Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Eldar İbrahimov: İqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar böyük səmərələr verir

Eldar İbrahimov: İqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar böyük səmərələr verir

11.01.2019 [17:21]

“Hər bir ölkə məhz sabitlik və təhlükəsizlik şəraitində iqtisadi potensialından səmərəli şəkildə istifadə edə və insanların rifah halının yaxşılaşması üçün davamlı tədbirlər həyata keçirə bilər. Müstəqil Azərbaycan özünün dinamik inkişafını məhz sabitlik və təhlükəsizlik şəraitində təmin edir”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, son 15 ildə respublikamızda iqtisadi məsələlərə xüsusi diqqət yetirilib, neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi potensialının artırılmasına yönələn məqsədyönlü siyasət həyata keçirilib, bütövlükdə milli iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafını təmin etmək məqsədilə genişmiqyaslı islahatlar aparılıb, Dövlət proqramları, strateji yol xəritələri qəbul edilib. Onun sözlərinə görə, ötən illərdə bütün dünya miqyasında iqtisadi baxımdan Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox az olub.

“Ötən 15 ildə milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib ki, bu da kifayət qədər müsbət göstəricidir. Hazırda respublikamız Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan dövlətdir. Azərbaycanın qısa müddətdə öz investisiyalarını ixrac edən ölkəyə çevrilməsi son dərəcə qürurverici haldır.
İqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Bu mənada Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar yaradır. Güclü iqtisadi dayaqlar quran və iqtisadi müstəqilliyini təmin edən respublikamızın özünə inam hissi də artıb. Öz gücünə arxalanan Azərbaycan tam müstəqil siyasət həyata keçirir, milli maraqları qətiyyətlə qoruyur və bütün dünyada ləyaqətli ölkə kimi tanınır. Əlbəttə, ötən dövrdə milli iqtisadiyyatın inkişafında neft amili xüsusi yer tutub. Bu da təbiidir. Çünki Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan ölkədir. Ancaq bununla bərabər, ölkəmizin qeyri-neft ixracı 15 il ərzində dörd dəfədən çox artıb. Bu da onu göstərir ki, respublikamızda neftdənkənar iqtisadiyyatın inkişafının müxtəlif vasitələrlə dəstəklənməsi, bu məqsədlə aparılan islahatlar böyük səmərə verir”-deyə, komitə sədri vurğulayıb.

Paylaş:
Baxılıb: 240 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31