Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2019-cu ildə ilk uğurları

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2019-cu ildə ilk uğurları

19.01.2019 [10:07]

9-15 yanvar 2019-cu il tarixində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə 15-ci Beynəlxalq Jautikov Olimpiadası keçirilib. Olimpiadada dünyanın 25 ölkəsindən məktəblilər iştirak ediblər. Azərbaycan məktəblilərini Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri təmsil ediblər. Olimpiadada 10-cu sinif şagirdləri Abutalıb Namazov, Murad Eynizadə informatika fənni üzrə gümüş medala, liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev və 10-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat fənni üzrə gümüş medala, 11-ci sinif şagirdi Murad Ağayev isə bürünc medala layiq görülüblər. Ümumilikdə liseyin şagirdləri olimpiadada 4 gümüş və 1 bürünc medal olmaqla 5 medal əldə ediblər. Bu uğur 2019-cu ilin ilk uğurlarıdır.
Yuxarıda qeyd edilən uğurların qazanılmasının əsasında təhsilin inkişafına ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən göstərilən qayğı və Təhsil Nazirliyinin son illərdə təhsil sahəsində apardığı mütərəqqi yeniliklər dayanır. Belə sahələrdən biri də istedadlı şagirdlərlə aparılan işlər və onlar üçün yaradılan səraitdir.
Təhsil Nazirliyinin ilkin olaraq Fizika, riyaziyyat və informatika təmayüllü liseydə riyaziyyat, fizika və informatika uzrə olimpiada mərkəzini yaratması nəticəsində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri 2018-ci il Respublika fənn olimpiadasının yekun turunda 24 medal, o cümlədən 6 qızıl, 7 gümüş və 11 bürünc medal qazanıblar.
Fərəhləndirici haldır ki, medal qazanan şagirdlər arasında IX sinif şagirdi Namazov Abutalıb 2 fəndən - riyaziyyatdan gümüş və informatikadan qızıl medala layiq görülüb. Respublika fənn olimpiadasının fərqli göstəricilərindən biri də budur ki, respublikamızın Əməkdar müəllimi Şəmsi Səfərovun dərs apardığı riyaziyyat təmayüllü IX D sinfində şagirdlər 9 medala - 3 qızıl, 3 gümüş və 3 bürünc medala layiq görülüblər. İnformatika üzrə mənim dərs dediyim şagirdlər 6 medala - 1 qızıl, 2 gümüş və 3 bürünc medala layiq görülüblər. 2018-ci ildə müxtəlif beynəlxalq olimpiadalarda 10 medala layiq görülməklə keçən dərs ilini liseyimiz 34 medalla başa vurub.
Liseyimizdə olimpiada mərkəzlərində aparılan işin nəticəsi təkcə respublika daxilində deyil, beynəlxalq olimpiadalarda da öz nəticəsini göstərib. Moskvada keçirilən 3-cü beynəlxalq Meqapolis olimpiadasında riyaziyyat üzrə Ağazadə Murad gümüş medala, informatika üzrə Tağızadə İbrahim isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, Rusiyada Tatarıstanda “European Junior Olympiad in Informatics” adlı yeniyetmələr arasında informatika üzrə keçirilən olimpiadada liseyimizin 3 şagirdi - Namazov Abutalıb, Tağızadə İbrahim və Murad Eynizadə bürünc medala layiq görülüblər.
Yeniyetmələrin Balkan riyaziyyat olimpiadasında (JBMO) 2 gümüş, 2 bürünc medala: o cümlədən Namazov Abutalıb və İsmayılov Fərid gümüş medal, Musayev Rəşad və Babayeva Fidan bürünc medal qazanıblar.
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən Avropa Fizika Olimpiadasında (EuPHO 2018) liseyimizin şagirdləri Mehdi Ağacanov və Şəmistan Lətifov da iştirak edib. Onlardan Mehdi Ağacanov gümüş medala layiq görülüb.
Liseymizin uğurları təkcə olimpiada uğurları ilə bitmir. 2018-ci il qəbul imtahanlarında lisey şagirdləri yüksək nəticələrə nail olublar. Belə ki, 22 şagirdimiz universitetlərə qəbul imtahanlarında 600-700 arası bal toplayıb. Onlardan 2 nəfəri - Fərzəliyev Xəyal və Əliyeva Rəna ən yüksək nəticə göstərərək 700 bal toplayıblar və oxuduqları universitetlərdə Prezident təqaüdünə layiq görülüblər.
Bu uğurları növbəti dərs ilində daha yüksək səviyyədə davam etdirmək kollektivin əsas məqsədlərindən biridir.
2018-2019 dərs ilində bizi daha böyük bir sınaq gözləyir. Hamımıza məlumdur ki, növbəti Beynəlxalq İnformatika Olimpiadası 2019-cu ildə Azərbaycanda keçiriləcək. Bu olimpiadada respublikamızı 2 komanda təmsil edəcəkdir. İştirakçılara əvvəlcədən uğurlar arzu edirəm.
Valid Məhərrəmov,
Fizika, riyaziyyat və
informatika təmayüllü liseyin
informatika müəllimi

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31