Ana səhifə »  Qəzetin pdf formatı »  Elçin Əhmədov: Azərbaycanın müstəqil xarici siyasətini qəbul edə bilməyən dairələrin qərəzli “hesabatlar”ı heç nəyi dəyişmir
A+   Yenilə  A-
Elçin Əhmədov: Azərbaycanın müstəqil xarici siyasətini qəbul edə bilməyən dairələrin qərəzli “hesabatlar”ı heç nəyi dəyişmir

Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov "Freedom House"un yaydığı “Dünyada azadlıq-2019” adlı hesabata münasibət bildirərkən deyib.

E.Əhmədov qeyd edib ki, Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və ölkə rəhbərliyinin bütün səyləri regionun inkişafına və xalqın rifahına yönəlib. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər üçtərəfli, həmçinin dördtərəfli əməkdaşlıq formatları buna əyani sübutdur. Eləcə də ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib.

Hazırda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz faktıdır. Məhz bu səbəbdən də Azərbaycanın dinamik inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməkdə davam edirlər.

"Freedom House" təşkilatına gəldikdə isə, həmişə Azərbaycan haqqında yanlış məlumatlar yayır, qərəzli olaraq mətbuat azadlığı üzrə reytinq cədvəlində ölkəmizi son sıralarda yerləşdirir. Bununla yanaşı, bu təşkilat ermənilərin nəzarətində olan qurumlardan biridir və onların maliyyə dəstəyi ilə işləyir və buna görə də bir qayda olaraq Azərbaycanda mətbuatla bağlı qeyri-obyektiv, qərəzli və birtərəfli məlumatlar verir.

Qeyd etmək lazımdır ki, Qərb texnoloqları on illər boyunca həyata keçirdikləri səmərəsiz proseslərin, ikili, qərəzli münasibətlərinin, oyunlarının ifşa olunduğunu görüncə vəziyyətdən çıxış üçün günahı ayrı-ayrı ölkələrin üzərinə yıxmaq taktikasını seçirlər. Qərbin müdaxiləsi postsovet məkanında heç bir problemi həll etməyib, mövcud münaqişələrdən heç biri həllini tapmayıb, bu region əhalisinin Qərbdən gözləntilərinin heç biri özünü doğrultmayıb. Təbii olaraq, Qərb texnoloqları yarıtmaz fəaliyyətlərinə görə hesabat verməlidirlər. Proseslərin bu yönə istiqamətlənməsinin qarşısını almaq üçün yeni taktika işlənir və regionun ayrı-ayrı ölkələrini istənilən ittihamla üz-üzə qoymaqla vəziyyətdən çıxmağa cəhd edilir. Onlar ictimai rəyi bu yönə istiqamətləndirmək üçün əvvəlcə ələ alınmış ayrı-ayrı “muzdlu ekspertlərin müəllif yazıları”ndan, sonra beynəlxalq QHT-lərin aksiyalarından yararlanmağa çalışdılar. Azərbaycan bu kampaniyalara hər zaman tutarlı cavab verib və qarşı tərəfin özünü ifşa edib.

Bu baxımdan bəzi ermənipərəst dairələr və Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bir sıra “sənədlər”in qəbul edilməsi, xüsusilə müxtəlif xarici QHT və KİV-lərdə Azərbaycan əleyhinə “hesabat”ların və sifariş xarakterli yazıların dərc olunması, ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılması göstərir ki, proseslərin arxasında duran qüvvələr var, bunlar bilərəkdən istiqamətləndirilir. Bu qüvvələr erməni lobbisi və onun təsir dairəsində olan QHT, KİV və siyasətçilərdir. Onlar istənilən məsələ ilə bağlı dərhal anti-Azərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar.

Bu baxımdan "Freedom House"un yaydığı “hesabat”da Azərbaycanla bağlı qeyd olunan məqamlar qərəzlidir, yanlış məlumatlar əsasında hazırlandığı, subyektiv və qərəzli xarakter daşıdığı açıq-aydın görünür. “Hesabat”da Azərbaycan üçün reytinq cədvəlində 11 bal müəyyən edilir, məqsədli şəkildə “qeyri-azad” ölkə siyahısına salınır. Məlumdur ki, Azərbaycan dövləti neçə illərdir bütün dünyaya, həmçinin Avropa ölkələrinə və beynəlxalq təşkilatlara Qarabağ həqiqətlərini, o cümlədən Xocalı soyqırımı haqqında vandalizm aktlarını, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırır. Ancaq “hesabat”da Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğal olunması, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum edilməsi, məhz Ermənistanın beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal etməsi və 27 il əvvəl Xocalı soyqırımını törətməsi, eləcə də münaqişənin həll olunmaması barədə nəinki bir kəlmə deyilmir, əksinə, beynəlxalq humanitar hüququn prinsiplərini kobudcasına pozmaqda davam edərək işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox insanın bütün hüquqlarını pozan təcavüzkar ölkə “hesabat”da 51 balla “qismən azad” ölkə kimi qiymətləndirilir. Bununla yanaşı, son vaxtlar Avropanın mərkəzində baş verən hadisələrə, xüsusilə Fransada nümayişləri yatırmaq üçün istifadə edilən ən qəddar üsullara göz yumulur və “Freedom House” kimi təşkilatlar səsini belə çıxarmır. Bu səbəbdən Azərbaycan əleyhinə qərəzli “sənədlər” qəbul edən "Freedom House" və digər xarici QHT-ləri beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı adlandırmaq insan haqlarına hörmətsizlikdən başqa bir şey deyil.

Məlumdur ki, Azərbaycanla bağlı bu cür sifariş və muzdla yazılmış “hesabat”ların arxasında Azərbaycana qarşı beynəlxalq aləmdə saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır. Biz ayrı-ayrı beynəlxalq qurumların, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının fəaliyyətində bunun vaxtaşırı şahidi oluruq. Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr var və onlar da bu kampaniyanı dəstəkləyirlər. Ermənilərin iş ortağı hesab edilən Açıq Cəmiyyət İnstitutu bir sıra beynəlxalq QHT-lərin də əsas maliyyə dayağıdır. “Amnesty International”, “Human Rights Watch”, “Free Press”, “Mercy Corps”, Beynəlxalq Böhran Qrupu əsas gəlir götürənlərdir. Açıq Cəmiyyət İnstitutu “Human Rights Watch” təşkilatının birbaşa donorudur. Sərhədsiz Reportyorlar Təşkilatının maliyyələşməsində də Açıq Cəmiyyət İnstitutunun payı var.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, insan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən "Freedom House"un fəaliyyəti, onun “hesabatları” bu təşkilatın müəyyən siyasi maraqlara xidmət etdiyini və ayrı-ayrı ölkələrlə, o cümlədən Azərbaycanla bağlı konkret olaraq sifariş yerinə yetirdiyini göstərir. Ümumiyyətlə, xarici QHT-lərin Azərbaycana qarşı kampaniya aparmasında, ölkəmiz barədə dezinformasiyalar yaymasında başlıca məqsəd müstəqil xarici siyasət yürüdən ölkəmizi qaralamaqdır. Çünki bu gün Azərbaycanın dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyması antimüsəlman siyasətin, ovqatının hökm sürdüyü Avropada heç də bəzi qüvvələri razı salmır. Məhz erməni lobbisi də bunun arxasında dayanır və istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim edilsin. Çünki onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü mənfi rəyi formalaşdırmağa çalışıblar və bu gün də bu anti-Azərbaycan siyasəti davam edir. Avropanın erməni lobbisinin təsiri altında olan bəzi hüquq-müdafiə, mətbuatla, insan hüquqları və vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatları da anti-Azərbaycan fəaliyyətinə qoşulurlar. Bunların sırasında bəzi hökumətlərarası təşkilatlar və qurumlar “fəallıq” göstərirlər. Ancaq bütün bu səylərə baxmayaraq, bunlar indiyə kimi heç bir nəticə verməyib. Çünki Azərbaycan dövləti heç vaxt imkan verməz ki, onların bu kimi ədalətsiz, qərəzli və subyektiv iddiaları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin.

 
  • Oxunub:  1740  |  
  • Tarix:  12-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan özünün sənaye potensialını daha da gücləndirir

20 Fevral 20:53
Birləşmiş Krallığın Kosmik Agentliyi ilə “Azərkosmos”un əməkdaşlığının perspektivləri müzakirə olunub
20 Fevral 20:51
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20 Fevral 20:48
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib
20 Fevral 20:46
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində görüş keçirilib
20 Fevral 20:44
31-ci Beynəlxalq İnformatika Olimpiadasının yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib
20 Fevral 20:41
Avrokomissar: Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik
20 Fevral 20:40
Xocalı soyqırımı qurbanlarının xatirəsi dünyanın bir çox ölkəsində yad ediləcək
20 Fevral 20:37
“Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
20 Fevral 20:35
Günter Ottinger: Cənub Qaz Dəhlizi kimi iddialı infrastruktur layihələri çox deyil
20 Fevral 20:32
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarına Azərbaycandakı tolerant mühit barədə məlumat verilib
20 Fevral 20:29
Azərbaycan daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
20 Fevral 20:28
Brüsseldə ümumavropa Qarabağ mitinqi keçiriləcək
20 Fevral 20:17
Azərbaycan ilə Aİ arasında siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu keçirilib
20 Fevral 20:12
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair “Birgə Bəyannamə” imzalanıb
20 Fevral 20:10
Milli Məclisin deputatı Moldovada keçiriləcək parlament seçkilərini müşahidə edəcək
20 Fevral 18:02
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandırılıb
20 Fevral 17:51
Nəsimi rayonunda əhalinin icbari tibbi müayinəsi aparılır
20 Fevral 17:47
Ankarada Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında əməkdaşlığın mövcud vəziyyəti yüksək dəyərləndirilib
20 Fevral 17:37
Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçıları ilə daha bir görüş keçirilib
20 Fevral 17:35
YAP Yasamal rayon təşkilatının yaradılmasının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib
20 Fevral 17:28
Hadi Rəcəbli: Prezident İlham Əliyev vətəndaşların rifahının daha da yüksəlməsi üçün davamlı olaraq mühüm qərarlar qəbul edir
20 Fevral 17:24
Avstraliya Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
20 Fevral 17:20
Hərbi attaşelər Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət ediblər
20 Fevral 17:13
Prezident: Enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq
20 Fevral 17:10
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizinə digər ölkələrin də marağı artır
20 Fevral 16:30
Prezident İlham Əliyev: Azərbaycanın regiondakı rolu artmaqdadır
20 Fevral 16:19
Azərbaycan Prezidenti: Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir
20 Fevral 16:11
Günter Ottinger: Cənub Qaz Dəhlizi ilə Avropaya təbii qaz nəqlinin həcmi növbəti illərdə artırıla bilər
20 Fevral 16:09
Ziyad Səmədzadə: Əmanətlərin tam sığortalanmasının daha bir il müddətinə uzadılması banklara inamı artıracaq
20 Fevral 16:03
Prezident: Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş kimi təqdim etməyə imkan verib
20 Fevral 16:00
Elçin Mirzəbəyli: Dövlətimizin başçısının bu Fərmanından sonra mənzil sahibləri bir daha sənəd problemi ilə üzləşməyəcəklər
20 Fevral 15:55
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir
20 Fevral 15:49
Azərbaycan Prezidenti: Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir
20 Fevral 15:46
Vüqar Rəhimzadə: Prezidentin yeni Fərmanı insan, vətəndaş amilinə verilən böyük dəyərdir
20 Fevral 15:08
Prezident: Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq
20 Fevral 14:46
Sahibə Qafarova: Təhsil sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu sahədə çox böyük nailiyyətlər müşahidə olunmaqdadır
20 Fevral 14:37
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir
20 Fevral 14:32
Siyavuş Novruzov: “Azərbaycan hökumətinin atdığı addımlar müxalifəti əndişələndirir”
20 Fevral 14:23
Prezident İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşü olub
20 Fevral 14:22
Yeni subartezian quyuları vasitəsilə Ağcabədidə 480 hektar əkin sahəsi suvarılacaq
20 Fevral 14:16
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
20 Fevral 14:12
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb
20 Fevral 14:10
Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı ilə bağlı ərəb və fars dillərində yeni nəşrlər çapdan çıxıb
20 Fevral 14:01
Hərbi Hava Qüvvələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri başlayıb
20 Fevral 12:53
Prezident İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub
20 Fevral 12:49
SOCAR prezidenti: Azərbaycan son 2 ildə hasilatı artırıb
20 Fevral 12:42
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb
20 Fevral 12:34
Prezident İlham Əliyevin Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşü olub
20 Fevral 12:32
Horadizdə “Ana Vətən” adlı konsert proqramı keçirilib
20 Fevral 12:24
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işə başlayıb
20 Fevral 12:21
Bu günədək Azərbaycanın dəniz yataqlarından 1,067 milyard ton neft çıxarılıb
20 Fevral 12:11
Sədaqət Vəliyeva: Minimum əmək pensiyasının artırılması dövlətimizin uğurlu sosial siyasətinin əyani təzahürüdür
20 Fevral 11:52
Prezident İlham Əliyev Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı ilə görüşüb
20 Fevral 11:36
Bahar Muradova: ATƏT PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndiriləcək
20 Fevral 11:28
Rayonlar üzrə IX sinif şagirdləri üçün buraxılış imtahanın birinci mərhələsi mart ayında keçiriləcək
20 Fevral 11:09
Tusi-Bohm Planetariumda “Elm günü”nə həsr olunmuş “Açıq qapı” təşkil edildi
20 Fevral 10:48
Daşkənddə ölkəmizin turizm imkanlarından danışılıb
20 Fevral 10:23
Kənd Təsərrüfatı Nazirliyində taxılçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
20 Fevral 10:11
Azərbaycan özünün sənaye potensialını daha da gücləndirir
20 Fevral 10:10
Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi
20 Fevral 10:09
Milli Məclisin növbəti iclası keçirilib
20 Fevral 10:07
Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində baş vermiş insident iki xalqın dostluq münasibətlərinə zərər vura bilməz
20 Fevral 10:04
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir...
20 Fevral 10:03
Ötən il Yevlaxda tikinti-quruculuq işləri davam etdirilib
20 Fevral 10:02
Şəhərdə kənd ab-havası
20 Fevral 09:59
“Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur
20 Fevral 09:58
Nikol Paşinyanın siyasi riyakarlığı
20 Fevral 09:56
Azərbaycan dövləti milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib
20 Fevral 09:56
“Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir
20 Fevral 09:55
Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA