Ana səhifə »  Qəzetin pdf formatı »  Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
A+   Yenilə  A-
Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür

Dövlətimizin başçısı İlham Əliyevin çox aktiv siyasi liderlik həyatı yaşadığını hər kəs qəbul edir. Azərbaycan Prezidenti yorulmadan müstəqil dövlətçiliyin inkişafı naminə səmərəli proqramlar reallaşdırır. Siyasət və diplomatiya sahəsində ölkə başçısının əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə açıq etiraf edilir. Bununla yanaşı, İlham Əliyev jurnalistlərlə də ünsiyyətə tam açıq liderdir. Dünyanın müxtəlif ölkələrinin aparıcı nəşrləri ondan müsahibələr götürür, fikirlərinə böyük maraq göstərirlər. Azərbaycan mediası da dövlət başçısı ilə ünsiyyətə çox can atır. Son olaraq Prezident Real televiziyasına geniş müsahibə verib. Dövlət başçısı müsahibədə KİV-lə ünsiyyətində hər şeydən öncə Azərbaycan dövlətçiliyinin maraqlarına üstünlük verdiyini ifadə edib. Bu, çox əhəmiyyətli yanaşmadır və Prezidentin fəaliyyətinin mahiyyətini dərk etməyə yardımçı olur. Həmin kontekstdə biz, müsahibənin bir sıra məqamları üzərində geniş dayanmağa böyük ehtiyac duyduq.

Dövlətçilik və müstəqillik naminə: jurnalistlərlə münasibətin başlıca meyarı

Azərbaycan müstəqil dövlət kimi Cənubi Qafqazın ən cazibədar ölkəsidir. Dünyanın inkişaf etmiş ölkələri bu məkanda əməkdaşlıq üçün ilk olaraq Azərbaycanı düşünürlər. Lakin keçən əsrin 90-cı illərinin əvvəlində mənzərə tamamilə fərqli idi. Hətta dünya xəritəsindən Azərbaycan adlı dövlətin silinəcəyini gözləyənlər də var idi. İndi, müstəqilliyin 27-ci ilində isə regionun lideri olan qüdrətli Azərbaycan mövcuddur. Bu, Ulu öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu kursunun həyata keçirilməsinin birbaşa nəticəsidir. Və hazırda Prezident İlham Əliyev həmin kursu müasir tələblər səviyyəsində böyük uğurla həyata keçirir. Dövlət başçısının Real televiziyasının rəhbərinə müsahibəsinin məzmunu bu qənaəti bir daha təsdiq edir.

İlham Əliyev növbəti dəfə səmimi, millətini və müstəqil Azərbaycanı çox sevən, bu yolda yorulmadan çalışan və hər bir vətəndaşın Prezidenti olmağı bacaran lider kimi özünü göstərdi. Müsahibə boyu verilən suallara açıq, konkret və məzmunlu cavablar verən ölkə rəhbərinin qətiyyətli və strateji məsələləri dərindən bilən siyasi xadim olduğu aşkar göründü. Hər şeydən öncə, Prezident Azərbaycan mediasına olan münasibətini açıq ifadə edib. İlham Əliyev vurğulayıb: "...mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır". Burada dövlət başçısı üç maraqlı məqamı ifadə edib.

Birincisi, İlham Əliyev dövlət başçısı kimi həmişə medianın inkişafına xüsusi diqqət yetirib. Prezidentin bu istiqamətdə atdığı addımlardan bu, aydın görünür. Nəşrlərə qayğı, jurnalistlərə hərtərəfli dəstək, söz azadlığının təmin olunması və digər məsələlər üzrə Azərbaycan mediasına ölkə rəhbərinin dəstəyi çox böyükdür. İkincisi, Prezident lakonik surətdə vurğulayır ki, Azərbaycan mediası ölkənin sosial, siyasi, mədəni və informasiya həyatında əhəmiyyətli rol oynayır. Media bu istiqamətdə kifayət qədər fəaldır. Bu o deməkdir ki, İlham Əliyev həyata keçirdiyi islahatlar siyasətində cəmiyyətin inkişafına, demokratik qaydada fikirlərin sərbəst ifadə edilməsinə və bu prosesdə jurnalistlərin aktiv olmasına daim önəm verib. Üçüncüsü, Prezident özü mediadan geniş istifadə edir. Dövlət başçısı deyir ki, fəaliyyətində mediadan yararlanır, verilən informasiyalara diqqət yetirir. Dövlət başçısının belə nümunəvi və demokratik davranışı bütün məmurlar üçün model olmalıdır. Müasir tarixi mərhələdə mediasız tərəqqi mümkün deyil. İnformasiya bütövlükdə inkişafın əsas faktoru kimi getdikcə daha çox əhəmiyyət kəsb etməkdədir. Prezident bu həqiqəti cəmiyyətə bir daha çatdırdı.

Bunun fonunda ölkə rəhbəri Azərbaycan jurnalistləri ilə ünsiyyətinin bir sıra özəl məqamlarını da ifadə edib. Prezident vurğulayıb ki, "...bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir". Konkret ifadə etsək, dövlət başçısı KİV ilə ünsiyyətində başlıca meyar kimi yenə dövlətçiliyi götürür. İlham Əliyev qısamüddətli maraqlar üzrə deyil, tarixi dövlətçilik maraqlarını nəzərə alaraq fəaliyyət göstərir. İndiki tarixi mərhələ isə tələb edir ki, Azərbaycan müstəqil dövlət kimi dünyada əsl simasında tanınsın. Həmin mənzərəni Prezident dolğun təsvir edib: "Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni, bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq". Bu səbəbdən İlham Əliyev ingilis və rus dillərində gözəl müsahibələr verib, həm Azərbaycanı anladır, həm də yüksək peşəkar səviyyədə siyasi lider olduğunu nümayiş etdirir. İnformasiya mübarizəsinin dünya siyasətində ciddi yer tutduğu bir dönəmdə, təbii ki, bu, olduqca səmərəli üsuldur.

Vəzifə və məsuliyyət: dövlət başçısının fəaliyyətinin işıqlandırılması

Məsələnin digər tərəfini də dövlət başçısı konkret ifadə edib. İlham Əliyev vurğulayıb: "...mən ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi müntəzəm olaraq müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada uğurlara nail olmuşuq, harada hələ ki, həll olunmamış problemlər, nöqsanlar var və həm də görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müxtəlif mövzularla bağlı müntəzəm olaraq öz fikirlərimi çatdırıram".

Burada ölkə rəhbəri əhəmiyyətli bir məqamı ictimaiyyətə çatdırır. Məsələ ondan ibarətdir ki, Prezidentin rəsmi tədbirlərdə, hesabat xarakterli iclaslarda ifadə etdiyi fikirləri media insanlara çatdırmalıdır. İnformasiya formasında, təhlillər və proqnozlarla, ölkə rəhbərinin apardığı siyasətin dərin qatlarını açmaqla bu işi görməlidir. Azərbaycan mediasının hər bir qurumu bu işi görə bilirmi? Təəssüf ki, görə bilmir, bəziləri isə görmək istəmir. Bu da bütövlükdə dövlətçiliyə zərər verən haldır. Yəni jurnalistlər dövlət başçısı ilə ünsiyyəti onun söylədiyi fikirləri doğru-düzgün, səmərəli üsulla, təhili və proqnostik aspektdə kütləviləşdirməklə də qura bilərlər. Bizcə, cəmiyyətin inkişafı baxımından məsələnin bu cəhəti də son dərəcə önəmlidir.

Əslində, Prezident müsahibəsinin sonrakı hissəsini yenə də sırf dövlətçilik mövqeyindən həyata keçirilən siyasi kursun konkret nəticələrinə həsr edib. İlham Əliyev hazırda ölkədə aparılan islahatların əsl mahiyyətini bir daha açıqlayıb. Əhalinin müxtəlif təbəqələrini əhatə edən sosial təminat siyasətinin dəqiq hədəflərinin reallaşma dinamikasını lakonik ifadə edib, idarəetmənin təkmilləşdirilməsi çərçivəsində yeni üsulların tətbiqini əsaslandırıb (məsələn, "ASAN xidmət" Azərbaycan brendi kimi), ordu quruculuğu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımların məzmunu, Azərbaycanda beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının təşkilinin siyasi və geosiyasi əhəmiyyəti, gənclər siyasəti və ölkədə sabitliyin təmin edilməsinin dövlətçiliyin qorunması baxımından əhəmiyyəti kimi aktual məsələləri geniş izah edib.

Bunlar dövlət başçısının həyata keçirdiyi proqramların tam siyahısı deyil. Ancaq sadalananların obyektiv işıqlandırılmasının bütövlükdə ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti dünyaya anlatmaq üçün faydalı olduğuna şübhə yoxdur. Deməli, əslində, Prezident-media mənsubları münasibətlərindən danışarkən jurnalist məsuliyyətini ön sıraya qoymalıyıq. Hər bir jurnalist düşünməlidir: "mən ölkəmə necə xidmət edirəm, informasiyanı doğru və obyektiv çatdırırammı?". Təbii, KİV-də informasiyanı tərəfsiz yaymaq önəmli bir göstəricidir. Lakin bunun üçün jurnalist qərəzsiz olmalı və hansı ölkənin vətəndaşı olduğunu unutmamalıdır. Ümumiyyətlə, bitərəf söz və ya fikir yoxdur, çünki hər bir kəlmə hansısa konkret dildə və konkret şəxs tərəfindən deyilir. Bu, artıq mövqedir.

Beləliklə, Prezident bir müsahibəsində Azərbaycanın siyasi, sosial, iqtisadi, beynəlxalq və mədəni həyatının demək olar ki, bütün aspektlərini əks etdirən fikirlər söylədi. Bir daha bütün dünyaya aydın oldu ki, Azərbaycan rəhbəri dərin düşünülmüş daxili və xarici siyasət yeridir. Ən inkişaf etmiş ölkələrdə belə özünü göstərən bir sıra çətinliklərin fonunda bu kurs çox səmərəli və milli maraqlara xidmət edən mükəmməl sistemin əsasını təşkil edir. Məsələnin bu tərəfi xüsusi analiz olunmalıdır və biz ona ayrıca yazı həsr etməyi düşünürük.

Newtimes.az

 
  • Oxunub:  2460  |  
  • Tarix:  15-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA