Ana səhifə »  Qəzetin pdf formatı »  “Holokost və Xocalı - müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib
A+   Yenilə  A-
“Holokost və Xocalı - müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib

Yanvarın 24-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan dağ yəhudiləri və Avropa yəhudi dini icmalarının, Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin dəstəyi və təşkilatçılığı ilə “Holokost və Xocalı - müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Holokost və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov tədbiri açaraq bildirib ki, Xocalı və Holokost soyqırımları zaman etibarı ilə bir-birindən fərqli vaxtlarda törədilsə də, mahiyyətcə oxşar faciələrdir. BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş qətnaməyə əsasən hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinləri eyni vəhşiliklərə məruz qalıblar. Bu faciə nəticəsində 613 nəfər həlak olub, 8 ailə məhv edilib, 275 nəfər əsir düşüb,150 nəfər haqqında isə heç bir məlumat yoxdur.

İcraçı direktor əvəzi yəhudilərin əsrlərdir Azərbaycanda dostluq şəraitində yanaşı yaşadıqlarını vurğulayıb. O deyib ki, Azərbaycanda heç vaxt antisemitizm meyilləri olmayıb, burada yaşayan bütün etnik icmalar bir-biri ilə ən yüksək səviyyədə dostluq, qardaşlıq münasibətləri qurublar.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə tədbirdə məruzə ilə çıxış edərək bildirib ki, tarixən milli-etnik zəmində düşmənçilik, etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı olmuş Azərbaycan xalqı yəhudi xalqını yaxşı başa düşür, onun üzləşdiyi tarixi fəlakəti öz üzərində hiss edir. Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı faciəsinin və Holokost qurbanlarının xatirəsi ölkəmizdə hər il yad edilir. Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı törətdiyi qətliamın kulminasiya nöqtəsidir. Fevralın 25-dən 26-na keçən gecə bir neçə saat ərzində 613 nəfər qətlə yetirilib. Onların 106-sı qadın, 83-ü uşaqdır. 56 nəfər isə xüsusi amansızlıqla qətlə yetirilib. Baş vermiş faciələri unutmaq yeni fəlakətlərə səbəb ola bilər, ona görə də yaşanmış faciələri xatırlayıb nəticə çıxararaq gələcəyə baxmaq lazımdır.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib ki, yəhudi və Azərbaycan xalqlarını böyük faciələr və qəhrəmanlıqlar birləşdirir. Holokost Xocalı soyqırımı kimi insanlığa qarşı törədilmiş cinayətdir. Holokost və Xocalı faciələri mahiyyətcə eynidir. Holokost qurbanlarının sayı 6 milyondur, onların 1,5 milyonu uşaqlardır. Yəhudi və Azərbaycan xalqları bir-birinin faciəsini dərk edir, yaxşı başa düşür. 1918-ci ildə Qubada yəhudi icmasının üzvləri də ermənilər tərəfindən soyqırımına məruz qalıb. Erməni cəlladları tərəfindən insanlığa qarşı törədilmiş qanlı soyqırımı hadisələrini unutmamalıyıq və soyqırımının beynəlxalq aləmdə tanıdılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı işlər aparmalıyıq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, etnik qrupun, xalqın bu cür hadisə ilə üzləşməsini istəmiriksə, Xocalı soyqırımının səbəbkarları cəzalandırılmalıdır. Cəzasızlıq mühiti olarsa, bu cür faciə başqa xalqlara qarşı da həyata keçirilə bilər. Xocalı soyqırımından bəhs edən komitə sədrinin müavini deyib ki, yəhudilər 2600 ildir Azərbaycanda məskunlaşıblar və dinc, dostluq, qarşılıqlı hörmət şəraitində yaşayırlar. Yəhudilər təkcə Avropada soyqırımına məruz qalmayıblar, onlar, həmçinin Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının qurbanları arasında olublar.

Tədbirdə çıxış edən deputatlar Hikmət Babaoğlu, Elman Nəsirov, Elman Məmmədov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Avropa Yəhudiləri Dini İcmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Xocalı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Əliyev, əsirlikdə olmuş Xocalı sakini Dürdanə Ağayeva, Xocalı sakini Murad Məhərrəmov çıxış edərək Avropanın bəzi ölkələrində hələ də antisemitizm meyillərinin qaldığını bildirərək, həmin ölkələrdə Holokost söhbətini açmağın belə qadağan olunduğunu deyiblər. Bu gün multikulturalizm siyasətinin Azərbaycanda aparıcı xətt olması və burada digər etnik qruplar kimi yəhudilərin də sərbəst, mehribanlıq şəraitində yaşaması digər ölkələrə örnək kimi göstərilib.

Çıxış edənlər Azərbaycanda Holokost faciəsinin anılmasının ənənə halını almasını təqdirəlayiq hal, bunun ölkəmizdəki multikultural və tolerant əhvalın göstəricisi kimi dəyərləndiriblər. Yəhudi xalqının başına gətirilən dəhşətli faciəyə ölkəmizdə həssaslıqla yanaşıldığı, hər il Holokost qurbanlarının xatirəsinin anıldığı vurğulanıb.

 
  • Oxunub:  2490  |  
  • Tarix:  24-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib

24 Aprel 17:56
Əli Kərimlinın adı müxalifət düşərgəsində və ictimai şüurda xəyanət sözü ilə assosiasiya olunur
24 Aprel 15:28
Vyetnamda Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib
24 Aprel 15:27
Akademik Zərifə Əliyeva nəinki Azərbaycan, dünya oftalmologiya elminə də böyük töhfələr verib
24 Aprel 15:26
Akademik Zərifə Əliyevanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
24 Aprel 15:17
Azərbaycanla Səudiyyə Ərəbistanının investisiya sahəsində əlaqələrinin genişləndirilməsi müzakirə olunub
24 Aprel 15:05
İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam 9300-dən çox şəxsə şamil olunacaq
24 Aprel 15:03
Fuad Muradov: Nantda Azərbaycan məktəbinin açılması erməni lobbisinin ölkəmizə qarşı kampaniyalarını zərərsizləşdirmək üçün zəruri idi
24 Aprel 14:19
Yeni Azərbaycan Partiyasının qərargahında “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib
24 Aprel 14:14
Kərim Vəliyev: Azərbaycan Moskva beynəlxalq təhlükəsizlik konfransında iştirakına böyük önəm verir
24 Aprel 14:09
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Dağlıq Qarabağda dinc əhalinin qırğınını və buna göz yumanları unutmayacaq
24 Aprel 13:45
Pekində Azərbaycanla Çin şirkətləri 821 milyon dollarlıq sənədlər imzalayıb
24 Aprel 13:37
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
24 Aprel 13:35
Ermənistan-Rusiya münasibətləri: daha iki erməni təxribatı
24 Aprel 13:25
AzTU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
24 Aprel 13:19
Bakı Dövlət Universitetində Himayəçilər Şurası yaradılıb
24 Aprel 13:09
Erkan Özaral: Azərbaycanda qətliam törədənlər Ermənistanda qəhrəman elan ediliblər
24 Aprel 12:55
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib
24 Aprel 12:53
Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaq
24 Aprel 12:44
Ölkəmizdə pensiya sisteminin inkişafına dair beş illik planın hazırlanmasına dair seminar keçirilir
24 Aprel 12:39
VII Muğam Televiziya Müsabiqəsi davam edir
24 Aprel 12:36
Əli Əhmədov: Türkiyə və Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarını dünyaya çatdırmaq üçün birgə işlər görməkdir
24 Aprel 12:21
"ASAN ödəniş" sistemi ödənişləri qısa müddət ərzində həyata keçirmək imkanı yaradır
24 Aprel 12:15
BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilir
24 Aprel 12:01
Bakı Limanı Avropanın aparıcı logistika qovşağı ilə əməkdaşlığa başlayıb
24 Aprel 11:46
TAP boru kəməri layihəsi üzrə işlərin 86,5 faizi tamamlanıb
24 Aprel 11:29
Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahlara, hərbi və xüsusi texnikaya baxış keçirilib
24 Aprel 11:21
Prezident İlham Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru ilə görüşüb
24 Aprel 11:08
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Aprel 10:59
Azərbaycanda istehsal olunan hərbi məhsullar Türkiyədə “IDEF-2019” sərgisində nümayişi etdiriləcək
24 Aprel 10:50
Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb
24 Aprel 10:46
Cəbhəçiləri portağal qabığı kimi soyan Əli Kərimli, yaxud özünü azərbaycanlı hesab etməyən Vətən xaini haqqında
24 Aprel 10:31
Türkiyə mətbuatı: Ermənilər PKK terrorçuları ilə fəal əməkdaşlıq edirlər
24 Aprel 10:28
ADU-da Çin dili günü
24 Aprel 09:55
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 27 dəfə pozub
24 Aprel 09:45
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
24 Aprel 09:36
Vaşinqtonda dördüncü Trans-Xəzər Forumu keçiriləcək
24 Aprel 09:26
Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfərə gəlib
24 Aprel 09:19
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib
24 Aprel 09:16
Yevlaxda “Oxu günü” keçirilib
24 Aprel 09:15
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
24 Aprel 09:13
Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək
24 Aprel 09:11
2019-cu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub
24 Aprel 09:07
Ölkəmizdə pambıqçılığın inkişafı daim dövlətin diqqət mərkəzindədir
23 Aprel 21:19
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23 Aprel 21:15
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
23 Aprel 21:13
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23 Aprel 21:11
Leyla Abdullayeva: Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır
23 Aprel 21:07
AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib
23 Aprel 21:05
Çinin Xinhua agentliyi Formula 1 Azərbaycan Qran-Prisindən yazıb
23 Aprel 21:03
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlər müzakirə olunub
23 Aprel 20:46
TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib
23 Aprel 20:45
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
23 Aprel 20:42
Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib
23 Aprel 20:40
Kamran İmanov: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub
23 Aprel 20:35
RF Əqli Mülkiyyət Akademiyasının rektoru: Azərbaycan postsovet məkanında öncül mövqedədir
23 Aprel 20:33
Azərbaycanın səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib
23 Aprel 20:27
Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub
23 Aprel 17:53
Azərbaycan Prezidenti: Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik
23 Aprel 17:50
Şarl Lekler: Ən sevdiyim traslardan biri Azərbaycandadır
23 Aprel 17:48
İsmayıllı ilə Özbəkistanın Riştan şəhəri arasında əməkdaşlıq haqqında saziş imzalanıb
23 Aprel 17:47
Azərbaycanda ekoloji monitorinq sisteminin təkmilləşdirilməsinə həsr olunan layihə yekunlaşıb
23 Aprel 17:40
FHN-in Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda konfrans keçirilib
23 Aprel 17:33
Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
23 Aprel 17:31
Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşların rəsmi açılış mərasimi baş tutub
23 Aprel 17:29
FHN Akademiyasında “Alyans” Xüsusi Xidmət Veteranlar Birliyinin nümayəndələri ilə görüş
23 Aprel 17:20
Prezident İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb
23 Aprel 17:19
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 Aprel 17:10
Mixael Kindsqrab: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır
23 Aprel 17:08
Azərbaycan Hökuməti ilə YUNESKO arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dair Saziş təsdiqlənib
23 Aprel 16:57
Sahibə Qafarova: Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik inkişafını davam etdirəcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA