Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var
A+   Yenilə  A-
Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var

Ötən il bitkiçilik məhsullarının istehsalında 6,8 faiz artım müşahidə olunub

 

(əvvəli ötən sayımızda)

İstehsalçıların fəaliyyətinin stimullaşdırılması, əhalinin mövsümi kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi və qiymətlərin tənzimlənməsi məqsədilə soyuducu anbarlara 5419 ton meyvə-tərəvəz məhsulları tədarük edilib. Bu məhsulların keyfiyyəti daim nəzarətdə saxlanılıb, 144 halda orta nümunələr götürülərək təhlil edilib. Həmçinin sahələrdə yetişdirilən bostan-tərəvəz məhsullarının bazarlara təklif edildiyi nəzərə alınaraq, 996 halda səyyar laboratoriya analizləri aparılıb, istehsalçılarla maarifləndirmə tədbirləri davam etdirilib.
Muxtar respublikanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 2018-ci ildə istehsal olunan məhsullardan 112 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılıb, 12 anbardan, 5 istixanadan, 35 bostandan və 11 satış obyektindən götürülmüş məhsulların 228 halda laboratoriya analizləri aparılaraq, keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğunluğu müəyyən edilib.
İxtisaslaşmış meyvə təsərrüfatlarının, müasir emal, qablaşdırma müəssisələrinin yaradılması və ixracyönümlü məhsul istehsal edən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində tədbirlər 2018-ci ildə də davam etdirilib. Kəngərli rayonunun Yeni Kərki kəndində fiziki şəxs Hafizə İsmayılbəyliyə meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi məqsədilə muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondundan 6 min manat dövlət maliyyə dəstəyi göstərilib. Ötən il əhali tələbatının ucuz və keyfiyyətli məhsullarla ödənilməsi məqsədilə Naxçıvan şəhərində və rayon mərkəzlərində həftənin şənbə və bazar günləri kənd təsərrüfatı, emal sənayesi məhsullarının satışı yarmarkası təşkil olunub, yarmarkaya kənd təsərrüfatı məhsulları ilə yanaşı, 248 ailə təsərrüfatının 180 adda, 32 yerli istehsal müəssisəsi, 8 soyuducu anbar və istixana təsərrüfatı tərəfindən isə 230 çeşiddə məhsul çıxarılıb.
Muxtar respublikada ənənəvi kənd təsərrüfatı sahələrindən biri də üzümçülükdür. Son illərdə bu sahənin inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına muxtar respublika üzrə üzümçülüyün inkişaf etdirilməsi məqsədilə 8 layihənin maliyyələşdirilməsinə 179 min manat, 66 layihə üzrə meyvəçilik təsərrüfatlarının yaradılmasına 1 milyon 343 min 100 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Babək rayonunun Nehrəm kəndində mövcud üzüm bağı genişləndirilərək 150 hektara çatdırılıb.
Qeyd olunan dövrdə əkinçilik üçün yararlı olmayan torpaq sahələrində meliorativ tədbirlərin görülməsi və yeni meyvə bağlarının salınması da diqqətdə saxlanılıb. 2018-ci ildə püstə bağında 12 hektar sahədə 1250 püstə fidanı, 10 hektar sahədə isə püstə tingi vasitəsilə bərpa işləri aparılıb. Həmçinin muxtar respublikanın Arazboyu düzənlik ərazilərində 40 hektar sahədə meyvə bağı, 6,5 hektar sahədə üzüm bağı salınıb. Ərazilərdə bərpa işləri aparılıb və ümumilikdə, 30 min 200 ədəd müxtəlif meyvə tingindən və 10 min 480 üzüm tingindən istifadə olunub. Kənd təsərrüfatı istifadəsindən kənarda qalmış torpaq sahələrində meyvə bağlarının salınmasına ictimai marağın artırılması istiqamətində, ümumilikdə, 2018-ci il ərzində muxtar respublika ərazisində 203,3 hektar meyvə bağları salınıb, 225 min 329 ədəd üzüm və meyvə tingi əkilib.
Genetik fondun qorunub saxlanılması məqsədilə yerli meyvə-tərəvəz sortlarının toxum materiallarının toplanılması, həmin sortların təcrübə sahələrində əkilərək biologiyasının və torpaq-iqlim amillərinə dayanıqlılığının öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingçilik müəssisəsi tərəfindən 5,6 hektardan çox ərazidə müxtəlif meyvə toxumlarından ibarət toxmacarlıq, yerli üzüm sortlarından ibarət qələm kökləndirmə sahələri yaradılıb, 38 min üzüm, 45 min iydə qələmi əkilib. Yerli meyvə sortlarının vegetasiya müddətinə uyğun olaraq, 2018-ci ildə 8400 kiloqram meyvə toxumları və 1000 kiloqramdan çox yabanı meyvə toxumları tədarük edilib.
Dövlət Proqramına uyğun olaraq muxtar respublikada şoranlaşmış və qrunt sularının üzə çıxması nəticəsində əkin dövriyyəsindən çıxmış torpaq sahələrinin əkin dövriyyəsinə qaytarılması və bu prosesin qarşısının alınması üçün torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri aparılıb, Şərur, Culfa, Babək, Sədərək rayonlarında bataqlaşan və şoranlaşan torpaq sahələrində kollektor-drenaj şəbəkəsinin bərpasına başlanıb, 101 kilometr kollektor, 21 kilometr açıq drenaj lildən təmizlənib, 26 kilometr yeni açıq drenaj, 3 kilometr qapalı drenaj tikilib.
Muxtar respublikanın torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla torpaqlardan səmərəli istifadə edilməsi, əkinəyararlı torpaq sahələrinin məhsuldarlığının yüksəldilməsində intensiv amillərin rolunun artırılması, əkin dövriyyəsinə daxil olan torpaqların tərkibinin öyrənilməsi, torpaqların və əkinlərin rayonlaşdırılması diqqət mərkəzində saxlanılıb. Kəngərli rayonunda taxılçılıq, bostançılıq, tərəvəzçilik və meyvəçilik üzrə əkin atlası hazırlanıb. Bundan başqa, kənd təsərrüfatı məhsullarının tədarükü, satışı və emalı üzrə cəmiyyət və birliklərin yaradılması istiqamətində də işlər görülüb, “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” və “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli cəmiyyətləri təsis edilib, “Naxçıvan Muxtar Respublikası İstixanaçıları” İctimai Birliyi yaradılıb.
Ötən il Neftçala rayonunda da kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülüb. Belə ki, neftçalalı bağbanlar becərdikləri 591 hektar meyvə bağından 1849 ton meyvə tədarük ediblər. 2018-ci ildə bağbanların tədarük etdikləri meyvə 2017-ci illə müqayisədə 327 ton və ya 21,5 faiz çox olub. Yığılan məhsulun 120 tonunu alma, 60 tonunu armud, 195 tonunu heyva, 59 tonunu ərik, 230 tonunu gavalı, 172 tonunu alça, 27 tonunu şaftalı, 26 tonunu gilas, 792 tonunu nar, qalanını isə xurma, qoz, fındıq, əncir, albalı və s. meyvələr təşkil edib. Tədarük olunan meyvənin demək olar ki, üçdəbir hissəsi Aşağı Qaramanlı, Yuxarı Qaramanlı, Surra və Xolqarabucaq kəndlərinin payına düşür. Ən yüksək nəticə isə üzüm bağlarından əldə olunub. Rayonda mövcud olan 134,1 hektar üzüm sahəsindən 307,5 ton məhsul götürülüb ki, bunun da 230 tonu Aşağı Qaramanlı kəndində əkilmiş 90 hektar üzüm bağından toplanılıb.
Cəlilabad rayonunda isə çiyələk əkininə maraq artıb. Buna səbəb məhsula tələbatın çox olmasıdır. Artıq bir neçə gündür ki, Cəlilabadda çiyələk əkininə başlanılıb. Fermerlər və məhsul istehsalçıları əkin zamanı məhsuldarlığı ilə seçilən “Viktoriya” növünə daha çox üstünlük verirlər. Bitkiçiliyin bu növü ilə məşğul olan fermerlərin sözlərinə görə, göstərilən qulluqdan asılı olaraq 1 hektar çiyələk sahəsindən 15-20 ton məhsul yığılır. Məhsul istehsalında ən vacib şərtlərdən biri suvarma sisteminin düzgün qurulmasıdır. Suvarma damcı üsulu ilə aparılmalıdır. Bu üsul həm suya qənaət edir, həm də torpağı şoranlaşmaya məruz qalmaqdan qoruyur.
Lənkəranın sitrus bağlarında isə limon yığımına başlanılıb. Yay mövsümündə havaların quraq keçməsi limon bağlarında məhsuldarlığa təsir etməsə də, məhsulun həcminə təsirsiz ötüşməyib. Ancaq bu, sitrusçuluqla məşğul olan fermerləri və məhsul istehsalçılarını bir o qədər də narahat etmir. Bağlarda bol məhsul yetişib. Məhsul istehsalçıları yetişdirdikləri limonu əsasən yerli və ətraf rayonların, Bakının bazarlarında satışa çıxarırlar.
Rayonda hallabonq bağları da artıq genişlənməkdədir. Vurğulayaq ki, hallabonq bağları Lənkəranda ilk dəfə 2015-ci ildə salınmağa başlanılıb. İlkin olaraq 15 hektar sahədə sınaq əkini aparılıb. Nəticələr müsbət olduğundan hallabonq bağlarının sahəsi 100 hektaradək genişləndirilib. Bir neçə gündür Lənkəranın sitrus bağlarında hallabonq yığımına başlanılıb. Qeyd olunmalıdır ki, bir hallabonq meyvəsinin çəkisi 300-350 qram olur. Orta hesabla bir hektar sahədən 35-40 ton məhsul əldə etmək mümkündür. Bu, digər sitrus meyvələri ilə müqayisədə bir neçə dəfə çoxdur. Qış aylarında ağaclardakı meyvələr xüsusi qaydada örtüklərlə qorunur.
Hazırda Lənkəran rayonunun Sütəmirdov, Siyavar, Şürük, Tükəvilə kəndlərində hallabonq bağları salınıb. Gələcəkdə isə digər ərazilərdə də bu yeni sitrus bağlarının salınması nəzərdə tutulub. Bu sitrus meyvəsinə qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində də tələbat var. Qeyd edək ki, hallabonq dünyada ilk dəfə ötən əsrin 70-ci illərində təbii seleksiya yolu ilə Yaponiyada yetişdirilib.
Şəki rayonunda da ötən il kənd təsərrüfatının inkişafı, o cümlədən meyvəçiliyin inkişaf etdirilməsi diqqət mərkəzində olub. Ölkəmizdə aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı dövlət başçısının verdiyi tapşırıq və tövsiyəyə uyğun olaraq, rayonun Bolludərə, Qaratorpaq və Sarıca kəndləri ərazisində “Aqroinkişaf 2017” MMC tərəfindən icarəyə götürülən 8969 hektar sahədə aqropark yaradılır. Ötən il aqroparkın ərazisində 194 hektarda müasir aqrotexniki qaydada qoz bağı salınıb. Suvarma işlərini həyata keçirmək məqsədilə aqroparkın ərazisində 700 min tonluq su anbarı, həmçinin əkin sahələrinin damcı üsulu ilə suvarılmasını təmin etmək üçün 700 tonluq su anbarı tikilir, ərazidə 7,5 kilometr uzunluğunda sahələrarası yol çəkilir.
O cümlədən 2018-ci ildə “Green Faktoru” MMC-nin bağçılıq təsərrüfatında istehsal olunan 800 ton müxtəlif növ meyvə ölkə daxilində satılmaqla yanaşı, Rusiya və MDB ölkələrinə də ixrac edilib. Cari ildə meyvə istehsalının 1400 tona çatdırılması və məhsulun ixrac coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulur.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  1920  |  
  • Tarix:  16-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA