Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan idmanının uğur salnaməsi
A+   Yenilə  A-
Azərbaycan idmanının uğur salnaməsi

Dövlətimiz qədim idman ənənələrinə malik və zamanla idmanın inkişafı naminə bütün qüvvəsini səfərbər etmiş ölkələrdən olmuşdur. Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmişdir. Amma idman sahəsinin çiçəklənməsi dövrü təxminən keçən əsirin ikinci yarısından başlanmışdır. Xeyli sayda idman komplekslərinin, meydançalrın, zalların, idman-sağlamlıq mərkəzlərinin və s. tikilməsi, təmirə ehtiyacı olanların yüksək keyfiyyətlə təmir olunması, idmançılara xüsusi qayğı və diqqət məhz bu dövürlərin idman uğurlarının göstəricisi idi.
Azərbaycanın dövlət müstəqilliyi qazandığı ilk illərdə, iqtisadi böhranın təsiri bütün sahələrlə yanaşı idmana da təsir etmiş və idman siyasəti diqqətdən kənarda qalmışdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət və qayğı tam dəyişdi. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi və bununlada idman sahədə yüksəlişin bünövrəsi qoyuldu. O dövürdə olimpiya hərəkatına qoşulmaq da Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və nüfuznun artmasına səbəb oldu.
Ulu öndər Heydər Əliyev idmançıların cəmiyyətdə rolunun və nüfuznun artması, özlərinə layiqli pillələrdə təmsil olunmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin uğurlu idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanının böyük tarixi əhəmiyyəti var idi. Bu mənada 1994-cü ili ölkəmizin idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də dövlət başçısının imzaladığı yeni bir fərmana əsasən respublikada əhali arasında sağlam həyat tərzinin təbliği, bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu istiqamətdə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycanın idman sahəsində beynəlxalq nüfuznun artırılması üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı. Respublikada bədən tərbiyəsinin kütləviliyinə nail olmaq, yüksək nailiyyətlər əldə etmək və dünyada yüksək zirvələrdə Azərbaycan bayrağını qaldıracaq idmançılar hazırlamaq üçün bu sahə ilə sıx məşğul olan qurumlar qarşısında öhtəliklər qoymuşdu. Azərbaycanda beynəlxalq, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması, həmçinin, idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi məsələləri həyata keçirilməli əsas tədbirlər sırasına daxil edilmişdi. Bütün bu gərgin işlərin nəticəsi olaraq idmançılarımız qısa zamanda möhtəşəm qələbələrə imza atdılar, bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idman sahəsində uğurlu inkişafın əsas mərhələsi oldu. Milli Olimpiya Komitəsinin prezidenti olduğu ilk dövürlərdən Cənab ilham Əliyev Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqətı, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyəsində qurulması və ən əsası Olimpiya Oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görmüşdür. Məhz bu gərgin zəhmətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanmışdır. 1972-2000-ci illər ərzində dövlətin idmana yüksək qayğı və diqqətinin bəhrəsi kimi Azərbaycan Olimpiya Oyunlarında təmsil olundu (XX Yay Olimpiya Oyunları, 1972, Münhen, XXI Yay Olimpiya Oyunları, 1976, Monreal, XXII Yay Olimpiya Oyunları, 1989, Moskva, XXVI Yay Olimpiya Oyunları, 1996, Atlanta, XXVII Yay Olimpiya Oyunları, 2000 Sidney). Həmin oyunlarda olimpiyadaçılarımız 6 qızıl, 6 gümüş və 2 bürünc medal qazanmışlar.
Azərbaycanı dünyada tanıdan, böyük nüfuza sahib olduğunu sübut edən fəaliyyətlərdən biri də beynəlxalq idman oyunlarına və turnirlərə yüksək səviyyədə ev sahibliyi etməsi olmuşdur. 2000-ci ildən sonra ölkədə bir çox beynəlxalq səviyyəli oyunlar, turnirlər keçirilib. Bu oyunlardan ilki 2003-cü ildə keçirilən yeniyetmə cüdoçuların Avropa çempionatı olub. Oyunlar Bakıda, Heydər Əliyev adına İdman - Konsert Kompleksində keçirilib. Yarışda 30 ölkədən 300-dək cüdoçu iştirak edib. Bundan 1 il sonra isə 2004-cü ildə Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku uğrunda yarış keçirilmişdir. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışda dünyanın 22 ölkəsindən 47 gimnast iştirak edib. 2004-cü ildə keçirilən irimiqyaslı turnirlərdən biri də Taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri olmuşdur ki, bu da Bakı İdman Sarayında keçirilib. Turnirdə Avropanın 39 ölkəsindən 268 idmançı mübarizə aparıb. Bədii gimnastika üzrə 27-ci dünya çempionatı da 2005-ci ildə Azərbaycanda keçirilib. Çempionat Heydər Əliyev adına İdman-Konsert kompleksində keçirilib. 47 ölkəni təmsil edən gimnast qızlar yarışda iştirak ediblər. 2006-cı ildə Respublikada baş tutan digər bir çempionat hərbçilərin güləş üzrə 24-cü dünya çempionatı olub. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatda sərbəst güləş və yunan-Roma güləşi üzrə yarışlar baş tutub. Çempionatda 20 ölkənin 200-dən çox pəhləvanı mükafatlar uğrunda mübarizə aparıb. Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı isə 2007-ci il sentyabr ayında Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutub. Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilər dünya çempionatı uğrunda mübarizə aparıblar. Mübarizədə 102 ölkədən 2500-dən çox idmançı iştirak edib. Azərbaycanın paralimpiya hərəkatı tarixində Bakıda keçirilən ilk mötəbər yarış 2007-ci ildə paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı olub. Pekin Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq xarakteri daşıyan yarışda Fransa, Böyük Britaniya, Finlandiya, İtaliya, Serbiya, Macarıstan, İspaniya, Almaniya, İsveç, Türkiyə, Ukrayna, Bolqarıstan, Rusiya, Latviya, Litva və Yunanıstanı təmsil edən 100-dən çox idmançı iştirak etmişdir.
2009-2012-ci illərdə Respublikamızda keçirilən idman oyunları da ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasında böyük rol oynamışdır. 2009-cu ildə Bakıda keçirilən bədii gimnastika üzrə 25-ci Avropa çempionatında dünyanın 32 ölkəsindən 186 gimnastı iştirak etmişdir. Elə həmin il ölkədə qaydasız döyüş üzrə Dünya kuboku da keçirilmişdir (Bakı İdman Sarayında). Yarışda Azərbaycan millisi də daxil olmaqla, 25 ölkəni təmsil edən 120-dən çox idmançı mükafat uğrunda mübarizə aparmışdır. 2010-cu ildə ölkəmizdə Heydər Əliyev adına İdman-Konsert Kompleksində daha fərqli bir idman növü üzrə Qılıncoynatma üzrə gənclər və kadetlər arasında yarış keçirilib. Bu yarışlarda dünyanın 87 ölkəsindən 1565 idmançı iştirak etmişdir. 2010-cu il ərzində keçirilən daha bir çempionat bodibildinq üzrə olub ki, burada 64-cü dünya çempionatında 63 ölkənin idmançısı birincilik uğrunda mübarizə aparıb. Mübarizə bodibildinqçilər arasında həyata keçirilib.
2010-cu ildə ölkəmizin paytaxtında keçirilən mötəbər yarışlardan biri də gənclər arasında boks üzrə dünya çempionatı olub və bu oyunlar Bakı Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilmişdir. Çempionatda 96 ölkədən 500 idmançı iştirak edib. Sərbəst, yunan-roma və qadın güləşi üzrə Avropa çempionatı da 2010-cu ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilib. Bu yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı sərbəst, yunan-roma güləşi üzrə mübarizə aparıb.
Ölkəmizdə keçirilən daha bir idman yarışı da Cüdo üzrə "World Masters" beynəlxalq turniri olub və 2011-ci ildə Bakıda keçirilib. Reytinq xalları verən World Masters seriyasında 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparıb. Cüdo üzrə Dünya Kuboku bu il ərzində baş tutan lisenziya xarakterli yarışlardan olub. Yarış Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutub. Bu yarışlar 2012-ci il London Yay Olimpiadasına lisenziya xarakteri daşıyırdı. Boks üzrə XVI Dünya Çempionatı da 2011-ci ilin sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda keçirilib. Çempionatda 113 ölkədən 570 boksçu mübarizə aparıb. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir.
2012-ci ildə isə Yeniyetmələr arasında sərbəst, yunan-roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı respublikada keçirilib. 21-27 avqust tarixini əhatə edən yarışda 41 ölkədən 850 idmançı iştirak edib. 22 sentyabr - 13 oktyabr tarixlərində isə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı baş tutub. 2012-ci ildə keçirilmiş yarışda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edib. Bu, Azərbaycanda keçirilən ilk FİFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı olub. Bu il ərzində Bakıda ilk keçirilən yarışlardan biri də "GT3 və klassik Formula 1" yarışı olub. Oktyabrın 26-28-də Bakıda ilk dəfə keçirilən yarışların "City Challenge" Bakı avtoparadı keçirilib. Yarışda 10 komanda (hər birində 2 sürücü olmaqla) iştirak edib və 2,1 kilometrlik yarış zolağını qət ediblər. Yarış 300 milyon izləyicini əhatə etmiş, 120 ölkədə televiziya kanalları vasitəsilə yayımlanmışdır.
Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biridə “Bakı-2015” Avropa Oyunları olmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətdə başa çatdırdı. Azərbaycanın bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi və çox qısa zaman ərzində Oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı.
Yarışlarda Avropanın 50 ölkəsinin 10000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb. Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb. Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib olub. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazandı və I Avropa Oyunlarını 47 medalla başa vurublar.
Azərbaycanda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası”, “Formula-1” yarışları ilə yanaşı nüfuzlu və mötəbər yarışlardan biri də İslam Həmrəylik Oyunları olmuşdur. 2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdır. Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunmuşdur. Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birinci iclası keçirilmişdir. 2017-ci il aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasını keçirdi və Bakı oyunlara tam hazır idi. 12-22 may 2017-ci il tarixində keçirilən yarışlarda 21 idman növü üzrə 56 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparmışdır. Medalların sayına görə Türkiyə yığması fərqlənmişdir. Belə ki, Türkiyə yığması ümumilikdə 195 medal qazanmaqla yekunda medal sayında brinci pilləni tutmuşdur. Türkiyə yığması həmçinin gümüş və bürünc medalların sayında da ilk pillədə qərarlaşmışdır. Lakin Azərbaycan yığması əldə etdiyi qızıl medalların sayına görə son nəticədə medal sıralamasını birinci pillədə bitirməyə nail olmuşdur. 14 ölkənin yığması isə turniri medalsız başa vurmuşdur.
Dünya idman tarixinə öz imzasını atmış və beynəlxalq aləmdə lazımı nüfuzunu qazanmış ölkəmiz 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə və digər yarışlara da ev sahibliyi etmişdir.
Bu gün, idmanla yanaşı bütün sahələrdə Azərbaycan Demokrtaik Respublikası öz tarixinin çox şərəfli, sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu naliyyətlər Cənab Prezidentimiz İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən xalqın milli maraqlarına əsasən həyata keçirilən siyasi xəttin nəticəsidir. Biz də öz növbəmizdə səlahiyyətlərimiz daxilində, dövlətimizin inkişafı, eləcədə Azərbaycan idmanının uğur salnaməsini daha da zənginləşdirmək naminə əlimizdən gələni edəcəyik.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasının İdman işləri üzrə
prorektoru, professor Yusif Babanlı

 
  • Oxunub:  3810  |  
  • Tarix:  10-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

27 İyun 16:53
Azərbaycan nümayəndə heyəti Koreya Respublikasının tibbi sığorta sistemi ilə tanış olub
27 İyun 16:46
Səməd Seyidov: Azərbaycandakı islahatların məqsədi vətəndaşların müdafiəsi, hüquq və azadlıqlarının tam təmin edilməsidir
27 İyun 16:39
Azərbaycanlı deputat AŞPA-da miqrant uşaqlarla bağlı məruzəyə rəy bildirib
27 İyun 16:37
Bakının 6 rayonunun icra hakimiyyətlərində sığorta savadlılığının artırılması üçün maarifləndirici tədbir keçirilib
27 İyun 16:33
Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın davamlı inklüziv inkişafında könüllülər fəaliyyətinin rolu” istiqaməti üzrə ixtisasartırma kursuna başlanılıb
27 İyun 16:13
AZƏRTAC-ın da təsisçisi olduğu "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı platforması istifadəyə verilib
27 İyun 15:56
Beynəlxalq Valyuta Fondunun və Liberiyanın Peynesvil şəhərinin nümayəndə heyətləri “Təmiz Şəhər” ASC-də olublar
27 İyun 15:53
Pedaqoji Şura iclasları keçirilir
27 İyun 15:50
Moskvada Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib
27 İyun 15:35
Azərbaycanda uşaq paralimpiya hərəkatı sahəsində əldə olunmuş təcrübə müzakirə edilib
27 İyun 15:30
“Culture Guide” mədəniyyət bələdçisinin xüsusi buraxılışı UNESKO Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub
27 İyun 15:28
Azərbaycan V Beynəlxalq Türk Dünyası Turizm Simpoziumunda təmsil olunub
27 İyun 15:22
Milli Məclisin deputatı AŞPA-da işğalçı Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqlardan danışıb
27 İyun 14:54
Azərbaycanlı deputat avropalı həmkarlarını miqrant uşaqlarla bağlı xüsusi strategiya qəbul etməyə çağırıb
27 İyun 14:51
Azərbaycanlı deputat AŞPA komitəsindəki dinləmələrə sədrlik edib
27 İyun 14:40
İlahiyyat İnstitutunun müəllimləri beynəlxalq simpoziumda iştirak ediblər
27 İyun 14:30
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
27 İyun 13:46
Bakıda yerdəyişmə üzrə tərəfdaşlığa dair beynəlxalq konfrans keçirilir
27 İyun 13:38
Bakı Slavyan Universitetində “Məzun günü” qeyd olunub
27 İyun 13:36
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası keçirilib
27 İyun 12:51
“Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda müzakirələr aparılıb
27 İyun 12:35
Sevinc Fətəliyeva: Hər hansı həssas məsələ ilə bağlı bir işdə şəxsi maraqların üstün tutulması yolverilməzdir
27 İyun 12:33
Gədəbəydə seminar: “QİÇS-ə birlikdə qalib gələk”
27 İyun 12:29
“Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunan elmi konfrans
27 İyun 12:07
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir
27 İyun 11:52
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclası keçirilir
27 İyun 11:41
Asim Mollazadə: Azərbaycana qarşı aparılan hibrid müharibə Avropa dəyərlərinə hücumdur
27 İyun 11:38
Səməd Seyidov: Bəziləri bədbəxt hadisələrdən, faciələrdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar
27 İyun 11:17
BDU-nun hüquq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib
27 İyun 11:06
Bakıda UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu öz işinə başlayıb
27 İyun 11:00
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Parisdə keçirilən Avropa Statistikləri Konfransında iştirak edir
27 İyun 10:20
Milli Oftalmologiya Mərkəzinin Gədəbəydə keçirdiyi aksiyada 210 vətəndaş müayinə olunub
27 İyun 10:18
"Gənc liderlər məktəbi"nin üzvləri mədəniyyət naziri ilə görüşüb
27 İyun 09:54
Misir KİV-də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyi geniş işıqlandırılıb
27 İyun 09:13
Meksikanın paytaxtında keçirilən beynəlxalq festivalda Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
27 İyun 09:09
Naqif Həmzəyev: Psixi xəstələrə münasibətdə insan hüquqlarına əsaslanan yanaşmanın tətbiqinə ehtiyac var
27 İyun 09:02
Beynəlxalq Türk Akademiyası yanında “Dil və Terminologiya” Daimi Komissiyası qurulub
27 İyun 08:58
Sevinc Fətəliyeva: Azərbaycanda aparılan inqilabi islahatlar vətəndaşların rifah halının yaxşılaşmasına yönəlib
27 İyun 08:53
Braziliya səfiri: Bakı forumu BMT-nin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dəyərli töhfədir
27 İyun 08:51
Avropa Şurasının yeni Baş katibi seçilib
27 İyun 08:47
Azərbaycan Silahlı Qüvvələr Günü İslamabadda qeyd olunub
27 İyun 08:42
Azərbaycan və Çexiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
27 İyun 08:41
Hacı Əliyev: Bu gün iki erməni idmançı üzərində qazandığım qələbəni hərbçilərimizə həsr edirəm
27 İyun 08:36
“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına 25 gün qalıb
27 İyun 08:33
Azərbaycanlı deputat: Psixi xəstələrlə bağlı tətbiq olunan müalicə üsullarına yenidən baxılmalıdır
27 İyun 08:25
Sərbəst güləşçimiz Mahir Əmiraslanov “Minsk 2019”da Azərbaycana ilk qızıl medal qazandırıb
26 İyun 18:50
AŞPA sessiyası çərçivəsində “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” mövzusunda tədbir keçirilib
26 İyun 18:38
Sumqayıtda məhkəmə-hüquq islahatları müzakirə olunub
26 İyun 18:07
Füzuli rayonunun ictimaiyyəti Silahlı Qüvvələr Gününü hərbçilərlə birgə qeyd edib
26 İyun 17:43
Şəhid ailələrinin bir qrupu ilə görüş keçirilib
26 İyun 17:22
“Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib
26 İyun 17:00
NATO-nun mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib
26 İyun 16:20
Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26 İyun 15:57
Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub
26 İyun 15:30
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb
26 İyun 15:23
Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq təcrübəsinin formalaşması üçün imkanlar mövcuddur
26 İyun 14:06
Azərbaycan nümayəndə heyəti “ARMY-2019” Forumu çərçivəsində bir sıra görüşlər keçirib
26 İyun 14:04
AŞPA-nın yay sessiyasında Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışılıb
26 İyun 13:48
Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri AŞPA-nın yay sessiyasında qaldırılıb
26 İyun 13:45
Pakistan Prezidenti Azərbaycanın bu ölkədəki səfirini qəbul edib
26 İyun 13:42
Ağsaqqallar Şurasının sədri: Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26 İyun 13:39
AŞPA-da azərbaycanlı deputat psixi xəstələrin hüquqlarının müdafiəsindən danışıb
26 İyun 13:36
“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına yekun vurulub
26 İyun 11:52
Misir universitetlərinin tələbələri Azərbaycan dilinə böyük maraq göstərirlər
26 İyun 11:50
Azərbaycan atletləri “Minsk 2019”un altıncı günündə idmanın beş növü üzrə mübarizə aparacaqlar
26 İyun 11:48
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
26 İyun 11:38
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qəbələ və Oğuzda vətəndaşları qəbul edib
26 İyun 11:35
Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26 İyun 11:07
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır
25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA