Ana səhifə »  Qəzetin pdf formatı »  20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir
A+   Yenilə  A-
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir

Prezident İlham Əliyev: 20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi
Xalqların, ölkələrin tarixində zaman-zaman elə hadisələr baş verir ki, heç vaxt yaddan çıxmır, insanların qan yaddaşına çevrilir, cəmiyyətin sosial mənşəyindən asılı olmayaraq bütün təbəqələrini birləşdirir. Azərbaycan xalqı üçün belə hadisələrdən biri 1990-cı ildə baş verən 20 Yanvar faciəsidir. İndi bəhs olunan faciənin baş verdiyi tarixdən düz 29 il ötür. Lakin illər ötsə də, həmin tarix bizə qətiyyən üzaq görünmür, əksinə, xalqımız şəhidlərin xatirəsini həmişə böyük minnətdarlıq hissi ilə yad edir, eyni zamanda, faciənin baiskarlarını nifrətlə xatırlayır.
Həmin şaxtalı gecədə dəhşətli anlar yaşandı Bakının şimal girişində, digər küçə və meydanlarında - insanlara iriçaplı silahlardan aramsız atəş açıldı, tırtıllı hərbi texnika onların üstünə yeridildi, uşaqlar, qadınlar, yaşlılar aman verilmədən qətlə yetirildilər. Tarix dövlətin - keçmiş ittifaqın rəhbərlərinin öz vətəndaşlarına, dinc, əliyalın sakinlərinə qarşı belə amansız davranışına, qəddarlığına şahidlik etməmişdi. Həmin gün keçmiş SSRİ rəhbərliyi dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını cinayətkarcasına pozmuşdu.
1990-cı il yanvarın 20-də Azərbaycan xalqı azadlıq və Vətən sevgisini nümayiş etdirdi
Azərbaycan xalqı azadlıqsevər və öz Vətəninə çox möhkəm tellərlə bağlı olan bir xalqdır. Tarixin müxtəlif dönəmlərində xalqımız yadellilərə, yeraltı və yerüstü sərvətlərlə zəngin olam məmləkətimizə göz dikən imperiya qüvvələrinə qarşı şərəflə mübarizə apararaq özünün qüdrətli dövlətlərini qurmağa nail olmuşdur.
1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz tarixinin daha bir qəhrəmanlıq səhifəsini yazdı. Bakıda baş verən faciə Azərbaycanın oğul və qızlarının öz vətənlərini necə böyük məhəbbətlə sevdiklərini, azadlığı öz həyatlarından belə yüksəkdə tutduqlarını bütün dünyaya nümayiş etdirdi. Faciənin baş verdiyi ərəfədə keçmiş ittifaq rəhbərliyinin Azərbaycana qarşı ədalətsizliyi və ayrı-seçkiliyi yüksək həddə çatmışdı. Keçmiş ittifaq büdcəsinə bütün müttəfiq respublikalardan daha çox gəlir verən respublikamıza adekvat münasibət bəslənilmirdi. Əksinə, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda ermənilərin törətdikləri separatçılıq hərəkətləri ittifaq rəhbərliyi tərəfindən açıq və yaxud gizli şəkildə dəstəklənirdi. Ayrı-ayrı müttəfiq respublikalarda baş qaldıran separatçılıq hərəkətlərini, necə deyərlər, beşikdəcə boğan ittifaq rəhbərliyi başda Sovet İttifaqı Kommunist Partiyasının birinci katibi - SSRİ-nin rəhbəri M.Qorbaçov olmaqla ermənilərin Dağlıq Qarabağda törətdikləri əməlləri görməzdən gəlirdilər və beləliklə də, Azərbaycanın suveren hüquqlarına hörmətsizlik nümayiş etdirirdilər. Dağlıq Qarabağda separatçıların cilovlanmaması ittifaq rəhbərliyinin respublikamızın suveren hüquqlarına sayğısızlığının açıq-aşkar ifadəsi idi.
Azərbaycan xalqı, təbii ki, belə vəziyyətlə barışa bilməzdi. Xalqımız torpaqlarımızın ayrılmaz hissəsi olan, zəngin mədəniyyətimizin çox mühüm bir hissəsinin yarandığı Dağlıq Qarabağda Azərbaycanın suveren hüquqlarının bərpasını, separatçıların cəzalandırılmasını istəyirdi və keçmiş ittifaq rəhbərliyinin apardığı yanlış siyasətə etiraz əlaməti olaraq küçələrə çıxmışdı. O dövrdə respublikamızın ərazi bütövlüyünün pozulmasına qarşı çıxan insanlar Bakı küçələrində öz etirazlarını dinc şəkildə bildirirdilər, onların əlində silah-sursat yox idi. Lakin ittifaq rəhbərliyi doğma vətənlərinə sədaqətlərini ifadə edən dinc insanların üstünə birləşmiş silahlı qüvvələrin sayı-hesabı bilinməyən zirehli texnikası ilə gəldi. 1990-cı ilin 20 yanvar gecəsində SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində təkcə paytaxtda 134 mülki şəxs amansızcasına öldürüldü, 600-dən çox adam yaralandı. Əslində isə qırğınların miqyası bölgələri də əhatə edirdi. Bütövlükdə, 20 Yanvar hadisələri zamanı respublika üzrə 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. İnsanların gözünü qorxutmaq, onların azadlıq uğrunda mücadiləsini qan gölündə boğmaq istəyən imperiyanın silahlı qüvvələri Bakıda törədilən qırğınları yalnız 20 yanvar gecəsi ilə məhdudlaşdırmadılar, sonrakı günlərdə də paytaxtımızın küçələrində, respublikanın bölgələrində oxşar ssenarilər davam etdirilirdi. İmperiya qüvvələrinin azğınlığı o həddə çatmışdı ki, onlar hətta mənzillərə də çəkinmədən atəş açır, həkimlərin öz peşə borclarını yerinə yetirmələrinə mane olurdular.
Faktlar imperiya qüvvələrinin yanvarın 20-də törətdikləri qırğınların geniş miqyasını və xüsusi qəddarlıqla həyata keçirildiyini təsdiqləyir. Bununla belə, böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi. Baş verənlər Azərbaycanın mərd oğul və qızlarının iradəsini, azadlılq sevgisini, Vətənə olan bağlılığını qətiyyən qıra bilmədi. Törədilən faciə insanları daha da birləşdirdi və Azərbaycanın bütün bölgələrini azadlıq uğrunda mübarizə dalğası bürüdü. 20 Yanvarın tariximizdə önəmli yer tutduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi... 20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.
Azərbaycanın ovaxtkı rəhbərliyinin qətiyyətsizliyi və AXC-“Müsavat” cütlüyünün sayğısızlığı xalqa xəyanət nümunəsi idi
Qeyd olunduğu kimi, 1990-cı il yanvarın 20-də Bakıda xüsusi qəddarlıqla törədilən vəhşiliklər keçmiş ittifaq rəhbərliyinin əvvəlcədən hazırladığı ssenari əsasında həyata keçirilmişdi. Ancaq hadisələrin təhlili də göstərir ki, Azərbaycanın ovaxtkı rəhbərliyi xalqın yanında olsa idi və milli maraqlardan çıxış etsə idi, faciənin qarşısını almaq və yaxud onun miqyasını azaltmaq mümkün olardı. Respublikanın ovaxtkı rəhbərliyinin “mövqeyi” hətta faciə baş verdikdən sonra da dəyişməz qaldı. O dövrdə oturduqları kürsüdən bərk-bərk yapışan rəhbərlər hər vəchlə baş verənləri ört-basdır etməyə, faciənin mahiyyətini gizlətməyə çalışırdılar. Onlar açıq-aşkar təslimçilik siyasəti həyata keçirməyə çalışırdılar. Bunu təsdiqləyən çoxsaylı faktlar sadalamaq mümkündür. 1990-cı il 22 yanvar tarixində xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin sessiyası çağırıldı. İclasa respublikanın ovaxtkı rəhbərləri də dəvət olunmuşdular. Lakin respublikanın rəhbərliyində təmsil olunanların böyük əksəriyyəti müxtəlif bəhanələrlə Ali Sovetin iclasına qatılmadılar. Bu, bir tərəfdən, respublikanın ovaxtkı rəhbərliyində təmsil olunanların qətiyyətsizliyini ortaya qoyurdusa, digər tərəfdən də, onların mərkəzdən gələn ssenaridə rol aldığını təsdiqləyirdi. Bu da acı həqiqətdir ki, respublikanın rəhbərliyində təmsil olunanların böyük əksəriyyəti 20 Yanvar şəhidlərinin dəfn mərasiminə belə təşrif gətirməmişdilər. Başqa faktlar da acı həqiqəti ortaya qoyur. O dövrdə 20 Yanvar faciəsi ilə bağlı olan və geniş xalq kütlələri tərəfindən yığılıb Dövlət İstintaq Komissiyasına təhvil verilmiş konkret dəlil və sübutlar qəsdən respublikadan çıxarılmışdı. Eyni zamanda, Azərbaycanın prokurorluq və hüquq-mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta əksinə, 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri bütövlükdə və ya qismən məhv edilmişdi. Qeyd edək ki, 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası da öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsi davam etdirilmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı. Bu kimi faktları təəssüf hissi ilə xatırladan Prezident İlham Əliyev “O günlər mənim yaxşı xatirimdədir. Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi, günahsız insanlar qətlə yetirilmişdi. Sovet ordusu Bakıya müdaxilə edərək kütləvi qırğın törətmişdi. Yüzlərlə insan həlak olmuş, yaralanmış, itkin düşmüşdü. Bu, böyük cinayət idi. Ancaq əfsuslar olsun ki, Azərbaycanın ovaxtkı rəhbərliyi bu barədə öz etiraz səsini qaldırmamışdı”, - deyə vurğulayıb.
Özlərini “milli qüvvələr” adlandıran, əslində isə canfəşanlıqları şəxsi və korporativ maraqlardan uzağa getməyən AXC-”Müsavat” cütlüyünün sərgilədiyi mövqe də çox doğru olaraq xalqa xəyanət nümunəsi kimi dəyərləndirilir. Məlumdur ki, AXC-“Müsavat” cütlüyündə təmsil olunanlar məhz xalqın azadlıq arzularından sui-istifadə etməklə 1992-ci ildə respublikada hakimiyyəti zorla ələ keçirdilər. Lakin elə ilk vaxtlardanca bəlli oldu ki, bu cütlüyün ölkəni idarə etməyə səriştəsi və potensialı yoxdur. AXC-“Müsavat” iqtidarının diletantlığı, səriştəsizliyi Azərbaycanı “ölüm, ya qalım” dilemması ilə üz-üzə qoymuşdu. Ölkə, sözün əsl mənasında, xaos, anarxiya girdabına yuvarlanmışdı.
AXC-“Müsavat” iqtidarının təmsilçilərinin diletantlığı, ölkənin taleyüklü məsələlərinə səriştəsiz yanaşma ortaya qoymaları, qısa müddətdə talançılığa başlamaları başqa bir söhbətin mövzusudur. Tezliklə bəlli oldu ki, AXC-“Müsavat” iqtidarı bütün ümummilli məsələlərdə də xalqla məsafə saxlamaq və dönüklük yolu tutub. Hakimiyyəti qamarlayanadək xalqı milli ideyalarla küçələrə, meydanlara səsləyən qüvvələr indi tamam başqa ampluada görünürdülər. Bir vaxtlar 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi üçün, necə deyərlər, yaxa cıran “milli qüvvələr” hakimiyyət kreslosunda əyləşəndən sonra digər vədləri kimi, bu məsələni də yaddan çıxartdılar.
Beləliklə, AXC-“Müsavat” iqtidarı dövründə də 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmədi. AXC-“Müsavat” iqtidarında təmsil olunanların başı nüfuz savaşına və şəxsi işlərə o qədər qarışmışdı ki, indi onları 20 Yanvar faciəsi və digər milli məsələlər maraqlandırmırdı. Əslində isə həm respublikanın ovaxtkı rəhbərliyi, həm də 1992-ci ildə hakimiyyəti qamarlayan AXC-“Müsavat” iqtidarı öz xalqının başına gələn faciəyə biganə qalmamalı, keçmiş ittifaq rəhbərliyinin əməllərinə siyasi və hüquqi qiymət verməli idilər. Onlar isə fərqli yol tutdular. Mahiyyət etibarı ilə bu iki qüvvəni bir-birindən ayırmaq da mümkün deyil. Yəni, Azərbaycanın ovaxtkı rəhbərliyinin qətiyyətsizliyi və AXC-“Müsavat” cütlüyünün sayğısızlığı xalqa xəyanətin bariz nümunəsi idi.
Ulu öndər Heydər Əliyev xalqının səsinə səs verərək faciə barədə həqiqətləri bütün dünyaya çatdırdı
Bu məqamda qeyd edək ki, Azərbaycan xalqının dahi oğlu, Ümummilli lider Heydər Əliyevin həyatı cəsarət nümunələri - ən kritik məqamlarda belə gözləmə mövqeyi tutmadan xalq, Vətən üçün zəruri olan addımı atması, taleyüklü qərarlar qəbul etməsi kimi faktlarla zəngindir. Ulu öndərin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən faciədən dərhal sonra atdığı addımlar da bu qəbildəndir. Hadisələrin birbaşa günahkarı olan keçmiş ittifaqın rəhbərliyi Bakıda törədilən qırğın barədə xəbərlərin imperiyanın özündə və sərhədlərindən kənara yayılmasını qətiyyən istəmirdi və bu məqsədlə repressiv tədbirlərə əl atılırdı. Belə vəziyyətdə - imperiyanın qılıncının hələ iti kəsdiyi bir vaxtda Ulu öndər Heydər Əliyev yanvarın 21-də heç nədən çəkinməyərək, Özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda törədilən qırğını qətiyyətlə pislədi. Ulu öndər bu cəsarətli addımı ilə bir tərəfdən imperiya qüvvələrinə meydan oxudu, digər tərəfdən isə Azərbaycan ətrafında informasiya blokadasını yardı, xalqına böyük təsəlli vermiş oldu. Belə cəsarətli addımı Öz xalqına, Vətəninə qəlbən bağlı olan bir lider ata bilərdi ki, bu nümunəni də Ulu öndər göstərdi. Ulu öndərin Azərbaycan xalqı, Vətənimiz qarşısında tarixi xidmətini xatırladan Prezident İlham Əliyev deyib: “1990-cı ilin faciəvi günlərində Heydər Əliyev əsl lider kimi yenə də Öz xalqının yanında yer tutdu, xalqa yol göstərdi”.
Xalqımızın qan yaddaşına hopmuş 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət də məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu öndərin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul edib. Bəhs olunan qərarda 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilib. Ulu öndər xalqına bağlılığını və qətiyyətini həmçinin Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı ortaya qoydu. Həmin çıxışında Ulu öndər qətiyyətlə bildirirdi ki, faciənin günahkarları üzə çıxardılaraq cəzalandırılmalıdırlar.
Xatırladaq ki, Ulu öndər Heydər Əliyev belə kəskin məzmunlu çıxışı edərkən hələ keçmiş ittifaq süqut etməmişdi. Lakin sovet hakimiyyətinin mövcudluğu Ulu öndərin xalqına dayaq durmasının qarşısını ala, Onu geri çəkindirə bilməzdi. Belə bir faktı da vurğulamaq yerinə düşər ki, Ulu öndər bəhs olunan çıxışı ilə kifayətlənmədi və 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Kabinetinə hadisə ilə bağlı məktub göndərdi.
Ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın rəhbərliyinə gəldikdən sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi üçün ölkə rəhbəri kimi mühüm addımlar atdı. Ümummilli lider 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də Dövlət Komissiyasının geniş iclasındakı çıxışında Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası parlamentinin 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. Beləliklə, Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu ki, bu da müstəqilliyə gedən yolda baş verənlərin, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından çox önəmlidir.
Xalqımız 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsini öz qəlbində daim yaşadacaq
Hər bir xalq özünün xoşbəxt gələcəyini qurmaq, müstəqilliyini əbədi etmək üçün daim qan yaddaşını təzələməli, tarixini yaxşı bilməli və keçmişdə baş verənlərdən ibrət dərsi götürməlidir. Bu mənada müstəqil Azərbaycanda Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsinin əziz tutulması təqdirəlayiqdir. Bu gün müstəqil Azərbaycanda 20 Yanvar xalqımızın azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsi kimi qeyd edilir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikamızda şəhidlərin, o cümlədən 20 Yanvar şəhidlərinin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Eyni zamanda, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslər də hər zaman dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Şəhidlərimizin qəhrəmanlığı şair və yazıçılarımızın qələmə aldıqları əsərlərdə yüksək səviyyədə tərənnüm edilib. Bu gün paytaxt Bakıda, həmçinin respublikanın bölgələrində yerləşən şəhər və qəsəbələrdə çoxlu sayda küçə, prospekt, məktəb əziz şəhidlərimizin adını daşıyır. Hər il respublikanın bütün bölgələrindən milyonlarla insan Bakıdakı Şəhidlər xiyabanına gələrək Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş oğul və qızlarımızın xatirəsini yad etməyi özlərinə mənəvi borc sayırlar. Bu isə o deməkdir ki, şəhidlərimizin əziz xatirəsi, onların amalları yaşayır və bundan sonra da yaşayacaq.
Yeri gəlmişkən, 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə də bağlı respublikanın hər yerində genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Sənədə əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfranslar, toplantılar və mühazirələr təşkil edilir, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlər keçirilir, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar, bədii və sənədli filmlər nümayiş olunur. Respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərslərin keçirilməsi, dini mərasimlərin təşkil olunması, şəhid ailələrinə humanitar yardımların göstərilməsi də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə təsdiqlənən tədbirlər planına daxildir.
Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2550  |  
  • Tarix:  19-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21 Avqust 19:46
“OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru
21 Avqust 18:47
Prezident İlham Əliyev XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
21 Avqust 17:57
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21 Avqust 17:51
Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib
21 Avqust 17:35
Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
21 Avqust 17:31
Ekspert: Təqaüdçülərin sosial durumunun, həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir
21 Avqust 17:29
Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır
21 Avqust 17:00
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21 Avqust 16:57
"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi
21 Avqust 16:41
Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir
21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
21 Avqust 12:29
AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21 Avqust 12:17
“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib
21 Avqust 12:13
Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək
21 Avqust 11:50
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
21 Avqust 11:32
Sentyabrdan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq
21 Avqust 11:16
Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 ötür
21 Avqust 11:05
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir
21 Avqust 11:04
Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır
21 Avqust 11:01
Müslüm Maqomayevin xatirəsini dünyada əbədiləşdirən özbək müğənni Odessaya veloyürüş edib
21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24