Ana səhifə »  Qəzetin pdf formatı »  Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib
A+   Yenilə  A-
Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Noyabrın 19-da Berlin şəhərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans zamanı Azərbaycanın multikultural və tolerant həyatını əks etdirən vizual və əyani materiallar, kitab və albomlardan ibarət sərgi-ekspozisiya nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, üç yüzə yaxın nümayəndənin qatıldığı tədbirdə Azərbaycan və Almaniyanın dövlət, ictimaiyyət, elm və din xadimləri, o cümlədən dünyanın 40-a yaxın ölkəsindən müxtəlif dini konfessiyaların, beynəlxalq təşkilatların rəhbərləri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin himayədarlar və məşvərət şuralarının üzvləri, Almaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Almaniya dövlətinə və xalqına çatdırıb. Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəmin verildiyini bildirən A.Paşazadə qeyd edib ki, ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoq və əməkdaşlığı dövlət səviyyəsində dəstəklənir. Milli, etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. “Bu, bizim qürur mənbəyimizdir. Azərbaycanda elan olunmuş “Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli” ümumbəşəri əhəmiyyətli dəyərlərə verdiyimiz önəmin bariz nümunəsidir. Azərbaycanın bu örnək modelinin təməli ümummilli liderimiz Heydər Əliyevin müdrik zəkasının məhsulu olan azərbaycançılıq məfkurəsi ilə qoyulub və bu gün Prezident İlham Əliyevin qlobal səyləri sayəsində inkişaf edir, dünyaya təqdim olunur”, - deyə QMİ sədri vurğulayıb.

Qeyd edilib ki, dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, antisemitizm, radikalizm təzahürlərinin artdığı, miqrant böhranının yaşandığı müasir dövrdə Azərbaycan Prezidenti multikulturalizm və dini həmrəylik ideyalarını fəal təbliğ və təşviq etməklə insani həmrəylik, humanizm ideallarının bərqərar olmasına öz töhfəsini verir. Bu gün Azərbaycan öz üzərinə tarixi missiya götürərək müxtəlif beynəlxalq forumlara, qlobal hərəkata çevrilmiş “Bakı Prosesi”nə rəhbərlik edir. Bakı Dinlərarası və Sivilizasiyalararası Beynəlxalq Əməkdaşlıq Mərkəzinin Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılması da bu ənənənin davamı kimi dəyərləndirilməlidir.

Allahşükür Paşazadə vurğulayıb ki, Prezident İlham Əliyevin müdrik dövlətçilik siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. “Biz fəxr edirik ki, Azərbaycan beynəlxalq müstəvidə təkcə enerji layihələri ilə deyil, həm də mədəniyyətləri, dinləri bir araya gətirən qabaqcıl bir ölkə kimi tanınır. Bu yaxınlarda Almaniya Kansleri xanım Angela Merkelin Azərbaycanı ziyarət etməsi Almaniya-Azərbaycan əlaqələrinin dərinləşməsi baxımından əhəmiyyətli hadisə oldu. Tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təbliğində müstəsna xidmətləri olan Heydər Əliyev Fondunun xəttilə Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mötəbər tədbirin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda 200 ildir alman icmaları mövcuddur və onlar bizim multikultural cəmiyyətimizin ayrılmaz hissəsidirlər.

Biz din xadimləri dünyada sülhün, əmin-amanlığın və insan həyatının qorunması yolunda öz səylərimizi əsirgəmirik. Dünyanın bir çox ölkələrində, o cümlədən Böyük Britaniya, İsveç, Finlandiya, İspaniya, Almaniyada keçirdiyimiz beynəlxalq forumların ümumi məramı dünyamızda sülhün, əmin-amanlığın qorunub saxlanılması, insan həmrəyliyinə nail olunmasıdır”, - deyə A.Paşazadə qeyd edib.

Bildirilib ki, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi ilə müşayiət olunan bütün münaqişələr, o cümlədən Fələstin, Suriya, Əfqanıstan, Yəmən, Liviyadakı mövcud vəziyyət humanitar fəlakətlərə aparır. Əsrimizin daha bir bəlası - müharibələrin yaratdığı məcburi miqrant axınıdır. Onlara qarşı antihumanist, irqçi, aqressiv münasibət yolverilməzdir. Belə hallar sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, terrorizmə, radikalizmə və ekstremizmə təkan verir.

İctimaiyyəti narahat edən hadisələr, həmçinin dini və milli zəmində terror aktlarının dövlətlərin təhlükəsizliyinə və insan hüquqlarına ağır zərbə olduğunu söyləyən Allahşükür Paşazadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də ətraflı bəhs edib. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı barədə də danışan QMİ sədri bildirib ki, münaqişə nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, zəbt olunmuş ərazilərimizdə məscid, kilsə, sinaqoq və qəbiristanlıqlar məhv edilib.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov tədbirdə çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan dünyada multikulturalizmin dövlət siyasəti olduğu azsaylı ölkələrdən biridir. Dövlət bu siyasətin həyata keçirilməsində, onun prinsiplərinə riayət olunmasında, tolerantlıq və qeyri-ayrı-seçkilik siyasətinin həyata keçirilməsində aparıcı rol oynayır. Azərbaycan dövləti cəmiyyətdə dağıdıcı meyillərin qarşısını almaq məqsədi ilə multikulturalizm siyasətinin ölkənin suverenliyinə, ərazi bütövlüyünə, demokratik inkişafına və onun milli təhlükəsizliyinə xidmət etməsi üçün əlindən gələni əsirgəmir.

Etibar Nəcəfov bildirib ki, demokratik inkişaf yolunu seçmiş, multikultural mühiti və tolerantlığı ilə tanınan Azərbaycan üçün dini etiqad azadlığı ölkənin daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan hökuməti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının ayrılmaz bir hissəsi kimi yanaşır. Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Qanun və digər sənədlər Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının hüquqi əsasları kimi çıxış edirlər.

Bütün dinlərin, dini icmaların qanun qarşısında bərabər olduğunu söyləyən şöbə müdiri deyib: “Buraya Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dövlət qeydiyyatından keçən dini qurumları aid edilir. Dövlət Komitəsinin verdiyi məlumata görə, 2009-cu ildən bəri Komitə tərəfindən 861 dini qurum dövlət qeydiyyatından keçib. Onlardan 830-u müsəlman, 31-i qeyri-müsəlman təşkilatlarıdır. 31 qeyri-müsəlman təşkilatından 20-si xristian, 8-i yəhudi, 2-si bəhayi, 1-i isə krişna şüuru dini icmasıdır. Dövlət dini icmaların fəaliyyətinə bütün zəruri dəstəyi verir. Onlara maliyyə yardımı ayırır. Xüsusilə dövlət məscidlərin, sinaqoqların və kilsələrin bərpası və yenidən qurulması üçün onlara maddi yardım göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan hər zaman müxtəlif dini etiqadların daşıyıcılarının sülh şəraitində, bir-biri ilə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşadığı ölkələrdən biri olub. Azərbaycan xalqına xas olan tolerantlıq dəyərləri ölkəmizdə bu günə qədər sülh şəraitində birgəyaşayışın və mədəni müxtəlifliyin qorunub saxlanılmasında müstəsna rol oynayıb. “Nəticədə, Azərbaycan tarixən sivilizasiyalararası dialoqa önəmli töhfələr verən və dözümsüzlüyün bütün formalarını rədd edən dəyərlər məkanı kimi öz mövqeyini saxlamağa müvəffəq olub”, - deyə Komitə sədri vurğulayıb.

Azərbaycanda dövlət-din münasibətlərinin uğurundan danışan Mübariz Qurbanlı qeyd edib ki, ölkəmizdə dini məsələlərlə bağlı düzgün siyasət aparılır. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə dövlət-din münasibətləri beynəlxalq hüququn normalarına uyğun olaraq tənzimlənib, eləcə də icmalar arasında tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza yaradılıb.

Azərbaycanda dövlət-din münasibətlərinin modeli zamanın tələblərinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib.

Bu gün ölkəmizin tolerantlıq və multikulturalizm modelinin dünyada yüksək qiymətləndirildiyini qeyd edən Komitə sədri deyib: “Tarixi-mədəniyyət abidələrinin, məscidlərin və ziyarətgahların, yəhudi və xristian məbədlərinin yenidən qurulması və bərpası Azərbaycanın dinlərə qarşı mövqeyinin, ölkəmizdəki dini-mənəvi şəraitin göstəricisidir. Ölkəmizdə hazırda 2250 məscid, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir”.

Azərbaycanın həm etnik, həm dini, həm məzhəb baxımından zəngin ölkə olduğunu söyləyən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov bildirib ki, tarixboyu fərqli dini və etnik icmaların nümayəndələri Azərbaycan xalqı ilə bərabər yaşayıb. Bu gün multikulturalizmin Azərbaycan modeli ifadəsi siyasi leksikonumuza daxil olub.

Dövlət-din münasibətlərinin ədalətli şəkildə tənzimlənməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən səfir deyib: “Ümummilli Lider Azərbaycanı multikulturalizmin dövlət siyasətinin mühüm hissəsi olan nadir ölkələrdən biri səviyyəsinə gətirib çıxarıb. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir”.

“Heç kəs dini etiqadına görə təhdid oluna bilməz. Biz insanları və fərqliliyi sevməliyik. Bu, dünyada sülhün bərqərar olmasının əsasını təşkil edir. Biz həmişə şərə qarşı mübarizə aparmalıyıq. Şər dünyamızda yayılmamalıdır”,- deyən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri bildirib ki, müharibələr, ksenofobiya, islamofobiya bugünkü dünyamızın reallığıdır. O, bütün münaqişələrin, ziddiyyətlərin dialoq və müzakirələr aparmaqla həll oluna biləcəyini qeyd edərək deyib: “Dialoq həmişə müdriklərin seçimi olub. Biz vahid amal uğrunda çalışmalı, sülh yolu ilə getməliyik. Sülhü, əmin-amanlığı təbliğ etməli və möhkəmləndirməliyik”.

Almaniya Hökumətinin dini azadlıqlar üzrə müvəkkili Markus Qrubel təəssüflə bildirib ki, bu gün dünyanın bir çox ölkələrində mədəni müxtəliflik, ifadə azadlığı yalnız sənədlərdə yer alır, cəmiyyətə nüfuz etmir. Almaniyada da dini və irqi ayrı-seçkiliyə cəhdlər göstərilir. Biz isə buna qarşı gücümüzü səfərbər etmişik. Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etsə də, burada heç vaxt dini münaqişələrə rast gəlinməyib. Azərbaycanda hələ 1918-ci ildə qadınlara seçki hüququ verilib. Azərbaycan Konstitusiyası ilə dini azadlıqlar tam təsbit olunur. Bu amil region və dünya ölkələri üçün böyük nümunədir.

İƏT İslam tarix, incəsənət və mədəniyyət araşdırmalar mərkəzinin (IRCICA) baş direktoru Xalid Eren tədbirin Azərbaycanın təşəbbüsü ilə reallaşdığını xüsusi vurğulayıb. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladan Xalid Eren deyib: “Bu gün dünyada islamofobiya, ksenofobiya meyilləri durmadan artır. Biz multikulturalizm ideyasının istənilən dövlətin siyasətində əsas yeri tutmasını istəyirik”.

İskəndəriyyə və bütün Afrika Papası və Patriarxı II Teodoros konfransın əhəmiyyətindən bəhs edərək bu cür konfransların mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun təşviqi baxımından önəmini vurğulayıb. O deyib: “Biz çalışırıq ki, fəaliyyətimizi dünyada mövcud olan çağırışlara uyğun quraq. Mədəniyyətlərarası dialoq işimizin təməlini təşkil edir. Bu dialoq hazırkı dövrdə xüsusilə vacibdir. Dini ayrı-seçkilik bütün bəşəriyyət üçün əsas təhlükədir”.

Tunisin sabiq Prezidenti Məhəmməd Monsef Marzuki hazırda dünyada dini ekstremizmin çox geniş yayıldığını qeyd edib. Bildirib ki, hər bir insan bütün bəşəriyyətin vacib və ayrılmaz hissəsidir. Ona görə də insanların kütləvi qırğınlarına, müharibələrə son qoyulmalıdır. Mövcud ziddiyyətlər yalnız qarşılıqlı dialoqlar, müzakirələrlə həll edilməlidir.

Almaniya-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans Eberhard Şlayer təmsil etdiyi forumun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə xidmət etdiyini bildirib. Qeyd edib ki, hazırda dünyada aclıq, təcavüz, miqrasiya kimi iqtisadi və sosial problemlər mövcuddur. Bu məsələlərin həlli üçün isə dialoq və qarşılıqlı əməkdaşlıq tələb olunur. Buraya müxtəlif dinlərin nümayəndələrinin, ictimai xadimlərin dialoqu daxildir.

Bundestaqın üzvü, Şərq tərəfdaşlığı üzrə məruzəçi Nikolas Löbel bu il Birinci Dünya müharibəsinin bitməsinin 100 illiyinin qeyd edildiyini xatırladıb. Bildirib ki, dünya müharibələri siyasətin zəifliyi idi. Müharibələrin səbəbi dini, irqi, ictimai fərqlərin qabardılması idi. Belə faciələrin bir daha yaşanmaması üçün bizə dialoq lazımdır. Din cəmiyyətin birləşməsində vacib rol oynayır.

Azərbaycanın Almaniya üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaşlardan biri olduğunu qeyd edən Nikolas Löbel deyib ki, Azərbaycan Şərqlə Qərbin qovuşuğunda yerləşən bir pəncərədir. Azərbaycan gənc, güclü və demokratik prinsipləri olan ölkədir.

Konfrans Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının moderatorluqları ilə panel iclaslarla işini davam etdirib.

Sonda konfransın yekun bəyannaməsi imzalanıb. Bəyannamədə deyilir ki, konfrans iştirakçıları dövlətləri, BMT və digər beynəlxalq və regional təşkilatları, eləcə də dini liderləri mədəniyyətlər və dinlərarası dialoqun və qarşılıqlı anlaşmanın təşviq olunmasının davam etdirilməsinə və bu sahədə əməkdaşlığın genişləndirilməsinə, milli, dini və etnik zəmində zorakılıq hallarına rəvac verən və zərərli ideologiyalara əsaslanan təbliğatın qarşısının alınmasında əməkdaşlığın artırılmasına, geniş dialoqun davam etdirilməsinə və maarifçiliyin gücləndirilməsinə çağırırlar. Həmçinin siyasi motivlər daşıyan və məqsədyönlü qızışdırılan ksenofobiya, antisemitizm və islamofobiyanın, habelə dinin adından sui-istifadə etməklə terrorizmin və insanlıq əleyhinə cinayətlərin törədilməsinin qarşısının alınması üçün təsirli tədbirlər görməyə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiqliklərini təsdiq etməklə dünyanın bir çox bölgələrində, o cümlədən Yaxın Şərqdə, Fələstində, Suriyada davam edən münaqişələrin, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll olunmasına töhfə verməyə, Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı olan çağırış və təhdidlərlə mübarizə, o cümlədən münaqişələrin yaranmasının, qaçqın, məcburi köçkünlərin və miqrantların axınına səbəb olan terrorizmin, aqressiv separatizmin, ekstremizmin qarşısının alınması sahəsində səmərəli fəaliyyətin aparılması üçün səylərin birləşdirilməsinə səsləyirlər.

Konfrans çərçivəsində “Bəşəri çağırış” filmi nümayiş etdirilib.

 
  • Oxunub:  2640  |  
  • Tarix:  19-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir

19 Fevral 17:41
Rusiya XİN-in rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə ediblər
19 Fevral 17:37
Sevinc Hüseynova: Atılan addımlar əhalinin rifah halının daha da yüksəlməsinə xidmət edir
19 Fevral 16:56
“Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçılarının Milli Məclisin komitə sədrləri ilə görüşü olub
19 Fevral 16:44
Avropadaxili Vergi Administrasiyaları Təşkilatı ilə Vergilər Nazirliyi Bakıda beynəlxalq forum təşkil edib
19 Fevral 16:38
Vüqar Bayramov: Azərbaycan Prezidenti bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu
19 Fevral 16:23
Əli Əhmədov: Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir
19 Fevral 15:46
Aydın Hüseynov: Prezidentin bu Fərmanından sonra Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq
19 Fevral 15:24
Statistika Komitəsi ilə UNICEF-in əməkdaşlığının prioritetləri müzakirə edilib
19 Fevral 15:21
Azərbaycan ABŞ-ın ən böyük turizm sərgisində təmsil olunub
19 Fevral 14:55
Dövlət gerbinin istifadəsi qaydalarına dair qanun layihəsi parlamentin iclasında sonuncu oxunuşda qəbul olunub
19 Fevral 14:44
Milli Məclisin gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilib
19 Fevral 14:40
Həştərxanda RAGB-nin təşəbbüsü ilə keçirilən “Xəzər-2019 mükafatı” festivalının qalibləri elan edilib
19 Fevral 14:30
Səttar Möhbalıyev: Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər
19 Fevral 14:18
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar
19 Fevral 14:06
Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirilir
19 Fevral 13:37
Milli Məclisdə Dövlət himnimizin istifadəsi qaydaları ilə bağlı qanun layihəsi sonuncu oxunuşda qəbul edilib
19 Fevral 12:27
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Fevral 12:24
“Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə olub
19 Fevral 12:20
Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilir
19 Fevral 12:17
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb
19 Fevral 12:15
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək
19 Fevral 12:11
Xələf Xələfov: Xəzərin statusu barədə Konvensiya Xəzəryanı ölkələrin tarixində yeni səhifədir
19 Fevral 12:06
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Fevral 11:54
Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
19 Fevral 11:48
Şirvanda yeddi gündə 8 min nəfərdən çox sakin kütləvi tibbi müayinədən keçib
19 Fevral 11:39
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
19 Fevral 11:36
Mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqi müzakirə olunub
19 Fevral 11:12
Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçiriləcək
19 Fevral 11:10
Fevralın 26-sı ümumtəhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr ediləcək
19 Fevral 11:09
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyi qeyd olunub
19 Fevral 11:08
ADU-nun kollektivi: Təqaüdlərin artırılması təhsil alan gənclərin daha yaxşı yaşamasına istiqamətlənib
19 Fevral 10:56
Asiya İnkişaf Bankı Azərbaycanda bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərməyə hazırdır
19 Fevral 10:39
Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə 729 milyon dollarlıq məhsul göndərilib
19 Fevral 10:38
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
19 Fevral 09:58
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir
19 Fevral 09:58
Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
19 Fevral 09:56
Siyavuş Novruzov: Bələdiyyələr ələbaxımlılıqdan qurtulmalıdır
19 Fevral 09:53
Azərbaycan-Rusiya münasibətlərinin inkişafında dinlərarası dialoqun xüsusi rolu var
19 Fevral 09:50
Hikmət Babaoğlu: Ermənistan çalışır ki, danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlasın, ancaq bu, mümkün deyil
19 Fevral 09:50
Prezident İlham Əliyevin vətəndaşların fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə göstərişlərinə uyğun olaraq mühüm layihələr icra edilib
19 Fevral 09:48
Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir
19 Fevral 09:44
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib
19 Fevral 09:43
Azərbaycanın regionlarında sahibkarlara çoxşaxəli dəstək tədbirləri həyata keçirilir
18 Fevral 21:27
Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar
18 Fevral 21:09
Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər
18 Fevral 21:02
Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər
18 Fevral 20:35
Ombudsman təsisatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş olub
18 Fevral 20:30
Qətər qəzetləri Azərbaycan həqiqətlərindən yazır
18 Fevral 20:28
Azərbaycanın yanvarda ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
18 Fevral 20:25
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ölkəyə çevrilir
18 Fevral 19:13
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir
18 Fevral 19:05
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsraildə yad olunacaq
18 Fevral 19:02
Kürdəmir: ümumi məhsul buraxılışının 39,9 faizi kənd təsərrüfatının payına düşüb
18 Fevral 18:50
Azərbaycan və Avstriya dəmir yolları arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
18 Fevral 18:28
Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
18 Fevral 18:00
Nazir: Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18 Fevral 17:29
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 17:28
İsa Həbibbəyli: Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir
18 Fevral 17:19
Hikmət Babaoğlu: İşğalçı ölkə Azərbaycanın verdiyi dərsi unuda bilmir
18 Fevral 17:16
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
18 Fevral 17:01
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18 Fevral 17:00
Prezident İlham Əliyev: Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur
18 Fevral 16:55
Teodore Doriç: Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi tolerantlıq barədə nəzəri biliklərimizi artırdı
18 Fevral 16:47
Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb
18 Fevral 16:42
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçıları qanunvericilik prosesi barədə məlumatlandırılıb
18 Fevral 16:37
“Məcburi əməyin və insan alverinin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
18 Fevral 16:33
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Fevral 16:29
Qorxmaz Hüseynov: Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+2 +3
gecə+2 +3