Ana səhifə »  Qəzetin pdf formatı »  2018-ci il respublikamızın Mərkəzi Aran iqtisadi rayonu üçün uğurlu olub
A+   Yenilə  A-
2018-ci il respublikamızın Mərkəzi Aran iqtisadi rayonu üçün uğurlu olub

Bu iqtisadi rayona daxil olan İmişli, Hacıqabul və Salyanda sosial-iqtisadi inkişaf baxımından yüksək nəticələr əldə edilib
Azərbaycanda 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bölgələrinin ümumi inkişaf dinamikasını artırmaqla yanaşı, bütün sahələri əhatə edən layihələr sayəsində regionların ən müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik olmasına şərait yaradıb. Eləcə də son 15 ildə reallaşdırılan sözügedən Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində də uğurlar əldə edilib. Və bu uğurlar 2018-ci ildə də davam edib. Belə ki, ölkənin iqtisadi rayonlarının ötən il ərzindəki göstəricilərinə nəzər yetirdikdə deyilənlər bir daha öz təsdiqini tapır. Bu məqamda vurğulamaq yerinə düşər ki, 2018-ci il respublikamızın Mərkəzi Aran iqtisadi rayonu üçün də uğurlu olub.
Qeyd edək ki, bu iqtisadi rayona daxil olan İmişlinin 2018-ci ildə sosial-iqtisadi inkişafında uğurlu nəticələr əldə olunub. İqtisadiyyatın əsas sahələri üzrə 470 milyon 858 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Məhsul istehsalının 218 milyon 214 min manatı sənayenin, 121 milyon 698 min manatı kənd təsərrüfatının, 44 milyon 688 min manatı tikintinin, 76 milyon 237 min manatı ticarət və ictimai iaşə, 9 milyon 423 min manatı nəqliyyatın, 596 min manatı isə rabitə müəssisələrinin payına düşüb. İqtisadiyyatda əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutub. Sənaye məhsulunun 93,5 faizi qeyri-dövlət sektorunda istehsal olunub. Rayondakı Heydər Əliyev Mərkəzində ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bildirib ki, hesabat dövründə şəhərdə inşa olunan “ASAN Həyat” kompleksinin və Bayraq Muzeyinin tikintisi, eyni zamanda, 14 kilometrlik İmişli-Yalavac-Rəsullu-Göbəktala-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikli yerli əhəmiyyətli avtomobil yolunda təmir işləri başa çatıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2018-ci ildə rayonun Muradxanlı kəndində 56 yerlik modul tipli məktəb binasının, Aranlı kəndində 2 saylı məktəb üçün 132 yerlik binanın və Qızılkənd kənd tam orta məktəb binasının tikintisinə başlanılıb, Xəlfəli tam orta məktəbində isə cari təmir işləri aparılıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 54 mənzilli altımərtəbəli ictimai yaşayış binasında tikinti işləri başa çatdırılaraq, növbəlilik əsasında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə paylanılıb.
Yığıncaqda qeyd edilib ki, hesabat dövründə rayonda heyvandarlıq və quşçuluğun inkişaf etdirilməsi sahəsində də təqdirəlayiq işlər görülüb, heyvanların və quşların baş sayı xeyli artıb. Ət, süd və yumurta istehsalında artım qeydə alınıb.
Son illərdə olduğu kimi, pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır. Ötən il rayonda 13 min 645 hektarda pambıq əkilib və 18 min 575 ton pambıq yığılıb. Ötən il rayonda 134 kümçüyə ipəkqurdu toxumu paylanılaraq 10087 kiloqram yaş barama yığılıb ki, bu da 2017-ci illə müqayisədə 25,6 faiz çoxdur. 2018-ci ildə 7 min 345 ton ət (diri çəkidə), 49 min 632,8 ton süd istehsal olunub, 49747,3 ton buğda, 18624 ton arpa, 2614,2 ton kartof, 4140,6 ton bostan, 3305,9 ton şəkər çuğunduru, 2882,1 ton tərəvəz tədarük edilib. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatları yaradılıb.
Bildirilib ki, rayon əhalisinin məşğulluğunun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilib, il ərzində 375 nəfər daimi işlə təmin olunub, gəlirləri ehtiyac meyarından aşağı olan 429 ailəyə ünvanlı sosial yardımların verilməsi təmin edilib.
2018-ci ildə Hacıqabul rayonunda da ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 12,8 faiz artıb. Kənd təsərrüfatında 2,6 faiz, sənayedə 40,3 faiz, ticarətdə isə 6,4 faiz artım qeydə alınıb. Hesabat ilində pərakəndə əmtəə dövriyyəsi 12,8 milyon manat və ya 5,4 faiz, iaşə dövriyyəsi 5,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 5,9 faiz, məişət xidməti 4,9 faiz, yükdaşınmalar 2,3 faiz, sərnişindaşıma 2,8 faiz, rabitə xidmətlərinin həcmi isə 10,2 faiz artıb. İl ərzində rayonda iqtisadiyyatın bütün sahələri üzrə əsaslı kapitala yönəldilən investisiyanın həcmi 27,5 faiz, istifadəyə verilmiş əsas fondlar isə 6,7 faiz çoxalıb.
Rayonda 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov deyib ki, Hacıqabulda iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatında islahatların uğurla həyata keçirilməsi taxılçılığın və digər növ kənd təsərrüfatı məhsulları istehsalının artması ilə nəticələnib. Hər hektardan əldə edilən məhsuldarlıq da yüksəlib. Qeyd olunub ki, rayonda hesabat ilinin məhsulu üçün 43 min 11 hektar sahədə taxıl əkilib, bunun da 31 min 848 hektarını buğda, 11 min 163 hektarını isə arpa əkini təşkil edib. Zəmilərdən 76 min ton məhsul əldə edilib. İstehsal olunan taxılın 42 min 344 tonunu buğda, 33 min 662 tonunu isə arpa təşkil edib. Məhsuldarlıq arpa bitkisi üzrə 30,1 sentner olub.
Bildirilib ki, ötən il rayonda 1300 hektar sahədə pambıq əkilib və plantasiyalardan 1172,7 ton məhsul yığılıb. İl ərzində sahələrdən 6 min 579 ton tərəvəz, 11 min 378 ton bostan, 495 ton kartof, 11 min 314 ton qarğıdalı, 6 min 520 ton şəkər çuğunduru, 40,9 ton soya, 11 min 995 ton meyvə, 268 ton üzüm yığılıb. Cari ilin məhsulu üçün 25 min 925 hektar sahədə buğda, 11 min hektar sahədə arpa, 353 hektar sahədə yonca və 321 hektar sahədə xəsil olmaqla ümumilikdə 37 min 607 hektar payızlıq əkin işləri həyata keçirilib.
Qeyd edilib ki, heyvandarlıq və quşçuluq sahəsində də nəzərəçarpacaq artım müşahidə olunub. Hesabat ilində 7 min 773 ton ət (diri çəkidə), 18 min 282 ton süd, 229 ton yun, 297571 min ədəd yumurta istehsal edilib. Rayon üzrə iribuynuzlu heyvanların sayı 39 min 37, xırdabuynuzluların sayı isə 137 min 358 başa çatıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar hesabat dövründə rayonda mühüm layihələr həyata keçirilib. Rayon ərazisində tikinti-quraşdırma, abadlıq və yenidənqurma işləri davam etdirilib, abadlaşdırma işlərinin görülməsinə yerli büdcədən xeyli vəsait xərclənib.
Rayonun 19 min əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən 48 kilometrlik Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan və 11 min əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən 7,6 kilometrlik Nəvahi-Rəncbər-Pirsaat avtomobil yollarının tikintisi başa çatıb, Atbulaq kəndində “Hajigabul Greenhouse” MMC tərəfindən 17 hektar ərazinin 10 hektarında İspaniya texnologiyası ilə istixana tikilib istifadəyə verilib. İstixananın məhsul istehsalı gücü 1 hektar üçün 250-300 tondur. Kompleksdə 70 nəfər işlə təmin olunub.
Diqqətə çatdırılıb ki, rayonda 20 hektar sahədə Sənaye Məhəlləsi salınır, onun fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə olunub. Artıq Sənaye Məhəlləsinin 9 hektar sahəsində aparılan tikinti işləri başa çatıb, hazırda tikintidə tamamlama və abadlaşdırma işləri aparılır. Vurğulanıb ki, gələcəkdə də nailiyyətlərin sayını artırmaq məqsədilə hazırda rayonda bir sıra tədbirlər həyata keçirilir. Torpaqların suvarma suyu ilə təmin olunması üçün sututarlar yaradılır, yeni kanallar çəkilir.
Ötən il Salyan rayonunda da iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam etdirilib, abadlıq, quruculuq və tikinti işləri sürətləndirilib. Sahibkarlığın inkişafı üçün yaradılmış münbit şərait nəticəsində rayonda özəl investisiya hesabına kənd təsərrüfatı, sənaye, iaşə və emal sahələri üzrə ümumi dəyəri 169,7 milyon manat olan 56 layihənin icrası davam etdirilib. Artıq bir çox sahələrdə işlər başa çatdırılıb. Görülən işlər 1368 yeni iş yerinin yaradılmasına imkan verəcək. Salyanda ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirib ki, 2018-ci ildə rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Belə ki, Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində, Salyan-Neftçala və Şirvan-Salyan avtomobil yollarında, Qaraçala-Düzənlik-Peyk kəndlərini və Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndini birləşdirən kəndarası avtomobil yollarında tikinti işləri başa çatdırılıb.
Hesabat dövründə şəhərin 38 kommunal binasında əsaslı təmir işləri görülüb, su-kanalizasiya xətləri yenisi ilə əvəzlənib.
Qeyd olunub ki, ötən il rayonda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Rayonun Həsənli kəndində 100 min başlıq damazlıq quşçuluq təsərrüfatının, Kürsəngi kəndi ərazisində istixana kompleksinin, şəhər ərazisində pivə və limonad istehsalı zavodunun və “Bazar-ticarət mərkəzi”nin tikintisi əsasən başa çatdırılıb. Ümumi sahəsi 25,9 hektar olan daha 19 istixana istifadəyə verilib. Xıdırlı kəndi ərazisində zeytun və meyvə emalı zavodlarının tikintisi başa çatıb, sınaq işləri aparılıb. Zavodların tikintisi yüzdən çox yeni iş yerinin yaranmasına səbəb olacaq.
Ötən il Qızılağac kəndi ərazisində yaradılan aqroparkda da işlər davam etdirilib. Aqroparkda mənbəyi Akkuşa suvarma kanalı olmaqla, ümumi uzunluğu 25 kilometr su kanalı çəkilib, mövcud kollektor-drenaj şəbəkəsinin 50 kilometrlik hissəsi lildən təmizlənib, 25 kilometr uzunluğunda su kanalı, 15 kilometr uzunluğunda elektrik və 1 kilometr qaz xətləri çəkilib. Həmçinin aqroparkda 500 başlıq 4 tövlə, texnika parkı, ofis binası və qonaq evi, 1500 tonluq taxıl anbarı, gücü saatda 10 ton olan yem zavodu və 4500 tonluq yem anbarı tikilib.
2018-ci ildə rayonda əkin sahələrindən 61 min 126 ton taxıl, 10356,3 ton pambıq, 5,1 min ton kartof, 34 min 805 ton tərəvəz, 12,12 min ton bostan məhsulları, 4 min 743,3 ton üzüm, 3 min 370,7 ton meyvə yığılıb. Cari ilin məhsulu üçün rayonda 6 min 833 hektarda buğda, 7 min 50 hektarda arpa, 1780 hektarda yonca, 127 hektarda isə sarımsaq əkilib, digər əkinlər üçün hazırlıq işlərinə başlanılıb.
Yığıncaqda vurğulanıb ki, ötən dövrdə rayonda iribuynuzlu heyvanların sayı 62 min 660, qoyun və keçilərin sayı isə 185 min 762 başa çatıb. Ət istehsalı 13 min 231 ton (diri çəkidə), süd istehsalı 49 min 702 ton, yun istehsalı 348 ton və yumurta istehsalı 34 milyon 865 min ədəd olub.
Nardar BAYRAMLI

 
  • Oxunub:  2430  |  
  • Tarix:  12-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA