bir-birimizi dəstəkləmişik
19 Fevral 20:44
Henrik Hololey: Azərbaycan-Aİ Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclasının nəticələri təqdirəlayiqdir
19 Fevral 20:32
Gömrük Komitəsi ilə Britaniyanın Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb
19 Fevral 20:31
Küveytdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib
19 Fevral 20:29
Avstriya Federal Dəmir Yolları Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır
19 Fevral 20:28
Vüqar Rəhimzadə: Əli Kərimli öz liderinə xəyanətlə qazandığı “təcrübəni” indi də Azərbaycan dövlətinə qarşı istifadə edir
19 Fevral 20:22
Musa Quliyev: Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi
19 Fevral 20:20
Lvovda Xocalı soyqırımına həsr olunmuş beynəlxalq seminar keçirilib
19 Fevral 20:17
Hikmət Babaoğlu: Azərbaycanda müxalifətçilik milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir
19 Fevral 20:13
Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupun növbəti görüşü 2019-cu ilin yazında olacaq
19 Fevral 20:08
Rufiz Qonaqov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xəyanətkarlar ölkədə çaxnaşma yaratmağa çalışırlar
19 Fevral 20:04
Bəhruz Quliyev: Milli xəyanətkarlar toplumu bundan sonrakı cəhdlərində də fiaskoya uğramaqda davam edəcəklər
19 Fevral 18:24
Əli Əhmədov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
19 Fevral 17:48
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair HESABATI
19 Fevral 17:41
Rusiya XİN-in rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə ediblər
19 Fevral 17:37
Sevinc Hüseynova: Atılan addımlar əhalinin rifah halının daha da yüksəlməsinə xidmət edir
19 Fevral 16:56
“Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçılarının Milli Məclisin komitə sədrləri ilə görüşü olub
19 Fevral 16:44
Avropadaxili Vergi Administrasiyaları Təşkilatı ilə Vergilər Nazirliyi Bakıda beynəlxalq forum təşkil edib
19 Fevral 16:38
Vüqar Bayramov: Azərbaycan Prezidenti bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu
19 Fevral 16:23
Əli Əhmədov: Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir
19 Fevral 15:46
Aydın Hüseynov: Prezidentin bu Fərmanından sonra Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq
19 Fevral 15:24
Statistika Komitəsi ilə UNICEF-in əməkdaşlığının prioritetləri müzakirə edilib
19 Fevral 15:21
Azərbaycan ABŞ-ın ən böyük turizm sərgisində təmsil olunub
19 Fevral 14:55
Dövlət gerbinin istifadəsi qaydalarına dair qanun layihəsi parlamentin iclasında sonuncu oxunuşda qəbul olunub
19 Fevral 14:44
Milli Məclisin gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilib
19 Fevral 14:40
Həştərxanda RAGB-nin təşəbbüsü ilə keçirilən “Xəzər-2019 mükafatı” festivalının qalibləri elan edilib
19 Fevral 14:30
Səttar Möhbalıyev: Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər
19 Fevral 14:18
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar
19 Fevral 14:06
Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirilir
19 Fevral 13:37
Milli Məclisdə Dövlət himnimizin istifadəsi qaydaları ilə bağlı qanun layihəsi sonuncu oxunuşda qəbul edilib
19 Fevral 12:27
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Fevral 12:24
“Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə olub
19 Fevral 12:20
Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilir
19 Fevral 12:17
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb
19 Fevral 12:15
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək
19 Fevral 12:11
Xələf Xələfov: Xəzərin statusu barədə Konvensiya Xəzəryanı ölkələrin tarixində yeni səhifədir
19 Fevral 12:06
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Fevral 11:54
Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
19 Fevral 11:48
Şirvanda yeddi gündə 8 min nəfərdən çox sakin kütləvi tibbi müayinədən keçib
19 Fevral 11:39
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
19 Fevral 11:36
Mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqi müzakirə olunub
19 Fevral 11:12
Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçiriləcək
19 Fevral 11:10
Fevralın 26-sı ümumtəhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr ediləcək
19 Fevral 11:09
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyi qeyd olunub
19 Fevral 11:08
ADU-nun kollektivi: Təqaüdlərin artırılması təhsil alan gənclərin daha yaxşı yaşamasına istiqamətlənib
19 Fevral 10:56
Asiya İnkişaf Bankı Azərbaycanda bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərməyə hazırdır
19 Fevral 10:39
Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə 729 milyon dollarlıq məhsul göndərilib
19 Fevral 10:38
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
19 Fevral 09:58
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir
19 Fevral 09:58
Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
19 Fevral 09:56
Siyavuş Novruzov: Bələdiyyələr ələbaxımlılıqdan qurtulmalıdır
19 Fevral 09:53
Azərbaycan-Rusiya münasibətlərinin inkişafında dinlərarası dialoqun xüsusi rolu var
19 Fevral 09:50
Hikmət Babaoğlu: Ermənistan çalışır ki, danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlasın, ancaq bu, mümkün deyil
19 Fevral 09:50
Prezident İlham Əliyevin vətəndaşların fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə göstərişlərinə uyğun olaraq mühüm layihələr icra edilib
19 Fevral 09:48
Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir
19 Fevral 09:44
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib
19 Fevral 09:43
Azərbaycanın regionlarında sahibkarlara çoxşaxəli dəstək tədbirləri həyata keçirilir
18 Fevral 21:27
Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar
18 Fevral 21:09
Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər
18 Fevral 21:02
Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər
18 Fevral 20:35
Ombudsman təsisatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş olub
18 Fevral 20:30
Qətər qəzetləri Azərbaycan həqiqətlərindən yazır
18 Fevral 20:28
Azərbaycanın yanvarda ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
18 Fevral 20:25
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ölkəyə çevrilir
18 Fevral 19:13
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir
18 Fevral 19:05
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsraildə yad olunacaq
18 Fevral 19:02
Kürdəmir: ümumi məhsul buraxılışının 39,9 faizi kənd təsərrüfatının payına düşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA