Ana səhifə »  Qəzetin pdf formatı »  Son 5 ildə Şəki-Zaqatala bölgəsində 190 yaşayış məntəqəsini əhatə edən 530 kilometr avtomobil yolu yenidən qurulub
A+   Yenilə  A-
Son 5 ildə Şəki-Zaqatala bölgəsində 190 yaşayış məntəqəsini əhatə edən 530 kilometr avtomobil yolu yenidən qurulub

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına güclü təkan verib. Qəbul olunmuş proqramlar çərçivəsində Bakıda, eləcə də ölkənin digər şəhər və rayonlarında yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi geniş vüsət alıb.

Prezident İlham Əliyevin iqtisadi siyasətində ölkədə yol infrastrukturunun daha da təkmiləşdirilməsi, mövcud yolların yenidən qurulması diqqət mərkəzində saxlanılır. Dövlətimizin başçısının rəhbərliyi ilə son 15 ildə ölkədə həyata keçirilən irimiqyaslı layihələrin tərkibində xüsusi yeri və çəkisi olan yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı görülən işlər bir daha əminlik yaradır ki, bu sahədə layihələrin icrasının dayanıqlığı və davamlılığı tam təmin olunub.

Respublika üzrə 2004-cü ildən bəri 15 min kilometr avtomobil yolu salınıb

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı son illər infrastrukturla bağlı bir çox önəmli layihələrin icra edildiyini diqqətə çatdıraraq deyib: “Keçən il 2 min kilometr avtomobil yolu salınmışdır. Bu, rekord göstəricidir. Ümumilikdə isə 2004-cü ildən bu günə qədər 15 min kilometr avtomobil yolu salınıb. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Biz inkişaf etmiş bir çox ölkələri də qabaqlayırıq və bu proses davam etdiriləcək. Keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb. Bu yaşayış məntəqələrində 2,2 milyon insan yaşayır. Yəni, 2,2 milyon insanın yol problemi həll olunub. Bildiyiniz kimi, bu, eyni zamanda, iqtisadi amildir. Çünki yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır, o cümlədən xəstəxanalara insanlar daha da tez çata bilirlər. Yəni, bunun çox böyük əhəmiyyəti var. Bu il investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu il ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır”.

Son 5 ildə Şəki-Zaqatala bölgəsində 190 yaşayış məntəqəsini birləşdirən yol infrastrukturu tamamilə yenidən qurulub

Son illər respublikamızın hər yerində olduğu kimi, Şəki-Zaqatala bölgəsində də yol infrastrukturunun tamamilə yenidən qurulması, müasirləşdirilməsi istiqamətində mühüm layihələr icra olunur. Bölgənin ərazisindən keçən magistral yollar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulur, rayonları, kənd və qəsəbələri birləşdirən avtomobil yolları əsaslı təmir olunur, yeni körpülər inşa edilir.

Hazırda Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda respublika əhəmiyyətli avtomobil yollarının ümumi uzunluğu 393, yerli əhəmiyyətli avtomobil yollarının uzunluğu isə 1846 kilometr təşkil edir.

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının əhatə etdiyi 2014-2018-ci illər ərzində Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq, bu iqtisadi rayona daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında yol infrastrukturu ilə bağlı 22 layihənin icrasına başlanılıb və bu layihələrin böyük hissəsinin icrası uğurla başa çatıb. Bir neçə layihə üzrə işlər isə hazırda yekun mərhələdədir. Bu layihələrin icrası nəticəsində Şəki-Zaqatala bölgəsində 401 min nəfər əhalinin yaşadığı 190 yaşayış məntəqəsini birləşdirən yol infrastrukturu tamamilə yenilənib. Son 5 ildə bölgənin rayonlarında 530 kilometr uzunluğunda avtomobil yolu müasir standartlara uyğun yenidən qurulub. Layihələrdən 3-ü respublika əhəmiyyətli yollarla bağlı olub.

Şəki və Qax şəhərlərini birləşdirən yeni avtomobil yolu məsafəni 42 kilometr qısaldıb

Yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsinin müasir tələblərə uyğun qurulması, əhalinin yaşayış səviyyəsinin yaxşılaşması baxımından bu layihələrin hər biri mühüm əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının tədbirlər planına daxil edilən Şəki-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində 2015-ci ilin noyabrında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Şəki-Qax avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm marşrutlarının bir hissəsidir. Uzunluğu 35 kilometr olan yolun 26 kilometri Şəkinin, 9 kilometri isə Qax rayonunun ərazisinə düşür. Bu avtomobil yolu Şəki və Qax arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, əvvəllər istifadə olunan 77 kilometrlik məsafənin 42 kilometr qısalmasına imkan verib. Yolun əsas üstünlüyü isə onun 39 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini əhatə etməsidir.

Yenidən qurulan Qax-Zaqatala avtomobil yolu bölgədə turizmin inkişafına böyük təkan verəcək

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin ümumi uzunluğu 29,8 kilometrdir. Şəki-Qax avtomobil yolunun davamı olan bu yol da Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. 2018-ci ildə inşası başa çatan bu avtomobil yolu Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, eləcə də bu rayonlar arasında mövcud olan məsafəni xeyli qısaldıb.

Yol infrastrukturunun yenidən qurulması kənd təsərrüfatı məhsullarının rahat şəkildə bazarlara daşınmasına imkan yaradır

2018-ci ilin oktyabrında istifadəyə verilən Qax-Qıpçaq-Ağyazı avtomobil yolu son illər bölgələrdə salınan ən uzun avtomobil yollarından biri hesab olunur. Avtomobil yolunun inşası 13 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərməkdədir. Bu yolun müasir səviyyədə yenidən qurulması həm yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaradacaq, həm də bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə xidmət göstərəcək. Yolun ölkə əhəmiyyətli Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna çıxışının olması isə onun sosial və iqtisadi əhəmiyyətini daha da artırır.

Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışında iştirak edən Prezident İlham Əliyev deyib: “Bu gün açdığım 44 kilometr uzunluğunda kənd yolu 13 yaşayış məntəqəsinin sakinlərinə xidmət göstərəcək. Əvvəlki səfərimdə biz Şəki-Qax avtomobil yolunu açdıq. Bu da bilirsiniz, Şəki ilə Qax arasındakı məsafəni böyük dərəcədə qısaltdı, yeni bir yol salındı. Bu gün mənim göstərişimlə icra edilən Şəki-Balakən-Gürcüstan sərhədi avtomobil yolu da artıq tam hazırdır. Bu infrastruktur layihəsi həm insanlara rahatlıq gətirir, eyni zamanda, kənd təsərrüfatının inkişafına da xidmət göstərir”.

Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin yenidən qurulması işləri də artıq yekunlaşıb

Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən, hazırda Şəki-Zaqatala bölgəsində həyata keçirilən ən böyük yol-infrastruktur layihələrindən biri də Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 124-164 kilometrlik hissəsini əhatə edən Zaqatala-Balakən-Mazımçay hissəsinin yenidən qurulmasıdır. Əsaslı təmir və tikinti işləri yekunlaşmaq üzrə olan yolun uzunluğu 40 kilometr, eni isə 13 metrdir. 100 mindən çox əhalinin yaşadığı iki rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirən yol insanların gediş-gəlişini, eləcə də Gürcüstan istiqamətində, həmçinin əks istiqamətdə yük və sərnişin daşınmasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına mühüm töhfə verəcək.

Şəkinin 8 yaşayış məntəqəsini birləşdirən 50,9 kilometr uzunluğunda avtomobil yolu ölkənin iki əsas nəqliyyat şəbəkəsini əlaqələndirəcək

Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında hazırda bölgədə böyük əhəmiyyətə malik olan daha bir yol infrastruktur layihəsi Şəki rayonunda həyata keçirilir. On bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 50,9 kilometr olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi işləri artıq yekunlaşmaq üzrədir. Başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 17-ci kilometrindən götürən bu avtomobil yolu Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna birləşməklə, bölgə üçün xüsusi əhəmiyyətə malikdir. Yenidənqurma işləri yük və sərnişin daşımasının asanlaşmasına səbəb olacaq, eyni zamanda, respublikanın iki əsas avtomobil yoluna çıxış əldə olunmaqla, rayonlararası məsafə dəfələrlə qısalacaq. Həmçinin yetişdirilən kənd təsərrüfatı məhsullarının qonşu rayon mərkəzlərinə və paytaxt Bakıya tez və rahat şəkildə daşınmasına şərait yaratmaqla, kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

Yol infrastrukturu ilə bağlı layihələr 2019-cu ildə də davam etdiriləcək

Yol infrastrukturunun yenidən qurulması ilə bağlı layihələr 2019-cu ildə də davam etdiriləcək. Prezident İlham Əliyevin 2018-ci ilin yekunlarına həsr olunan iclasda da qeyd etdiyi kimi, bu il də ən azı 1000 kilometr uzunluğunda yeni yolların salınması nəzərdə tutulur. Yol infrastrukturu bağlı layihələr Şəki-Zaqatala bölgəsində də həyata keçiriləcək.

Dövlətimizin başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, 2019-cu ildə yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tərtib olunmuş plana əsasən, artıq kompleks tədbirlərə start verilib. Cari ilin əvvəlində Qəbələ rayonunda uzunluğu 19 kilometr olan Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən bu yolun yenidən qurulması gediş-gəlişin rahatlaşmasını, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin edəcək, insanların sosial rifah halına müsbət təsir göstərəcək. Bundan əlavə, tədbirlər planı çərçivəsində Şəki rayonunda Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən və ümumi uzunluğu 33 kilometr olan avtomobil yolunun yenidən qurulması işlərinə də başlanılıb.

 
  • Oxunub:  2010  |  
  • Tarix:  11-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA