Ana səhifə »  Qəzetin pdf formatı »  Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib
A+   Yenilə  A-
Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib

Xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin 29-cu ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlib, “Ana abidəsi”nin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Sonra dövlət himni səslənib.

Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər düzüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı qırğın törədildi. SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Bakıda misli görünməmiş faciəyə səbəb oldu. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb.

Xalqın müstəqillik arzusunu boğmaq məqsədilə törədilən bu cinayətə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev öz etirazını bildirib. Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Liderimiz keçirdiyi mətbuat konfransında bu vəhşiliyi və onu törədənləri kəskin ittiham edib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi pisləyib.

20 Yanvar faciəsinin törədilməsinin əsas səbəbi xalqımızın müstəqillik arzusunu boğmaqla yanaşı, həm də torpaqlarımızın ermənilər tərəfindən işğalına şərait yaratmaq idi. 1990-cı il yanvarın 18-də Kərki kəndinin SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunması bunu bir daha təsdiq edir. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud sürətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi qərar qəbul etdi. Bu qərara əsasən Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxdı. 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başlamış və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazıldı. Buna baxmayaraq, naxçıvanlılar düşmənin önündə mərdliklə dayandı, qəhrəmancasına mübarizə apardı, şəhidlər versə də, Naxçıvanı qoruyub saxladılar.

Azərbaycan xalqının ağır günündə ulu öndər Heydər Əliyev Moskvadan doğma Vətəninə qayıtdı. Həmin dövrdə Azərbaycan işğal və parçalanmaq təhlükəsi qarşısında idi. Lakin dahi rəhbərin öz xalqına olan sevgisi, xalqın da ona inamı məkrli qüvvələrin arzularını ürəklərində qoydu. Ümummilli Liderimizin Naxçıvanda ölkəmizin xilası naminə həyata keçirdiyi tədbirlər müstəqillik tariximizin şanlı səhifəsinə çevrildi. Naxçıvan Muxtar Respublikasında milli dövlətçiliyimizin və müstəqilliyimizin əsasları işlənib hazırlandı, 20 Yanvar faciəsinə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında siyasi qiymət verildi.

Ali Məclisin “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” 1990-cı il 21 noyabr tarixli Qərarında ilk dəfə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması əksini tapdı. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atıldı, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olundu. Təəssüflər olsun ki, 1991-1993-cü illərdə hadisəyə ölkə səviyyəsində siyasi-hüquqi qiymət verilmədi.

Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1994-cü ilin fevral ayında keçirilən Milli Məclisin xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verənlərin xatirəsi bu gün də yüksək tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsini, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli Fərmanı da bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır.

Şəhidlik xalqın mənəvi ucalığıdır, milləti millət edən amillərdəndir. Şəhidlərin məzarları, Şəhidlər xiyabanı xalqımızın müstəqillik abidəsidir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: “Şəhidlər öz qəhrəmanlıqları ilə xalqımızın mənəviyyatını yüksəklərə qaldırıblar. Onlar bizim müstəqilliyimizə yol açıblar. Onlar bizim müstəqilliyimizin təməlini qoyan insanlardır. Onların şəhidliyi Azərbaycan xalqını daha da mətinləşdirib, Azərbaycan xalqının daim müstəqil yolla getməyinə kömək edir və edəcəkdir”.

Bu gün 20 Yanvar faciəsi müstəqil dövlətçiliyimizin rəmzi abidəsinə çevrilib. Azərbaycan xalqı xoşbəxtdir ki, güclü ordusu və qətiyyətli lideri vardır. Xalq-ordu-rəhbər birliyi xalqımızın bir daha faciələrlə, soyqrımlarla sınağa çəkilməyəcəyinə tam təminat verir.

Həmin gün saat 12:00-də şəhidlərin əziz xatirəsi muxtar respublikada bir dəqiqəlik sükutla yad edilib.

 
  • Oxunub:  2730  |  
  • Tarix:  20-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
21 Avqust 12:29
AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21 Avqust 12:17
“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib
21 Avqust 12:13
Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək
21 Avqust 11:50
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
21 Avqust 11:32
Sentyabrdan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq
21 Avqust 11:16
Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 ötür
21 Avqust 11:05
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir
21 Avqust 11:04
Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır
21 Avqust 11:01
Müslüm Maqomayevin xatirəsini dünyada əbədiləşdirən özbək müğənni Odessaya veloyürüş edib
21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24