Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycanı öz inkişaf yolundan və müstəqil siyasətindən döndərmək mümkün deyil
A+   Yenilə  A-
Azərbaycanı öz inkişaf yolundan və müstəqil siyasətindən döndərmək mümkün deyil

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Malik Həsənov www.yap.org.az saytına müsahibə verib:
- Malik müəllim, bu gün öz inamlı inkişafını uğurla davam etdirən və yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan sabitlik adası kimi tanınır. Necə düşünürsünüz, ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyi və dinamik inkişafı şərtləndirən amillər hansılardır?
- Dünyada maliyyə-iqtisadi böhranın, bir çox ölkələrdə isə xaos və tənəzzül kimi mənfi hallar və meyillərin müşahidə edildiyi şəraitdə ölkə daxilində sabitliyi qorumaq, tərəqqiyə nail olmaq çox böyük əhəmiyyətə malikdir. Sevindirici haldır ki, bu gün Azərbaycanı bir çox ölkələrdən fərqləndirən xüsusiyyətlər sırasında məhz möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik və dinamik inkişaf mühüm yer tutur. Sabitliyi şərtləndirən amil isə Prezident İlham Əliyev tərəfindən uğurlu daxili və xarici siyasət kursunun həyata keçirilməsi, bu siyasətin Azərbaycan xalqı tərəfindən dəstəklənməsidir.
Ümumiyyətlə, Azərbaycan son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli, dinamik inkişaf yolu keçib. Qazanılan nailiyyətlər ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. 2004-cü ildən etibarən bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Təqdirəlayiq haldır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edib, ölkəmizin iqtisadi potensialı mütəmadi olaraq artır, dünya iqtisadiyyatında mövqeyi möhkəmlənir. Nəticədə, ötən dövrün mənzərəsi onu göstərir ki, qazanılan nailiyyətlər müstəqil Azərbaycanın gücü və qüdrətinin daha da artmasını təmin edib. Təsadüfi deyil ki, dünyanın nüfuzlu reytinq agentlikləri Azərbaycanda həyata keçirilən islahatları, bütün sahələri əhatə edən müsbət göstəriciləri və nailiyyətləri yüksək qiymətləndirirlər. Digər tərəfdən, regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilib. Nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan yüksək hörmət və etimadın bariz ifadəsidir.
- Azərbaycanın müstəqil siyasət həyata keçirməsi və inkişaf yolunda əmin addımlarla irəliləməsi anti-Azərbaycan dairələr tərəfindən böyük narahatlıqla qarşılanır. Bu qərəzli qüvvələr Azərbaycan əleyhinə qarayaxma kampaniyası apararaq ölkəmizin müsbət beynəlxalq imicinin üzərinə kölgə salmağa çalışırlar...
- Doğrudur, müstəqil siyasət həyata keçirən Azərbaycanın böyük uğurlar qazanması, beynəlxalq mövqeyinin davamlı olaraq möhkəmlənməsi anti-Azərbaycan dairələri, ermənipərəst qüvvələri ciddi şəkildə narahat edir. Onlar müxtəlif vasitələrdən istifadə edərək ölkəmizin müsbət beynəlxalq imicinin üzərinə kölgə salmağa cəhd edirlər. Müxtəlif informasiya resurslarında Azərbaycan əleyhinə qərəzli materiallar dərc etdirməklə ictimai rəyi yanıltmağa çalışırlar. Eyni zamanda, bu dairələr bir sıra məsələlərlə bağlı ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür, qərəzli və ikili standartlara söykənən “qətnamə”lər, “hesabat”lar vasitəsilə Azərbaycana təzyiq etməyə çalışırlar. Lakin müxtəlif məkrli planların tərkib hissəsi olan bu cür cəhdlər hər zaman iflasa düçar olur. Məqsəd, qeyd etdiyimiz kimi, Azərbaycanı öz inkişaf yolundan və müstəqil siyasətindən döndərməkdir. Amma bu, mümkün deyil. Çünki əvvəla, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda inamla irəliləyir, müstəqil və prinsipial siyasət həyata keçirir, öz maraqlarını qətiyyətlə müdafiə edir. Digər tərəfdən, Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir və bu siyasətin ölkəmizin inkişafına, sabitlik və firavanlığa xidmət etdiyini əminliklə ifadə edir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bundan sonra da ölkəmizin uğurlu inkişafını təmin edəcək, qarşıdakı dövrdə də ölkə iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək. Yəni xalqımız inkişaf və sabitliyin davamlı olması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasəti qətiyyətlə dəstəkləyir.
- Yeri gəlmişkən, antimilli mövqe nümayiş etdirərək “beşinci kolon” funksiyasını icra edən radikal ünsürlər də anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirir, ölkəmizdə sabitliyin pozulması üçün təxribatçı hərəkətlərini davam etdirirlər. Bu barədə fikirləriniz nədən ibarətdir?
- Anti-Azərbaycan dairələrin istifadə etdiyi vasitələrdən biri də ölkə daxilindəki antimilli ünsürlərin “xidmət”lərindən yararlanmaqdır. Bu antimilli ünsürlər, radikal qruplar konkret olaraq “beşinci kolon” funksiyasını yerinə yetirərək ermənipərəst dairələrlə sinxron hərəkət edirlər. Xaricdəki anti-Azərbaycan dairələrdən aldıqları qrantlar qarşılığında onların sifarişlərini yerinə yetirən radikal ünsürlərin istəyi ölkəmizdə sabitliyin pozulması, xaos və anarxiyanın yaranmasıdır. Onlar bu məqsədlə müxtəlif təxribatlara əl atırlar, süni gərginlik və ajiotaj yaratmağa çalışırlar. Elə yanvarın 19-da Azərbaycanda heç bir dəstəyə və nüfuza malik olmayan radikal müxalifətin “mitinq” şousu təşkil etməsi və bir gün sonra Şəhidlər xiyabanını ziyarət etmək adı ilə süni qarşıdurma yaratmağa cəhd etməklə asayişi pozmağa çalışması bu məkrli planın tərkib hissəsidir. Bir sözlə, radikal müxalifət anti-Azərbaycan dairələrin əlində alətə çevrilməklə, onların sifarişlərini yerinə yetirməklə antimilli mahiyyətini nümayiş etdirir.
- Malik müəllim, Azərbaycanda sabitliyin pozulmasını istəyən antimilli ünsürlər həm də sosial şəbəkələr vasitəsilə - virtual müstəvidə xalqımızın və dövlətimizin əleyhinə kampaniya aparırlar. Belə neqativ hallara qarşı hansı zəruri tədbirlər həyata keçirilməlidir?
- Əvvəla qeyd edim ki, Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı çıxış edən, anti-Azərbaycan dairələrin xidmətçisinə çevrilən həmin anti-milli ünsürlər sosial şəbəkələrdən mənəvi terror vasitəsi kimi istifadə edirlər. Onlar Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr səsləndirməklə yanaşı, həm də dağıdıcı çağırışlar ifadə edirlər. Xaricdən idarə olunan bir sıra internet resurslarında Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması və dezinformasiyaların dövriyyəyə buraxılması cəmiyyətdə çaşqınlıq yaratmağa, yanlış ictimai rəy formalaşdırmağa hesablanıb. Amma qeyd etdiyimiz kimi, bütün bu cəhdlər faydasızdır və hər zaman uğursuzluğa düçar olur. Çünki Azərbaycan cəmiyyəti kifayət qədər müdrik və intellektualdır, antimilli ünsürlərin bu cəhdlərinin arxasında hansı çirkin niyyətlərin dayandığını bilir.
Dağıdıcı təfəkkürə malik olan bu ünsürlərin sosial şəbəkələrdən mənəvi terror vasitəsi kimi istifadə etmələri Azərbaycan cəmiyyətində ciddi narazılıq və etirazla qarşılanır. Ümumiyyətlə, sosial şəbəkələrdə təhqir, böhtan xarakterli məlumatların yayılması, insanların şərəf və ləyaqətinin alçaldılması halları birmənalı şəkildə yolverilməzdir. Bu hallara qarşı qanunvericilik səviyyəsində mübarizə aparılması, belə hallara yol verənlərin konkret məsuliyyət daşıması, qanun qarşısında cavab verməsi zəruridir. Dünyanın bir sıra ölkələrində belə təcrübə mövcuddur və Azərbaycanda da bu yanaşma tətbiq edilməlidir.
Sonda bir daha qeyd etmək istəyirəm ki, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur və bu faktor sabitliyi şərtləndirən və inkişafa zəmin yaradan əsas amildir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və Azərbaycan xalqı dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətini dəstəkləyir, iqtidara öz yüksək inam və etimadını qətiyyətlə nümayiş etdirir. Ona görə də bu radikal ünsürlərin Azərbaycanda sabitliyi pozmaq, ölkəmizin inkişafına mane olmaq cəhdləri heç bir nəticə verməyəcək.

 
  • Oxunub:  3300  |  
  • Tarix:  12-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA