20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan Memarlıq və İnşaat Universitetində anılıb
19.01.2019 [12:51]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 1 saylı korpusunda universitetin torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş tələbə, məzun və əməkdaşlarının xatirəsinə həsr olunmuş memorial xatirə kompleksi - “Şəhidlərin xatirə guşəsi”nin önündə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, rektorluğun, professor-müəllim heyətinin, tələbələrin qatıldığı tədbirdə 20 Yanvar faciəsində həyatlarını itirmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənləri yada salıb, sovet ordusunun paytaxtda, eyni zamanda, bölgələrdə həyata keçirdiyi qətliamdan danışıb. Rektor qeyd edib ki, sovet ordusunun hərbi birləşmələri SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa divan tutdu, günahsız insanlarımız şəhid oldu. O vurğulayıb ki, həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.
G.Məmmədova 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini xatırladıb, xalqımızın tarixində baş vermiş bütün faciələrin, eyni zamanda, 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb, tələbələrə bu işdə fəal olmağı tövsiyə edib.
İctimai fənlər kafedrasının müəllimi Gülarə Abbasova bildirib ki, Azərbaycanın öz suverenliyi uğrunda ilk şəhidlərini verdiyi Qanlı Yanvar faciəsindən 29 il ötür. “1990-cı ilin Qanlı Yanvarı tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Hər il yanvar ayının 20-si ölkəmizdə Ümumxalq Hüzn Günü kimi qeyd edilir. 29 il ötməsinə baxmayaraq, biz hər il böyük ehtiram və hüznlə şəhidlərimizin xatirəsini yad edirik.
Universitetin tələbələri Məhbubə Nağızadə və Əmrah İsmayılov yaxın keçmişimizin qanlı səhifəsi olan 20 Yanvar faciəsi barədə fikirlərini paylaşıblar. Bildirilib ki, Azərbaycan tarixinin ən şərəfli və həm də ən faciəli anlarından olan 20 Yanvar müstəqilliyə doğru irəliləyişimizin əsası olub. Tələbələr ölkəmizin müstəqilliyi, azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsini unutmayacaqlarına söz veriblər.
Tədbir iştirakçıları “Şəhidlərin xatirə guşəsi”nin önünə tər qərənfil dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla anıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
25 Aprel 22:08
Dünya
25 Aprel 21:50
Xəbər lenti
25 Aprel 18:20
Xəbər lenti
25 Aprel 18:16
Xəbər lenti
25 Aprel 18:13
YAP xəbərləri
25 Aprel 17:49
Gündəm
25 Aprel 17:40
YAP xəbərləri
25 Aprel 17:06
Xəbər lenti
25 Aprel 16:41
Xəbər lenti
25 Aprel 15:58
İqtisadiyyat
25 Aprel 15:19
Xəbər lenti
25 Aprel 15:16
Xəbər lenti
25 Aprel 14:36
İdman
25 Aprel 14:26
Xəbər lenti
25 Aprel 14:11
Xəbər lenti
25 Aprel 13:54
Xəbər lenti
25 Aprel 13:53
Xəbər lenti
25 Aprel 13:33
Xəbər lenti
25 Aprel 13:21
Xəbər lenti
25 Aprel 13:02
Xəbər lenti
25 Aprel 12:57
Siyasət
25 Aprel 12:52
Xəbər lenti
25 Aprel 12:45
Siyasət
25 Aprel 12:37
Xəbər lenti
25 Aprel 12:20
Xəbər lenti
25 Aprel 12:19
Xəbər lenti
25 Aprel 12:12
Dünya
25 Aprel 11:58
İqtisadiyyat
25 Aprel 11:56
Xəbər lenti
25 Aprel 11:42
Dünya
25 Aprel 11:30
Gündəm
25 Aprel 11:24
Xəbər lenti
25 Aprel 11:22
Xəbər lenti
25 Aprel 11:20
Sosial
25 Aprel 11:15
İqtisadiyyat
25 Aprel 11:10
Analitik
25 Aprel 11:10
Xarici siyasət
25 Aprel 11:05
Sosial
25 Aprel 11:00
Xəbər lenti
25 Aprel 10:53
MEDİA
25 Aprel 10:47
Xəbər lenti
25 Aprel 10:42
Xəbər lenti
25 Aprel 10:40
Xəbər lenti
25 Aprel 10:40
Siyasət
25 Aprel 10:38
Gündəm
25 Aprel 10:32
Siyasət
25 Aprel 10:30
İqtisadiyyat
25 Aprel 10:21
Gündəm
25 Aprel 10:10
Gündəm
25 Aprel 10:00
Xəbər lenti
25 Aprel 09:50
Xəbər lenti
25 Aprel 09:38
Xəbər lenti
25 Aprel 09:29
Xəbər lenti
24 Aprel 23:10
Siyasət
24 Aprel 21:24
Siyasət
24 Aprel 20:00
Xəbər lenti
24 Aprel 19:02
Xəbər lenti
24 Aprel 18:35
Gündəm
24 Aprel 18:32
Xəbər lenti
24 Aprel 17:56
Xəbər lenti
24 Aprel 17:41
Xəbər lenti
24 Aprel 17:07
Xəbər lenti
24 Aprel 16:23
Xəbər lenti
24 Aprel 16:13
Xəbər lenti
24 Aprel 16:01
Xəbər lenti
24 Aprel 15:24
Siyasət
24 Aprel 15:06
Xəbər lenti
24 Aprel 14:41
Xəbər lenti
24 Aprel 14:29
Xəbər lenti
24 Aprel 14:16