/ / Kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir
19.01.2019 [10:03]
Respublikanın ayrı-ayrı regionlarında bu istiqamətdə atılan addımlar müsbət nəticəsini verir
Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan 2018-ci ili də uğurla başa vurub. Belə ki, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan ötən il də uğurla, sürətlə inkişaf edib. Keçən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr icra olunub, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilib. Heç şübhəsiz, bütün bu uğurlar Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi inkişaf siyasəti nəticəsində əldə olunub.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində regionlarda bütün sahələr, o cümlədən kənd təsərrüfatı daha sürətlə inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məqama toxunan dövlət başçısı “Kənd təsərrüfatı 4,6 faiz artıb. Hesab edirəm ki, bu da yaxşı göstəricidir. Kənd təsərrüfatı sahəsində 4,6 faiz artım yaxşı göstəricidir. Ancaq bu sahədə də çox ciddi islahatlar aparılır”, - deyib.
Bildirmək yerinə düşər ki, ölkəmizdə kənd təsərrüfatını stimullaşdırmaq üçün çox böyük işlər görülüb. Dövlət başçısının yuxarıda bəhs edilən iclasdakı nitqində bildirdiyi kimi, təkcə keçən il 5800 texnika alınıb: “Əvvəlki illərdə bəzən 9 min, 8 min texnika alınıb. Biz texnika parkımızı böyük dərəcədə təzələmişik. Ən qabaqcıl şirkətlərin texnikası alınır, istər taxılçılıqda, istər pambıqçılıqda və digər sahələrdə. Ona görə biz bu sahədə işlərimizi davam etdirəcəyik. Biz kəndliləri torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad etmişik. Mən bilmirəm bu qədər dəstək göstərən ikinci belə ölkə varmı? Gübrə 70 faiz, yanacaq 50 faiz dövlətin hesabına, texnika dövlət tərəfindən alınaraq güzəştli şərtlərlə verilir, subsidiyalar, infrastruktur layihələri. İndi 100 min hektar torpağın dövriyyəyə cəlb olunması, suvarma suyu ilə təmin edilməsi, yolların çəkilməsi - bütün bunlar güzəştli kreditlər hesabınadır. Sahibkarlığın inkişafına yönələn kreditlərin əksəriyyəti kənd təsərrüfatına gedir”.
Bu məqamda qeyd etmək yerinə düşər ki, 2016-cı ildən etibarən ölkədə kənd təsərrüfatının ənənəvi sahələri olan pambıqçılıq, tütünçülük, baramaçılıq, çayçılıq və digər sahələr üzrə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb. Eyni zamanda, Azərbaycan Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etmək və beləliklə, tütünçülüklə məşğul olan insanların gəlir əldə etmək imkanlarını genişləndirməkdir.
Beləliklə, dövlətimizin başçısının regionların mövcud iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, son illər bölgələrdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Və regionlarda tütünçülüyün inkişafı istiqamətində atılan addımlar müsbət nəticəsini verir.
Məsələn, verilən məlumata görə, ötənilki mövsümdə Qax rayonunun fermerləri 623,5 hektar sahədə tütün yetişdiriblər. Əkin sahələrinin 605 hektarına “Virciniya” növlü ətirli, 18,5 hektarına isə yerli tütün sortları əkilib. Mövsümün əvvəlindən dekabrın sonuna kimi sahələrdən 6 min 132 ton yaşıl tütün kütləsi tədarük olunub. Eyni zamanda, fermerlər yetişdirdikləri tütün sortlarından 900 tona yaxın quru tütün istehsal ediblər.
Ötən il oğuzlu fermerlər 250 hektar sahədə tütün yetişdiriblər. Oğuzlu fermerlər cari mövsümdə 180 hektarda “Virciniya” növlü ətirli, 70 hektarda isə yerli tütün sortları yetişdiriblər. Əkin sahələri əvvəlki illə müqayisədə 60 hektar artırılıb. Təsərrüfatlarda tütünün qurudulması prosesi artıq başa çatıb. Ötənilki mövsümdə rayonda 377,4 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 88 ton artıb.
Rayonun iri tütün istehsalçılarından biri də Bucaq kəndindən olan fermer Rəftar Əhmədlidir. Uzun illər qarğıdalı əkini ilə məşğul olan fermer 2017-ci ildən tütünçülüyə də maraq göstərir. Dövlətin bu sahəyə dəstəyindən ruhlanan oğuzlu fermer ötən il 40 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib, yaxşı da məhsul yetişdirib. Mövsüm ərzində təsərrüfatda 30 nəfərədək işçi çalışıb.
Rəftar Əhmədli deyib ki, Bucaq kəndinin ərazisində 30 tütünqurutma kamerasından ibarət emal məntəqəsinin yaradılması tütün istehsalçılarının işini xeyli asanlaşdırıb. Builki mövsümdə məntəqədə 10 kamera quraşdırılaraq istismara verilib. Oğuzlu fermerlər istehsal etdikləri yaşıl tütünü bu məntəqəyə təhvil veriblər. Əvvəllər isə onlar yetişdirdikləri tütünü qurutmaq üçün qonşu rayonların emal məntəqələrinə göndərmək məcburiyyətində qalırdılar. Bu isə əlavə vaxt itkisinə, artıq xərclərə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu. Gələn il məntəqədə daha 20 ədəd tütünqurutma kamerası fermerlərin istifadəsinə veriləcək.
Bu məqamda bildirmək yerinə düşər ki, tütün istehsalçılarının işini asanlaşdırmaq məqsədilə 2018-ci ildə Oğuz rayonunun Bucaq kəndində 10, Bayan kəndində isə 23 ədəd tütünqurutma kamerası quraşdırılaraq fermerlərin istifadəsinə verilib. Tələbatı nəzərə alaraq, bu il Bucaq kəndində əlavə olaraq 10, Bayanda isə 2 ədəd tütünqurutma kamerasının quraşdırılması nəzərdə tutulur. Bu barədə Oğuz rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda o da bildirilib ki, tütünqurutma kameralarının quraşdırılması fermerlərin ürəyincədir. Məsələn, Bucaq kəndindən olan fermer Məzahir Həmidov uzun illər fasilədən sonra artıq üçüncü ildir ki, yenidən tütünçülüklə məşğuldur. O, 2017-ci ildə 3 hektar, 2018-ci ildə isə 10 hektar sahədə tütün yetişdirib. Fermer ötən il sahələrdən 50 ton yaşıl tütün kütləsi yığıb, eyni zamanda, 20 ton quru tütün istehsal edib. İstehsalçı tədarük etdiyi yaşıl tütünün 16 tonunu kameraların köməyi ilə qurudub. Tütünqurutma kameralarının quraşdırılmasının fermerlərin işini xeyli asanlaşdırdığını vurğulayan Məzahir Həmidov AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Əvvəllər yetişdirdiyimiz yaşıl tütün kütləsini qurutmaq üçün uzaq məsafə qət edərək qonşu rayonlarda fəaliyyət göstərən emal məntəqələrinə aparmaq məcburiyyətində qalırdıq. Bu isə əlavə vaxt itkisinə, artıq xərclərə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu. Cari ildə Bucaq kəndində daha 10 ədəd tütünqurutma kamerasının quraşdırılması işimizi daha da yüngülləşdirəcək”.
Tütünçülüyün inkişafı istiqamətində atılan addımlar Qəbələdə də müsbət nəticələr verib. Belə ki, ötənilki mövsümdə Qəbələ rayonunun fermerləri 75 hektar sahədə tütün yetişdiriblər. Əkin sahələrinin 15 hektarına “Virciniya” növlü ətirli, 24 hektarına “Berley”, 36 hektarına isə yerli tütün sortları əkilib. Artıq təsərrüfatlarda tütünün yığımı və qurudulması prosesi tam başa çatıb. Mövsüm ərzində sahələrdən 922 ton yaşıl tütün kütləsi tədarük olunub. Fermerlər yetişdirdikləri tütün sortlarından 98 ton 736 kiloqram quru tütün istehsal ediblər. Bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumdan bildiriblər ki, istehsal olunan quru tütünün 12 tonu “Virciniya” növlü ətirli, qalanı isə “Berley” və yerli sortlardır. Kampaniya dövründə tütünün əkilib becərilməsi, dərimi və qurudulmasına 120-dək yerli sakin cəlb edilib.
Ötənilki mövsümdə Şəki rayonunun təsərrüfatlarında isə 649 hektarda “Virciniya” növlü ətirli, 228 hektarda isə yerli tütün sortları yetişdirilib. Mövsüm şəkili fermerlər üçün uğurlu olub. Belə ki, ötən təsərrüfat ilində rayonda 2 min 976,8 ton quru tütün istehsal edilib. Tütün istehsalı əvvəlki illə müqayisədə 346 ton artıb.
Şəhər İcra Hakimiyyəti aparatının məsul nümayəndəsi Rafik Məmmədov KİV-ə açıqlamasında bildirib ki, ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərib. Belə ki, 2018-ci ildə Şəki rayonunda tütünün əkini, becərilməsi və yığılması işlərinə 1935 nəfər kənd sakini cəlb olunub. Rafik Məmmədovun sözlərinə görə, bu il rayonda tütün əkini sahələrinin 153 hektar artırılaraq, 1030 hektara çatdırılması planlaşdırılır.
Şimal bölgəsinə daxil olan Balakən rayonuna gəlincə, verilən məlumata görə, burada əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanaların hazırlanmasına başlanılıb və indiyədək 80-dən çox belə istixana yaradılıb. Növbəti mövsümdə tütün şitillərinə olan tələbatın tam şəkildə ödənilməsi üçün təsərrüfatlarda 850-dək sadə istixananın yaradılması nəzərdə tutulur. Bu barədə rayon İcra Hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib. Onun sözlərinə görə, istixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəlində sahələrə köçürüləcək.
Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 535 hektar sahədən 643 ton quru tütün əldə ediblər. Məhsul istehsalı əvvəlki illə müqayisədə 2 dəfədən çox artıb. Cari ildə rayonda 450 hektarda “Virciniya” növlü ətirli, 85 hektarda isə digər tütün sortlarının əkilməsi planlaşdırılır.
Eyni zamanda, 2018-ci ildə Zaqatala rayonundan xaricə 3 min 11 ton tütün ixrac edilib. İxrac nəticəsində ölkəmizə 17 milyon 83 min manat vəsait daxil olub. Ötənilki mövsümdə zaqatalalı fermerlər 677 hektar sahədə tütün yetişdirib, 875 ton quru tütün istehsal ediblər. Ümumiyyətlə, son 4 ildə Zaqatala rayonundan tütün ixracı nəticəsində ölkəmizə 55 milyon 956 min manat vəsait daxil olub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27