Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İsmayıllıda əsas kapitala 6,7 faiz çox investisiya qoyulub

İsmayıllıda əsas kapitala 6,7 faiz çox investisiya qoyulub

15.02.2019 [16:57]

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının yekun ili olan 2018-ci il İsmayıllı rayonu üçün uğurlu olub. Rayonda faktiki qiymətlərlə 257 milyon 554 min manat məbləğində ümumi məhsul istehsal olunub ki, bu da inişilki illə müqayisədə 19 milyon 248 min manat çoxdur. Əsas kapitala 91 milyon 714 min manat və ya əvvəlki ildəkindən 6,7 faiz çox investisiya qoyulub. 2018-ci ildə rayonda 1095 yeni iş yeri açılıb ki, bunun da 815-i daimidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məlumatlar rayonda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağında səsləndirilib.

Rayon rəhbərliyi, qonaqlar və fəallar əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra hesabat yığıncağının keçirildiyi şəhər mədəniyyət mərkəzinin foyesində bölgədə istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgisinə baxış olub. Qonaqlara istehsal sahələri və müəssisələri barədə məlumat verilib.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov məruzəsində 2018-ci ilin İsmayıllı rayonu üçün yaddaqalan hadisələrlə zəngin olduğunu bildirib. Vurğulayıb ki, keçən il avqustun 25-26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın İsmayıllıya tarixi səfərləri, bölgənin sosial-iqtisadi inkişafına təkan verən bir sıra istehsal, infrastruktur və sosial layihələrin açılışında iştirak etmələri sakinlər tərəfindən böyük razılıqla qarşılanıb. Dövlətimizin başçısı və birinci xanım Keyvəndi kəndinin ərazisində “AZZA AGRO” MMC-nin layihəsi olan müasir heyvandarlıq kompleksinin, "Azərxalça” ASC-nin İsmayıllı filialının, İsmayıllı şəhərində yenidənqurmadan sonra istifadəyə verilən 110/35/10 kilovoltluq yarımstansiyanın, Kürdmaşı kəndi ərazisində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, Kürdmaşı-Kəlbənd-Girk, Keyvəndi-Bəhliyan və Dəmirçi-Lahıc avtomobil yollarının, Lahıc qəsəbəsində yeni inşa olunan 400 şagird yerlik tam orta məktəb binasının açılışında və qəsəbəyə təbii qazın verilməsi mərasimində iştirak edib, rayonun gələcək inkişafı üçün tövsiyə və tapşırıqlarını veriblər.

Hesabat məruzəsində, eləcə də çıxışlarda rayonda sənayenin inkişafı istiqamətində ardıcıl tədbirlər görüldüyü diqqətə çatdırılıb. Qeyd olunub ki, son illərdə velosiped istehsalı zavodunun, İsmayıllı tikiş fabrikinin, dam örtükləri istehsalı müəssisəsinin, Göyçay çayı üzərində su elektrik stansiyalarının, “Azərxalça” ASC-nin İsmayıllı filialının, özəl sektor tərəfindən kiçik emal müəssisələrinin istifadəyə verilməsi nəticəsində keçən il 9 milyon 141 min manatlıq sənaye məhsulu istehsal edilib. Bu isə əvvəlki illə müqayisədə 2 milyon 252 min manat çoxdur.

Bildirilib ki, rayonda iqtisadiyyatın əsasını aqrar sahə təşkil edir və ümumi məhsul istehsalının 37 faizdən çoxu bu sahənin payına düşüb. Keçən il dənli və dənli paxlalı bitkilər əkilən 30015,5 hektar sahədən 104 min 796 ton məhsul istehsal edilib, dəmyə şəraitdə məhsuldarlıq 34,8 sentner olub ki, bu da respublika üzrə yüksək göstəricidir. Hesabat ilində 22 hektar tütün sahəsindən 41,7 ton qurudulmuş tütün istehsal olunub. Bu göstərici inişilkindən 14,6 ton çoxdur. Habelə, 885 hektardan əvvəlki ildəkindən 72 ton çox olmaqla 10415 ton kartof, eləcə də 1013 hektar üzüm bağından 4127 ton, 851 ton meyvə bağından 8818 ton və digər məhsullar istehsal olunub. Keçən il 977,3 hektarda yeni fındıq bağı, 104,3 hektarda intensiv meyvə bağı, 22,8 hektarda filloksera zərərvericisinə davamlı yeni üzüm bağı salınıb.

Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıqda da uğurlu nəticələr qazanılıb.

Hesabat yığıncağında, habelə yol infrastrukturunun yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması, su təchizatı ilə əlaqədar həyata keçirilən layihələrdən, təhsildə qazanılan uğurlardan və qarşıda duran konkret vəzifələrdən də danışılıb.

Prezident Administrasiyasının məsul işçisi Qalib Əsgərov, Milli Məclisin deputatları Novruz Aslan və Tahir Kərimli hesabat yığıncağında çıxış edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, dövlətimizin başçısının qarşıya qoyduğu konkret vəzifələrdən söz açıblar.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Paylaş:
Baxılıb: 190 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30