Ana səhifə »  Qəzetin pdf formatı »  AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib
A+   Yenilə  A-
AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib

Yanvarın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Yer Elmləri Bölməsinin (YEB) 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunduğunu bildirib.

Sonra YEB-ə daxil olan elmi müəssisə və təşkilatlardan mühüm elmi nəticələrin müəllifi olan alimlər əldə etdikləri nailiyyətlərə dair məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

İclasda YEB-in 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, bölmənin institutlarının fəaliyyətində Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və AMEA Rəyasət Heyətinin “AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” qərarlarından irəli gələn vəzifələr, “Аzərbаycаn Rеspublikаsındа sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, ölkə rəhbərinin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncağındakı nitqində qeyd etdiyi Azərbaycan elminin respublikanın sosial-iqtisadi inkişafı ilə şərtlənən prioritetləri və AMEA-nın Rəyasət Heyətinin “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı haqqında" qərarında qeyd olunmuş müvafiq bəndlər əsas götürülüb.

Bölmə üzrə beynəlxalq əməkdaşlıq hesabat ilində də yüksək səviyyədə davam etdirilib. AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurası (CNR - Consiglio Nazionale delle Ricerche) arasında imzalanmış ikitərəfli elmi əməkdaşlıq haqqında müqavilə çərçivəsində Geologiya və Geofizika İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi və İtaliyanın Ətraf Mühitin Təhlili Üzrə Metodologiya İnstitutunun mütəxəssisləri 2018-2019-cu illər üçün “Mingəçevir ərazisində (Azərbaycan) su anbarından yaranan yönəldilmiş seysmik effektin tədqiqi və seysmik təhlükənin qiymətləndirilməsi” mövzusunda layihə üzrə elmi-tədqiqat işlərinə başlayıblar. ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutu ilə birlikdə yerinə yetirilən “Aralıq dənizi və Xəzər Regionunun kinematika və dinamikası” meqalayihə çərçivəsində tədqiqatlar davam etdirilib. Bu layihənin köməyilə Azərbaycan ərazisində daimi işləyən 10 GPS stansiyası yerləşdirilib və UNAVCO (NASA) bazasına Azərbaycan şəbəkəsi olaraq daxil edilib. AMEA ilə İsrail Təbiət və Humanitar Elmlər Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində İsraildə “Seysmologiya və Geodinamika” mövzusunda beynəlxalq seminar keçirilib və bölmənin alimləri də tədbirdə məruzələrlə çıxış ediblər.

Qeyd edilib ki, hesabat ilində Geologiya və Geofizika İnstitutu və “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” şirkəti arasında imzalanmış Azərbaycanın palçıq vulkanlarının tədqiqi ilə bağlı əməkdaşlıq müqaviləsi çərçivəsində alimlərimiz fransalı həmkarları ilə birgə Şamaxı-Qobustan, Abşeron və Aşağı-Kür neftli-qazlı rayonlarında yerləşən Ayazaxtarma, Torağay, Ayrantökən, Qoturdağ, Durovdağ, Bozdağ-Güzdək və digər palçıq vulkanlarının tədqiqinə başlayıblar.

2018-ci ildə AMEA Neft və Qaz İnstitutu elm, texnologiya və innovasiyalar sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə Norveçin Oslo Universitetinin Yerin təkamülü və dinamikası mərkəzi və Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin geologiya fakültəsi ilə üçtərəfli, həmçinin Almaniyanın GEOMAR Helmholtz Okean Tədqiqatları Mərkəzi ilə anlaşma memorandumları imzalayıb.

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Türkiyənin Dəniz Elmləri və Texnologiya İnstitutu və Dokuz Eylül Universiteti ilə multidissiplinar tədqiqatlar, dəniz elmləri, texnologiya və dəniz tədqiqatlarının planlaşdırılması və əməkdaşlıq proqramlarının həyata keçirilməsinə dair müqavilə bağlanıb. Vurğulanıb ki, Fransa Elmlər Akademiyasının Tuluza şəhərində yerləşən Kosmik Geofiziki Okeanoqrafiya Laboratoriyası (LEGOS) ilə "Xəzər dənizi səviyyəsinin peyk altimetriyası ilə öyrənilməsi" mövzusunda əməkdaşlıq davam etdirilib. İnstitutda Xəzər dənizi səviyyəsinə aid əldə edilmiş elmi-metodiki nəticələr “LEGOS”un Xəzər dənizi səviyyəsinin müasir metodlarla tədqiqi" beynəlxalq proqramına daxil edilib. Həmçinin İran İslam Respublikasının Xəzər Dənizinin Tədqiqatları Mərkəzi ilə “Xəzər dənizi sahil zonasının idarəçiliyi” mövzusunda əməkdaşlıq davam etdirilib, bu ölkənin bir sıra universitetləri ilə bağlanmış protokollar çərçivəsində elmi əməkdaşlıq, kadr hazırlığı, elmi-tədqiqat və təhsil proqramlarının hazırlanması və digər məsələlərin həlli istiqamətində bir sıra işlər görülüb.

Təbiət Tarixi Muzeyinin əməkdaşları hesabat ilində BP şirkəti, İngiltərənin Lids Universiteti, Bolqarıstanın Təbiət Tarixi Muzeyi, həmçinin Xəzəryanı ölkələrin elmi-tədqiqat təşkilatları ilə sıx əməkdaşlığı davam etdirirlər.

Diqqətə çatdırılıb ki, hesabat ilində institut və təşkilatlarda 13 problemi əhatə edən 54 mövzu üzrə tədqiqatlar aparılıb. Bölmə əməkdaşlarının 4 layihəsi elmi-tədqiqat proqramlarının maliyyələşdirilməsi məqsədilə keçirilən respublika müsabiqəsində qalib olub. 2018-ci ildə 37 təsərrüfat müqaviləsi üzrə görülən işlər tamamlanıb. Hesabat ilində 137-si xaricdə olmaqla 459 məqalə, 57-si xaricdə olmaqla 134 tezis nəşr edilib. Bunlardan 69 məqalə impakt faktorlu jurnallarda işıq üzü görüb. 2018-ci ildə bölmənin alimləri tərəfindən hazırlanmış 12 monoqrafiya, 13 atlas və 9 dərs vəsaiti nəşr edilib.

Hazırda bölmənin institutlarında 11 nəfər fəlsəfə doktorluğu üzrə təhsil alır. Bölmənin elmi müəssisələrində 20 fəlsəfə və elmlər doktoru dissertasiyası müdafiə olunub, 14 iş isə müdafiəyə hazırlanıb. Vurğulanıb ki, hesabat ilində magistratura pilləsinə 9 nəfər qəbul olunub.

İclasda dövlətimizin başçısının fərman və sərəncamlarının, AMEA-nın Rəyasət Heyətinin qərarlarının və AMEA prezidentinin sərəncamlarının icrası, struktur dəyişiklikləri, keçirilən konfrans və yubileylər, təltiflər, xarici ezamiyyətlər, elm və təhsilin inteqrasiyası, gənc alim və mütəxəssislərin fəaliyyətləri və digər məsələlərdən söz açılıb.

Sonra məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Rəyasət Heyətinin qərarı ilə YEB üzrə mühüm elmi nəticələr AMEA-nın illik hesabatına daxil edilib.

Yer elmləri sahəsində elmi-tədqiqat, təhsil, kadr hazırlığı, beynəlxalq əməkdaşlıq və digər istiqamətlərdə tapşırıqlar verilib.

 
  • Oxunub:  2340  |  
  • Tarix:  23-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
21 Avqust 12:29
AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21 Avqust 12:17
“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib
21 Avqust 12:13
Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək
21 Avqust 11:50
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
21 Avqust 11:32
Sentyabrdan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq
21 Avqust 11:16
Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 ötür
21 Avqust 11:05
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir
21 Avqust 11:04
Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır
21 Avqust 11:01
Müslüm Maqomayevin xatirəsini dünyada əbədiləşdirən özbək müğənni Odessaya veloyürüş edib
21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24