Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakı Ali Neft Məktəbi “SOCAR-Foster Wheeler” ilə əməkdaşlığı genişləndirir

Bakı Ali Neft Məktəbi “SOCAR-Foster Wheeler” ilə əməkdaşlığı genişləndirir

18.12.2018 [15:21]

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “SOCAR-Foster Wheeler” (FW) mühəndislik xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov və onun birinci müavini Mario Castellano ilə görüşüb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı rektor ali məktəbin fəaliyyəti, əldə etdiyi uğurlar barədə məlumat verib. E.Qasımov qeyd edib ki, “SOCAR-FW” mühəndislik xidmətləri birgə müəssisəsi ali məktəbin tələbə və məzunları üçün arzuolunan qurumlar sırasındadır. Şirkətlərlə əməkdaşlığa böyük önəm verildiyini deyən rektor ali məktəblə birgə müəssisə arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında danışan E.Dadaşov müəssisədə tələbələrlə işə böyük önəm verildiyini, onlar üçün xüsusi təcrübə proqramlarının təşkil olunduğunu bildirib.

M.Castellano müəssisədə xüsusilə avtomatlaşdırma və kimya mühəndisliyi istiqamətində bilikli gənc mütəxəssislərə ehtiyac olduğunu deyib.

Görüşdə müəssisənin tələbələrin işlə təmin olunması istiqamətində görəcəyi işlər müəyyən edilib. Yanvar ayında tələbələrə “SOCAR-FW” mühəndislik xidmətləri birgə müəssisəsi tərəfindən təqdimat keçirilməsi, həmçinin tərəflər arasında memorandumun imzalanması razılaşdırılıb. Məlumat verilib ki, müəssisənin insan resursları şöbəsi tərəfindən seçilən tələbələr təcrübə proqramında iştirak edəcəklər. Proqramı uğurla başa vuran gənclərə “SOCAR-FW” mühəndislik xidmətləri birgə müəssisəsi tərəfindən iş təklif ediləcək.

Paylaş:
Baxılıb: 250 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30