Ana səhifə »  Qəzetin pdf formatı »  “Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda!
A+   Yenilə  A-
“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda!

Parlament seçkisindən sonra Ermənistanda siyasi dinamikanın analizi ilə məşğul olan ekspertlər ümidli fikirlər ifadə etmirlər. Onlar bu ölkənin ciddi problemlərlə üz-üzə qaldığı qənaətindədirlər. Əvvəllər ermənilər üçün ümid yeri olan diaspor təşkilatları və havadar dövlətlər də son illər dəstəklərini xeyli azaldıblar. Belə görünür ki, ermənipərəst qüvvələr Ermənistanın dövlət kimi müstəqil olmasını, özünün daxili potensialı hesabına inkişaf etməsini tələb edirlər. Hələlik isə rəsmi İrəvan buna qabil deyil. Bunun müxtəlif daxili və xarici səbəbləri var. Faktiki olaraq Ermənistanda dövlət quruculuğu aparılmayıb. Bu ölkə əsas olaraq xarici ianələr hesabına mövcud olmaqdadır. Nəticədə, Ermənistanda dərin sistemli böhran yaşanır. Bununla yanaşı, Ermənistan üçün ən pis vəziyyət regional layihələrdən təcrid olması ilə bağlı yaranıb. Bunun səbəbi işğal etdiyi Azərbaycan ərazisindən çəkilməməsidir. Ermənistan rəhbərliyi ən ideal inkişaf planı ortaya qoysa belə, zəbt etdiyi torpaqları tərk etməsə, inkişafı mümkün deyildir. Bu məqam üzərində daha geniş dayanmağa ehtiyac vardır.

"Erməni solyankası": siyasi mənşəyin dolaşıqlığı və sistemli böhran

Nikol Paşinyan Ermənistanda hakimiyyətin zirvəsinə çatdı. İndi demək olar ki, o, bu cırtdan məmləkətdə hakimi-mütləqdir. Prezidentin elə bir səlahiyyəti olmadığını nəzərə alsaq, 2019-cu il yanvarın 14-dən "küçə demokratiyası"nın qələbəsi başa çatıb. Bir sıra ekspertlər (əsasən ermənilər) bunu "məxməri inqilab"ın birinci mərhələsinin yekunu kimi təqdim edirlər. Onlar həmin tezisi Ermənistanda yeniləşmənin bundan sonra da davam etməsi kontekstində irəli sürürlər. Lakin məsələyə daha geniş aspektdə yanaşdıqda, birinci mərhələ fərqli müstəvidə daha maraqlı görünür. Çünki faktiki olaraq əgər "inqilab" olubsa, onun ilk mərhələsi dalanda sona çatıb. Səbəbi haqqında ekspertlərin mülahizələrindən təsəvvür əldə etmək olar.

Maraqlıdır ki, birinci mərhələnin sonu kimi Ermənistan parlamentinin yeni tərkibdə fəaliyyətə başlaması göstərilir (bax: məs., Арег Галстян. "Постреволюционной" Армении требуется работа над ошибками / РСМД, 14 yanvar 2019). Əgər bu, doğrudan da belədirsə, onda Ermənistan siyasətinin dalana dirəndiyi qətiyyən şübhə doğurmur. Parlamentə daxil olan siyasi qrupların siyasi-ideoloji mövqelərinə nəzər salaq.

Hazırda Ermənistan parlamentində üç qrup təmsil olunub. Bunlar Nikol Paşinyanın başçılıq etdiyi "Mənim addımım", Qaqik Sarukyanın "Çiçəklənən Ermənistan" və Edmon Marukyanın "İşıqlı Ermənistan" bloklarıdır. Say bölgüsü aşağıdakı kimidir: "Mənim addımım" – 88 yer, "Çiçəklənən Ermənistan" – 26 yer və "İşıqlı Ermənistan" – 18 yer. Siyasi-ideoloji mövqeyinə görə ekspertlər "Mənim addımım" blokunu obrazlı olaraq "yığma solyanka" adlandırırlar (bax: əvvəlki mənbəyə). "Solyanka" qarışıq tərkibli rus şorbasıdır. O, ətdən və ya balıq, yaxud da göbələk bulyonundan hazırlanır və ona çoxlu sayda kəskin ədviyyat qatılır.

Buradan aydın deyil ki, N.Paşinyanın "siyasi kimliyi" "rus siyasi mətbəxi"ndə hazırlanıb, yoxsa o, amerikan "qarışıq şorbasıdır". Mənşəyi məlum olmayan bir siyasi qrup necə suveren və müstəqil dövlətçilik siyasəti yeridə bilər? Həm də N.Paşinyan parlamentdə 88 "addımçı" ilə böyük üstünlüyə malikdir. Bu o deməkdir ki, parlamentin əksər hissəsi "qarışıq şorbadır".

Onun mərkəzi həlqəsini "Vətəndaş sazişi" partiyası təşkil edir. Bu partiyanın siyasi-ideoloji xətti adı kimi qondarmadır. Çünki Ermənistanda real vətəndaşlıq institutu formalaşmayıb. Vətəndaş anlayışının daşıyıcılarının siyasi şüurunun vətəndaşlığı dərk etmək səviyyəsində olduğu ciddi şübhə doğurur. Onlar arasındakı saziş daha çox formal fiksasiyadır, arxasında vətəndaşın siyasi kimliyi dayanmır. Onu "yığma solyanka" edən də elə müxtəlif siyasi, ideoloji və sosial qrupların eklektik yığması olmasıdır.

Digər siyasi qruplara baxaq. "Çiçəklənən Ermənistan" bloku liberal demokratiyaya meyllidir, "İşıqlı Ermənistan" isə sağmərkəzçiliyə istiqamətlənib. Ancaq ideoloji baxımdan sağmərkəzçilik liberalizmin müxtəlif növlərinə yaxındır. Deməli, bu iki blok faktiki olaraq bir-birini təkrarlayır. Məsələ ondan ibarətdir ki, hələ Q.Sarukyanın "çiçəkləri" ilə E.Marukyanın "işıqları"nın bir-birini tamamlayıb-tamamlamadığı bəlli deyil. Çünki faktiki olaraq onların heç biri adlarına uyğun siyasi-ideoloji xətti tam olaraq yeridə bilmirlər. Səbəbi isə Ermənistanda qərarların ideoloji xəttə görə deyil, situativ özəlliyə görə qəbul edilməsidir.

Qərarların qəbulu: situativ konfiqurasiya, yaxud ideoloji özəllik?

Bu bağlılıqda ekspert A.Qalstyanın bir qeydi maraqlıdır. O yazır: "...erməni reallığında qərarların qəbulu prosesi daha çox tamamilə konkret situasiya konfiqurasiyasından asılıdır, nəinki partiya və ya ideoloji özəllikdən" (bax: əvvəlki mənbəyə). Buradan ekspert belə qənaətə gəlir kİ, məsuliyyət daha çox hökumətin çiyninə və şəxsən N.Paşinyanın üzərinə düşəcək (bax: əvvəlki mənbəyə). Vətəndaşların əksəriyyəti də ona ümid edir. Bununla siyasi-psixoloji dairə qapanır: xalq Paşinyana, Paşinyan parlamentə, parlament də yenə Paşinyana ümid edir. Bu, yenilikdir, bu, demokratiyadır, yoxsa erməni liberalizmi?!

Qeyri-müəyyənlik bu məqamlarla məhdudlaşmır. Məsələnin dərin tərəfi uzun illərdir ki, Ermənistan siyasi elitasının sistemli problemlər yaratmaqla məşğul olması ilə bağlıdır. Deməli, yeni hakimiyyət daxili və xarici siyasətdə peşəkarçasına keyfiyyətli dəyişikliklər etməklə böhrandan xilas ola bilər. İndiki hakimiyyət buna qadirdirmi? N.Paşinyan real siyasi sistem formalaşdırmaq iqtidarındadırmı? Böyük və ciddi şübhələr var. Çünki nə onun ideoloji bazası, nə siyasi kursu, nə də siyasi lider kimi imkanları bu suala müsbət cavab verməyə əsas vermir.

Məsələn, Ermənistanda hökumətlə parlament və hökumətlə prezident arasında səlahiyyət bölgüsü aspektində balans yaratmaq mümkün olacaqmı? İnanmaq çox çətindir. Çünki əvvəlcədən məlumdur ki, N.Paşinyan səlahiyyətləri kimsə ilə bölüşmək fikrində deyil. Onun prezident Armen Sarkisyanla "çəkindirici faktorlar"dan, yəni siyasi riskləri minimum edəcək addımlardan danışması daha çox formal məzmun kəsb edir. Bunu həyata keçirməyə Ermənistanda uyğun siyasi mühit və real mexanizmlər mövcud deyil. Hüquqi aspektdə konstitusiyada ciddi dəyişikliklər etmək lazımdır.

Bundan başqa, vurğulanan balans üçün uyğun sosial-iqtisadi mühit yaranmalıdır. Bu isə çox mürəkkəb və çətin prosesdir. Vəziyyəti ermənilər üçün daha da ağırlaşdıran məqam ölkənin faktiki olaraq regional layihələrdən tamamilə təcrid olması və ancaq iki istiqamətdə (İran və Gürcüstan vasitəsilə Rusiyaya) çıxış imkanının mövcudluğudur. Deməli, hansı tərəfə çəksən də, Ermənistanın problemlərinin kökü aqressiv siyasət yeritməsi ilə bağlıdır. Konkret olaraq Azərbaycan torpaqlarının bir qismini işğal altında saxlamaqda davam etməsidir. Müasir mərhələdə həm qonşu dövlətin (hansı ki, Ermənistandan dəfələrlə güclüdür) ərazisinin bir hissəsini işğalda saxlamaq, həm də davamlı sosial-iqtisadi inkişafa nail olmaq mümkün deyil!

Bunu erməni siyasətçilər də, erməni ekspertlər də unudurlar. Lakin həmin məqam onların bütün problemlərinin və uğursuzluqlarının təməlini təşkil edir. Təsadüfi deyil ki, statistik göstəricilərə görə, Ermənistan Cənubi Qafqazda ən zəif həlqədir. Məsələn, 2018-ci ildə bu ölkəyə cəmi 100 milyon ABŞ dolları, Gürcüstana isə 998 milyon ABŞ dolları həcmində sərmayə qoyulub! Azərbaycana qoyulan sərmayələr milyard dollarla ölçülür ki, onunla heç müqayisə etməyə dəyməz.

Ermənistan bu illərdə daxili iqtisadi potensial hesabına deyil, xaricdən verilən ianələr hesabına mövcud olub. Belə ki, son beş ildə xaricdəki fiziki şəxslər Ermənistana 9,8 milyard dollar gətiriblərsə, Ermənistanın dövlət olaraq ixracatı həmin müddət üçün bundan 800 milyon dollar azdır! (bax: əvvəlki mənbəyə). Belə dövlət olarmı?

Diaspor təşkilatlarının fəaliyyətinə gəldikdə, Ermənistana onun yardımı son illər azalan xətti təşkil edir. Artıq Amerikadakı diaspor qurumları demək olar ki, çox az miqdarda yardım edə bilir. Rusiyadakı diasporun isə şərtləri var. ABŞ hökumətinin yardımı da azalaraq 2019-cu il üçün cəmi 6 milyon dollar təşkil edir.

Ermənistanın üzvü olduğu Avrasiya İttifaqına daxil olan dövlətlər Azərbaycan, Gürcüstan və Ukraynaya daha çox sərmayə yatırıblar, nəinki Ermənistana. Deməli, İrəvanı üzv olduğu təşkilatda belə cəlbedici saymırlar. Təhsilin səviyyəsinə görə Ermənistan dünya reytinq cədvəllərində Azərbaycan və Gürcüstandan xeyli geridə göstərilir. Məsələn, Bakı Dövlət Universiteti reytinqdə 801-ci, Tbilisi Dövlət Universiteti 1001-ci yerdədirlərsə, İrəvan Universiteti 2746-cı yerdədir (bax: əvvəlki mənbəyə). Bütün bunların başlıca səbəbi ekspertlərin vurğuladığı sistemli böhran ilə əlaqəlidir.

Beləliklə, "məxməri inqilab"ın birinci mərhələsi Ermənistanı dövlət olaraq dalana dirəyib. Buradan xilas yolunu hazırkı Ermənistan rəhbərliyinin bildiyinə inanmaq çətindir. Yuxarıda göstərilən faktlar da bunu təsdiq edir.

Newtimes.az

 
  • Oxunub:  2820  |  
  • Tarix:  23-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21 Avqust 18:47
Prezident İlham Əliyev XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
21 Avqust 17:57
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21 Avqust 17:51
Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib
21 Avqust 17:35
Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
21 Avqust 17:31
Ekspert: Təqaüdçülərin sosial durumunun, həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir
21 Avqust 17:29
Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır
21 Avqust 17:00
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21 Avqust 16:57
"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi
21 Avqust 16:41
Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir
21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
21 Avqust 12:29
AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21 Avqust 12:17
“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib
21 Avqust 12:13
Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək
21 Avqust 11:50
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
21 Avqust 11:32
Sentyabrdan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq
21 Avqust 11:16
Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 ötür
21 Avqust 11:05
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir
21 Avqust 11:04
Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır
21 Avqust 11:01
Müslüm Maqomayevin xatirəsini dünyada əbədiləşdirən özbək müğənni Odessaya veloyürüş edib
21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24