Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Lozannada dünya idman media mükafatlarının təqdimat mərasimi olub

Lozannada dünya idman media mükafatlarının təqdimat mərasimi olub

22.01.2019 [12:35]

İsveçrənin Lozanna şəhərində Dünya İdman Jurnalistləri İttifaqının (AIPS) 82-ci konqresi və dünya idman media mükafatlarının (AIPS Sport Media Awards) təqdimat mərasimi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, “AIPS Sport Media Awards” ötən il təsis edilib və yazı, audio, video, foto və jurnalist veb-bloqu nominasiyaları üzrə ilk qaliblər elan olunub. Hər kateqoriya üzrə ilk 3 yerə layiq görülənlərə müvafiq olaraq 8, 3 və 2 min ABŞ dolları mükafat təqdim edilib.

Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da iştirak edib.

Həm mükafatlandırma mərasimində, həm də konqresdə Azərbaycanı müşahidəçi qismində “İdman” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, AIPS-in üzvü Qabil Mehdiyev təmsil edir.

Konqres çərçivəsində tədbir iştirakçıları Lozannada Olimpiya muzeyi ilə tanış olacaqlar.

Tədbirə yanvarın 24-də yekun vurulacaq.

Paylaş:
Baxılıb: 120 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31