Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Builki Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 2445 marşal müraciət edib

Builki Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 2445 marşal müraciət edib

16.02.2019 [15:33]

Fevralın 16-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin marşallarının görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə ötən ilin yekunları, 1300 marşal üçün fevralın əvvəlində start verilən təlim planı, yeni mövsüm üçün Formula 1 yarışlarının reqlamentində edilmiş dəyişikliklər müzakirə olunub. Həmçinin yarış həftə sonunun icra planı barədə fikir mübadiləsi aparılıb.

Yüzdən artıq marşalın iştirak etdiyi görüşdə qeyd olunub ki, 2016-cı ildə təlimlər xarici mütəxəssislər tərəfindən aparılsa da, 2017-ci ildən bu tipli tədbirlər yerli marşallar tərəfindən keçirilir.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) əməliyyatlar şöbəsinin və Bakı Marşal Klubunun rəhbəri Çingiz Mehdiyev bildirib ki, üç il ərzində marşallar üçün yaradılan təlim və kommunikasiya sistemi, BŞH ilə marşallar arasında mövcud əlaqələr idmanın bu növünə marağı daha da artırır. Bu sahədə atdığımız uğurlu addımlar nəticəsində marşal kimi fəaliyyət göstərmək istəyənlərin sayı ildən-ilə artır. Ötən il 1603 müraciət olmuşdusa, bu il bu rəqəm 2445 olub. Bu artım bizi sevindirir.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-28-də Bakıda keçiriləcək.

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31