Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Akkan Suver: Heydər Əliyev siyasi hakimiyyətə qayıdan vaxtlarda Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi

Akkan Suver: Heydər Əliyev siyasi hakimiyyətə qayıdan vaxtlarda Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi

13.12.2018 [14:27]

Türkiyənin çoxtirajlı “Milliyyət” qəzeti Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin ümummilli lider Heydər Əliyev haqqında məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, Ulu Öndərin keçmiş Sovet İttifaqının ən yüksək vəzifələrindən birində çalışdığını diqqətə çatdıran müəllif yazır ki, Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gələndə ölkə parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi. Ümummilli Liderin müəyyən etdiyi siyasi kursun nəticələrini təhlil edən professor yazır ki, Heydər Əliyev uzaqgörənliklə dünyanın aparıcı dövlətləri, eləcə də yaxın qonşularla münasibətləri normallaşdırmağa nail olmaqla Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirdi. Azərbaycanda Qafqazın ən qüdrətli ordusu yaradılıb, Türkiyə ilə qardaşlıq münasibətlərinin möhkəm təməli qoyulub.

Ulu Öndərin müəyyən etdiyi sülh və inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Akkan Suver Azərbaycanla Türkiyə arasındakı iqtisadi göstəricilərə dair mühüm məqamları da oxuculara çatdırır.

Məqalədə Heydər Əliyevin uğurlu neft strategiyası sayəsində ərsəyə gələn Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, o cümlədən TANAP və TAP layihələrinin əhəmiyyətindən, onların Azərbaycana və Türkiyəyə verdiyi gücdən bəhs olunur. Professor vurğulayır ki, bütün bu nailiyyətlər Heydər Əliyev şəxsiyyətinin ucalığını tərənnüm edir.

Paylaş:
Baxılıb: 258 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30