Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Göyçaya rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılacaq

Göyçaya rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılacaq

15.02.2019 [17:05]

Respublikamızın bütün bölgələrinin, o cümlədən Göyçay rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən əsas sosial-məişət məsələlərinin həlli daim dövlətimizin, Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təkcə 2018-ci ildə Göyçayda yol infrastrukturunun yenidən qurulması, qəzalı vəziyyətdə olan məktəblər üçün yeni binaların tikilməsi, əhalinin içməli su və təbii qazla təminatının yaxşılaşdırılması, dövlət mənzil fondunun təmiri, əhalinin və yaşayış məntəqələrinin sel və daşqın təhlükəsindən mühafizəsi ilə bağlı 8 Sərəncam imzalanıb, bu işlərin yerinə yetirilməsinə, ümumilikdə, 24 milyon 840 min manat vəsait yönəldilib. Əlbəttə, bütün bunlar rayon sakinlərinin diqqətindən yayınmır və Prezident İlham Əliyevin ünvanına göndərilən minnətdarlıq məktublarında da öz əksini tapır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər fevralın 15-də Göyçayda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağında səsləndirilib.

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra bölgədə istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgisinə baxış olub.

İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin hesabat məruzəsində, eləcə də çıxışlarda diqqətə çatdırılıb ki, 2018-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 34,9 milyon manat investisiya yönəldilib. 11,7 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb ki, bu da əvvəlki illə müqayisədə 4,6 milyon manat çoxdur. Sahibkarlara göstərilən dövlət dəstəyi də öz bəhrəsini verməkdədir. Belə ki, sahibkarlıq subyekti tərəfindən rayonda ümumi dəyəri 9,4 milyon manat olan 14 layihə həyata keçirilib və nəticədə 177 yeni iş yeri yaradılıb. Bütövlükdə, 2016-cı ilin iyun ayından ötən ilin sonunadək Göyçay rayon iqtisadiyyatına yerli iş adamları tərəfindən 17,1 milyon manat investisiya qoyulub və nəticədə 635 yeni iş yeri açılıb.

Məruzə və çıxışlarda qeyd olunub ki, hesabat ilində 6 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb, İkinci Ərəbcəbirli kəndinə içməli su xətti çəkilib. Ötən il Çaxırlı, Ləkçılpaq, Çərəkə, Kürdşaban və Şəkili kəndlərinə təbii qaz verilib və nəticədə rayon əhalisinin 98,8 faizi təbii qazla təmin olunub. Rayon ərazisində yol infrastrukturunun təkmilləşdirilməsi, yerli əhəmiyyətli kəndlərarası yolların yenidən qurulması və əsaslı təmirinin davam etdirilməsi istiqamətində əməli tədbirlər görülüb. Belə ki, 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini əhatə edən Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı, 21 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Alpout avtomobil yolları istifadəyə verilib.

Bildirilib ki, ötən il Bakı-Şamaxı-Yevlax magistral yolunun 217-ci kilometrində Göyçay çayı üzərindəki körpü güclü sel nəticəsində dağılmış, 55 kənd yaşayış məntəqəsindən 39-nun rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi. Lakin dövlətimizin başçısının tapşırığı ilə tezliklə körpüdə bərpa işləri aparıldı.

Məruzə və çıxışlarda iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatında qazanılan uğurlar geniş təhlil olunub. Bildirilib ki, taxıl istehsalı 742,9 ton artıb. İl ərzində 64,3 min ton meyvə istehsal edilib ki, bu da əvvəlki ildəkindən 2,7 faiz çoxdur. Tərəvəz istehsalı da 4,7 faiz artıb. Faraş tərəvəzin böyük hissəsi xarici bazarlara ixrac olunub. 2018-ci ildə barama tədarükü inişilkinə nisbətən 2,4 dəfə artaraq 12500 kiloqrama çatıb.

Hesabat yığıncağında qarşıda duran vəzifələrdən də ətraflı danışılıb. Bildirilib ki, ilk növbədə, rayonun sənaye potensialından, emal müəssisələrinin layihə üzrə istehsal gücündən tam istifadə edilməsi üçün tədbirlər görülməli, bu müəssisələrdə yeni istehsal sahələrinin yaradılması, müasir bazarın tələblərinə uyğun rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılmalıdır.

Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov və Milli Məclisin deputatı Elman Nəsirov hesabat yığıncağında çıxış edib, qarşıda duran konkret vəzifələrdən danışıblar.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30