Ana səhifə »  Qəzetin pdf formatı »  Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
A+   Yenilə  A-
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib

Müasir dövrdə inkişaf etmiş ölkələrdə özəl sektorun əsasını ailə təsərrüfatları və ailə biznesi təşkil edir. Çünki ailə təsərrüfatları özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa mühüm töhfə verir. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olub, ailə təsərrüfatlarının biznes planları tərtib edilib, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilib. Hazırda muxtar respublikada heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə 800-dən çox ailə təsərrüfatı fəaliyyət göstərir. Bir faktı qeyd edək ki, 2018-ci ildə muxtar respublikada 319 ixtisaslaşmış ailə təsərrüfatı yaradılıb, 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib, “Ailə təsərrüfatı məhsulları” festivalında 418 növdə, 23 min 146 adda məhsulun satışı həyata keçirilib.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Ali Məclisin Sədri Vasif Talıbov 2019-cu ili muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən muxtar respublikada ailə təsərrüfatı ilində ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yeni ailə təsərrüfatlarının yaradılması dəstəklənəcək, ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasına dövlət maliyyə dəstəyi göstəriləcəkdir. Tədbirlər Planında qabaqcıl ailə təsərrüfatlarının təcrübələrinin yayılması da əsas vəzifə kimi müəyyənləşdirilib.

Zəngin təbiəti, təmiz havası və suyu, ekoloji saf məhsulları Naxçıvanda meyvəqurutma sahəsində ailə təsərrüfatlarının formalaşmasına əlverişli şərait yaradır. Yerli meyvələrin qurudulması, onlardan müxtəlif mürəbbə və şirələrin hazırlanması ənənəsi bu gün də yaşadılır. Ona görə də Tədbirlər Planında ailə təsərrüfatlarında meyvə və tərəvəzlərin qurudularaq paketlənməsi işinin təşkilinə köməklik göstərilməsi, muxtar respublika ərazisində yetişən yabanı meyvə və giləmeyvələrdən mürəbbə və şirələrin hazırlanması və satışının təşkil edilməsi konkret vəzifə kimi müvafiq təşkilatların qarşısına qoyulub. Bundan başqa, muxtar respublikanın orta dağlıq ərazilərində yer fıstığı bitkisinin əkilməsinin əhəmiyyəti və iqtisadi səmərəsi barədə maarifləndirici tədbirlərin keçirilməsi, maili, yamac və dağətəyi zonalarda yerli məhsuldar sortlardan istifadə etməklə yeni meyvə və üzüm bağlarının salınmasına üstünlük verilməsi və damcı üsulu ilə suvarmanın tətbiqinin təbliği, ailə təsərrüfatlarında qızılgül mürəbbəsi və gülab istehsalının artırılmasına nail olmaq üçün qızılgül bitkisinin əkin sahəsinin genişləndirilməsi də nəzərdə tutulub.

Bu gün muxtar respublikada istehsal olunan keyfiyyətli məhsullar, eləcə də Naxçıvan mətbəxinin nümunələri ölkəmizdə və dünyada brend məhsul kimi qəbul olunur. Tədbirlər Planında bu sahədə fəaliyyət göstərən ailə təsərrüfatlarının yaradılması da diqqətdə saxlanılıb, “Naxçıvan qovurması”nın istehsalının genişləndirilməsi, kiçik həcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi sahəsində vəzifələr müəyyənləşdirilib.

Ailə təsərrüfatlarının ən böyük iqtisadi səmərələrindən biri də gələcəkdə kiçik sahibkarlıq subyektlərinə çevrilməsidir. Bu işdə dövlət maliyyə dəstəyi ilə yanaşı, düzgün maarifləndirmə işinin aparılması da mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada bu istiqamətdə də tədbirlərin görülməsi nəzərdə tutulub, ailə təsərrüfatlarının inkişaf etdirilərək kiçik sahibkarlıq subyektlərinə çevrilməsi məqsədilə maarifləndirici tədbirlərin aparılması vəzifə kimi qarşıya qoyulub. Eyni zamanda, ailə təsərrüfatlarında istehsal olunan məhsulların qapalı müəssisələrin təchizatı üçün satın alınması, ölkə daxilində, eləcə də xaricdə keçirilən seminar və konfranslarda böyük ailə təsərrüfatı subyektlərinin iştirakının təmin edilməsi, keçirilən sərgilərdə ailə təsərrüfatı məhsullarının nümayişi, ixracının təşviqi və kataloqunun hazırlanması da nəzərə alınıb, konkret vaxt verilərək müvafiq təşkilatlar qarşısında tapşırıqlar qoyulub. Bu vəzifələrin icrası ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların ölkə və xarici bazarlara çıxış imkanlarını xeyli artıracaqdır. Nəticədə, təsərrüfatın gəlirləri artacaq və kiçik sahibkarlıq müəssisəsinə çevrilməsi sahəsində yeni imkanlar açılacaqdır.

Keyfiyyət amili istehsalın mühüm şərtidir. Təbii ki, bu işdə məhsulun sertifikatlaşdırılması, markalanması və qablaşdırılması istehlakçıların əsas tələbləri sırasındadır. Bu məsələyə diqqət yetirilməsi ailə təsərrüfatında istehsal olunmuş məhsulun həm bazara itkisiz çatdırılması, həm də böyük alıcı rəğbətinin qazanılmasına imkan verir. Qeyd olunan amillər nəzərə alınaraq, Tədbirlər Planında ailə təsərrüfatlarında istehsal edilən məhsulların keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması, sertifikatlaşdırılmasının və markalanmasının təşkil olunması, bostançılıq və tərəvəzçiliklə məşğul olan ailə təsərrüfatlarında qurudulmuş və qablaşdırılmış məhsul istehsalının təşkili istiqamətində də tədbirlər həyata keçiriləcəkdir. Eyni zamanda, ailə təsərrüfatlarında əkin atlaslarına uyğun olaraq əkinlərin keçirilməsinə nail olunması, ailə təsərrüfatlarında məhsuldar toxum sortları ilə əkin keçirilməsinin təbliğ edilməsi, əkindən əvvəl toxumların dərmanlanmasının əhəmiyyəti, əkin üçün seçilmiş sahələrdə gübrə normalarının tətbiqinin iqtisadi səmərəsi, suvarılan və dəmyə ərazilərdə taxılın şırım üsulu ilə əkilməsinin təbliği, məhsuldarlığın yüksəldilməsində bu üsulun üstünlükləri barədə maarifləndirmə işləri görüləcəkdir.

Muxtar respublikanın ərazisi yabanı tərəvəz və dərman bitkiləri ilə zəngindir. Tarixən həmin sərvətlərdən məişətdə və xalq təbabətində geniş istifadə olunub. Bu gün də kəndlərdə yabanı tərəvəz və dərman bitkilərinin istehsalı sahəsində ixtisaslaşmış ailə təsərrüfatları vardır. Bu amil nəzərə alınaraq, Tədbirlər Planında yabanı tərəvəz və dərman bitkilərinin toplanması, emalı, qurudulması, paketlənməsi və satışına dəstək verilməsi nəzərdə tutulub. Həmçinin ailə təsərrüfatlarında təbii-coğrafi şərait nəzərə alınmaqla təkrar əkinlərin aparılmasının təbliğ olunması və maarifləndirici tədbirlərin keçirilməsi, ailə təsərrüfatlarında istehsal olunan məhsulların saxlandığı anbar və digər yardımçı binalarda xəstəlik və zərərvericilərə qarşı tədbirlərin aparılmasına əməli köməyin göstərilməsi qərara alınıb.

Naxçıvanda heyvandarlıq və maldarlığın inkişafı ənənəvi süd məhsulları istehsalının geniş yayılmasına səbəb olub. Bu gün Naxçıvanda istehsal olunan süd məhsulları rəqabətqabiliyyətliyi ilə seçilir və bazarın tələbatını ödəyir. Keyfiyyətin yüksək olması isə böyük alıcı marağına səbəb olub. Südçülüklə məşğul olan ailə təsərrüfatlarında xama, qaymaq, şor, qurut, motal pendiri və digər ənənəvi süd məhsullarının istehsalının təbliğ edilməsi həm istehsal olunan məhsulların həcminin, həm də keyfiyyətinin dəyişilməsinə səbəb olacaq, eyni zamanda, bu sahə üzrə ixtisaslaşmış yeni ailə təsərrüfatları yaradılacaqdır.

Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü burada arıçılığın inkişafına geniş imkanlar açır. Hazırda muxtar respublikada arı ailələrinin sayı artaraq 71 mini ötüb, bu sahədə yüzlərlə ailə təsərrüfatı formalaşıb. Ona görə də Tədbirlər Planında arıçılıqla məşğul olan ailə təsərrüfatlarına dəstək verilməsi ön plana çəkilib, arıçılara lazımi kömək göstərilməsi, balverən bitkilərin əkininin dəstəklənməsi, mövcud arı cinsinin qorunub saxlanılması ilə bərabər, ana arıların yetişdirilməsi üçün damazlıq təsərrüfatının yaradılması da diqqətdə saxlanılıb.

Ailə təsərrüfatlarının texnika ilə təminatı məhsul istehsalında əsas şərtdir. Muxtar respublikada aqrolizinq xidmətinin müasir tələblər səviyyəsində qurulması, həmçinin alınıb gətirilən yeni texnikalar fermer və torpaq mülkiyyətçilərinin fəaliyyətini xeyli stimullaşdırıb. Artıq muxtar respublikada aqroservis sahəsi üzrə ixtisaslaşmış ailə təsərrüfatları da vardır. Bu amil əsas götürülərək ailə təsərrüfatlarını müasir, kiçik ölçülü texnika və avadanlıqlarla təmin etməklə aqroservis xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, texnikalardan düzgün və səmərəli istifadə məqsədilə müvafiq təlim kurslarının keçirilməsi müəyyənləşdirilib. Tədbirlər Planında ailə təsərrüfatlarına məxsus təsərrüfat sahələrinin sığortalanmasının təbliğ edilməsi, böyük ailə təsərrüfatlarının pasportlaşdırılması işinin başa çatdırılması, ailə təsərrüfatlarının və onların istehsal etdikləri məhsulların statistik uçotunun aparılması, eləcə də hər il “Ailə təsərrüfatı məhsulları” festivalının keçirilməsi də qərara alınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər Planının icrası bu sahədə əsaslı dönüşün yaradılacağına tam təminat verir.

 
  • Oxunub:  1530  |  
  • Tarix:  23-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır

22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb
22 Fevral 13:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
22 Fevral 12:58
Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib
22 Fevral 12:57
Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
22 Fevral 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
22 Fevral 12:26
Tahir Budaqov: Hesablamalara görə, qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq
22 Fevral 12:21
Fransanın Overny-Ron-Alp regionu ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlıdır
22 Fevral 12:18
Avtomobil yolları işçiləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
22 Fevral 12:15
Türkmənistan rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
22 Fevral 12:14
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
22 Fevral 12:10
Azərbaycanın kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdədir
22 Fevral 12:07
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili üçün ev tikilməsi barədə tapşırıq verib
22 Fevral 11:43
Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib
22 Fevral 11:23
Teruyuki Katori: Naxçıvan iqtisadi baxımdan azad və öz inkişafını təmin edən bir diyardır
22 Fevral 11:14
Yaponiya səfiri Naxçıvanın tarixi abidələri, sənaye, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
22 Fevral 10:59
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib
22 Fevral 10:38
İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb
22 Fevral 10:13
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
22 Fevral 10:09
ATƏT PA-nın iclasında korrupsiya ilə mübarizədə “ASAN xidmət” modelinin üstünlüklərindən bəhs edilib
22 Fevral 10:08
Bahar Muradova: Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır
22 Fevral 10:01
Tahir Mirkişili: Xarici müdaxilələr, qonşu ölkəyə qarşı işğalçılıq siyasəti insanların yaşamaq hüququnu məhdudlaşdırır
22 Fevral 09:54
Bakıda Küveytin milli bayramı qeyd olunub
22 Fevral 09:52
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır
22 Fevral 09:49
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir
22 Fevral 09:46
DTX-nin arxiv fondlarında saxlanılan tarixi əhəmiyyətli sertifikatların təqdim olunması ilə əlaqədar tədbir keçirilib
22 Fevral 09:43
Azərbaycanın din xadimləri Xocalı soyqırımının ildönümü ilə əlaqədar dünya dini liderlərinə, beynəlxalq təşkilatlara müraciət ediblər
22 Fevral 09:42
“Yeni metodlardan istifadə etmək daha məqbul hesab edilə bilər”
22 Fevral 09:40
YAP Sədərək rayon təşkilatı Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirib
22 Fevral 09:39
Radikal ünsürlər icazəli mitinqlərdən sonra nəqliyyatın normal fəaliyyətini, sakinlərin dincliyini pozan, ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədirlər
22 Fevral 09:37
ÜTT rəsmisi: Azərbaycanın üzvlüyü ilə bağlı UNEC-də faydalı müzakirələr aparıldı
22 Fevral 09:35
“Nar” ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək
22 Fevral 09:34
Ölkəmizdə yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı atılan addımlar davamlı xarakter daşıyır
21 Fevral 21:22
Dünya futbol ulduzları Bakıya gələcəklər
21 Fevral 21:20
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar" siyahısında birinci olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+8 +11
gecə+3 +6