Ana səhifə »  Qəzetin pdf formatı »  Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində ötən ilin yekunları müzakirə olunub
A+   Yenilə  A-
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində ötən ilin yekunları müzakirə olunub

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində 2018-ci ildə polis orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələri, 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iclası Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov açaraq görülən işlərdən danışıb. Nazir bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “...Hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının və bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də diqqət mərkəzində olmuş, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası yenidən qurulmuşdur.

Daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmışdır. Təhsil müəssisəsi üçün yeni məktəb binasının tikintisi hazırda davam etdirilir.

Əhali arasında hüquq maarifi və profilaktiki tədbirlərin gücləndirilməsinin nəticəsidir ki, cinayətkarlıq üzrə göstəricilərin aşağı səviyyədə olması qorunub saxlanılmışdır”.

Qeyd olunub ki, Ali Məclisin Sədri tərəfindən uğurla həyata keçirilən siyasi strategiya nəticəsində muxtar respublikada dayanıqlı xarakter almış ictimai-siyasi sabitlik daxili işlər orqanlarının fəaliyyətinə əlverişli şərait yaratmaqla yanaşı, daxili işlər orqanlarının üzərinə daha ciddi məsuliyyət qoyub. Əməliyyat şəraitinin yenidən qurulması və mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində verilən tapşırıqların, eləcə də şəxsi heyətin gərgin əməyinin nəticəsidir ki, 2018-ci ildə Daxili İşlər Nazirliyi və prokurorluq tərəfindən qeydə alınmış cinayət hadisələrinin açılması, cinayətlərin törədilməsində təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin tutulması, eləcə də cinayət işləri üzrə dəymiş maddi ziyanın ödənilməsi 100 faiz təmin edilib, insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmayıb.

Vurğulanıb ki, qanunsuz saxlanılan silahların yığılması istiqamətində ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirləri nəticəsində vətəndaşlar tərəfindən 255 ədəd müxtəlif növ silah və xeyli sayda döyüş sursatı təhvil verilib. Bu da ötən illərin göstəricilərini üstələməklə yanaşı, nazirliyin ictimaiyyət arasında nüfuzunun yüksəlməsinin nəticəsidir.

“Ötən il muxtar respublikada kriminogen vəziyyətə təsir edən amillər müəyyən edilərək qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində 5 kollegiya və 8 əməliyyat müşavirəsi keçirilib, qəbul edilmiş qərarlar icraya yönəldilib”, – deyən nazir diqqətə çatdırıb ki, 2018-ci ildə, ümumilikdə, 1702 vətəndaşın qəbul edilərək müraciətlərinin əksəriyyəti həll olunub. Polis orqanları tərəfindən vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinə bundan sonra da böyük həssaslıqla yanaşılmalı, müraciət edən hər bir vətəndaşın qəbul edilib şikayətlərinin hüquqi müstəvidə həll olunması daim diqqət mərkəzində saxlanılmalıdır.

Vurğulanıb ki, yol infrastrukturunun inkişafı sahəsində muxtar respublikada həyata keçirilən tədbirlər, müasir standartlara cavab verən asfalt-yol örtüyünün çəkilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə tехniki sistеmlərin tətbiqi, istismara yararsız nəqliyyat vasitələrinin çıxdaş edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi nəticəsində qəzaların sayı 2017-ci illə müqayisədə 54 faiz azalıb.

Nazirliyin səyyar xidmətinin fəaliyyəti barədə də danışan Fazil Ələkbərov deyib ki, bu xidmət vətəndaşlar arasında böyük məmnunluq hissi yaradaraq daxili işlər orqanlarının nüfuzunu daha da möhkəmləndirib. Lakin müvafiq strukturlar bununla kifayətlənməməli, əldə olunmuş nəticələri inkişaf etdirməklə vətəndaş məmnunluğunun təmin olunması istiqamətində aparılan işləri şəffaflıq prinsipi əsasında davam etdirməlidirlər.

Nazir qeyd edib ki, biometrik şəxsiyyət vəsiqələrinə keçid prosesi ölkəmizin inkişaf etməkdə olan dövlətlər sırasında yer almasının bariz nümunəsidir. Muxtar respublikada biometrik şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı bütün texniki vasitələr quraşdırılaraq istifadəyə verilib.

2018-ci ildə xidmətdə fərqlənən əməkdaşlardan 1302 nəfərin mükafatlandırılması son dövrlər şəхsi heyət arasında nizam-intizamın və mənəvi-psixoloji vəziyyətin yüksəlməsinin göstəricisidir.

Çıxışının sonunda nazir əminliyini bildirib ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmin edilməsi sahəsində qarşıya qoyulan vəzifələri, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqları layiqincə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqa­zidd əməllərdən qorunması təmin olunacaq. Naxçıvanın cinayətsiz region prinsipi qorunaraq əldə olunmuş nəticələr daha da inkişaf etdiriləcək.

Sonra məruzə ətrafında müzakirələrdə nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidovun, İstintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki Hikmət Əliyevin, Şərur Rayon Polis Şöbəsinin rəisi, polis mayoru Nəriman İbrahimovun, Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, polkovnik Səlim Niftəliyevin çıxışları dinlənilib.

Çıxışlarda bildirilib ki, həyata keçirilən köklü islahatlar və məqsədyönlü layihələr 2018-ci ildə uğurla davam etdirilib. Bundan sonra da cinayətkarlıqla mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, dövlətin və vətəndaşların qanuni mənafelərinin qorunması, eləcə də qanunvericiliklə müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetiriləcək, əməliyyat şəraiti nəzarətdə saxlanılacaq.

Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov yekun vurub.

 
  • Oxunub:  3210  |  
  • Tarix:  11-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir

21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21 Noyabr 15:50
Sona Əliyeva: Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
21 Noyabr 15:46
Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib
21 Noyabr 15:44
Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 Noyabr 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 Noyabr 15:28
Əli Həsənov: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar
21 Noyabr 15:18
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
21 Noyabr 15:07
Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur
21 Noyabr 15:04
“StartupFest 2019”a start verilib
21 Noyabr 15:03
Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir
21 Noyabr 14:54
Gənc kadrlar dəmir yollarının şimal sahəsinin stansiyalarında işlə təmin olunublar
21 Noyabr 14:50
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib
21 Noyabr 14:48
Prezident İlham Əliyev Sumqayıt Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub
21 Noyabr 14:40
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib
21 Noyabr 14:34
Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışı olub
21 Noyabr 14:21
Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
21 Noyabr 14:20
Prezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edib
21 Noyabr 14:17
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
21 Noyabr 14:01
Firmin Eduard Matoko: Azərbaycan Milli Komissiyası ilə UNESKO arasında əməkdaşlıq yüksək səviyyədədir
21 Noyabr 13:58
Korrupsiyaya yol vermiş vəzifəli şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir
21 Noyabr 13:40
GUAM Xarici İşlər nazirləri Bratislavada görüşəcəklər
21 Noyabr 13:29
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə kurslar başa çatıb
21 Noyabr 12:58
“İmadəddin Nəsiminin fəlsəfəsi və UNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
21 Noyabr 12:55
“Bulla-dəniz” yatağındakı qazma işləri ilə tanışlıq olub
21 Noyabr 12:51
Muxtar respublikada suvarma kanalları lildən təmizlənib, yeni xətlər çəkilib
21 Noyabr 12:47
İspaniyada Azərbaycanın işgüzar turizm imkanları tanıdılır
21 Noyabr 12:45
Azərbaycanda ayrı-seçkiliyə yol verilmədən hər bir uşağın hüquq və mənafeyi qorunur
21 Noyabr 12:15
Naxçıvanda Ümumdünya Uşaq Günü qeyd olunub
21 Noyabr 12:07
Azərbaycanlı uşaqlar BMT sessiyasında iştirak ediblər
21 Noyabr 12:05
Bakıda keçirilən beynəlxalq biennaledə xarici ölkələrdən 40-dan çox rəssam iştirakı edir
21 Noyabr 12:01
Milli Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş kitab təqdim ediləcək
21 Noyabr 11:48
AZAL “Dubai Air Show 2019” sərgisində bir sıra önəmli razılaşmalara imza atıb
21 Noyabr 11:42
Sədaqət Vəliyeva: Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib
21 Noyabr 11:32
Siyavuş Novruzov: Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin, YAP-ın siyasətini dəstəkləyir və Partiya ilə birgədir (VİDEO)
21 Noyabr 11:30
Madriddə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
21 Noyabr 11:29
Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb
21 Noyabr 11:23
Bakıda “Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti” mövzusunda konfrans işə başlayıb
21 Noyabr 11:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin doqquz aylıq fəaliyyəti müzakirə olunub
21 Noyabr 11:10
Kamilə Əliyeva: YAP xalqın böyük əksəriyyətinin etimadını qazanmaqla avanqard siyasi qüvvəyə çevrilib
21 Noyabr 11:08
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
21 Noyabr 10:30
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
21 Noyabr 10:25
Tur-aksiya: 9 rayondan olan 360 məktəbli şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıb
21 Noyabr 10:13
Azərbaycan səfiri etimadnaməsini İndoneziya Prezidentinə təqdim edib
21 Noyabr 10:09
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir
21 Noyabr 09:57
YAP Nərimanov rayon təşkilatında partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib
21 Noyabr 09:55
YAP Gədəbəy rayon təşkilatı partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə “dəyirmi masa” keçirib
21 Noyabr 09:54
Şəmkir rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd edilib
21 Noyabr 09:52
Samuxda YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib
21 Noyabr 09:48
Rasim Quliyev: YAP tarixi zərurət, sosial sifariş əsasında yaranıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6