Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Astanada keçirilən beynəlxalq təhsil sərgisində ADA Universiteti də iştirak edib

Astanada keçirilən beynəlxalq təhsil sərgisində ADA Universiteti də iştirak edib

17.02.2019 [11:12]

Astanada beynəlxalq təhsil sərgisi keçirilib. Sərgi hər il aparıcı ali təhsil müəssisələrinin, o cümlədən orta ixtisas təhsil müəssisələrinin və ixtisasartırma mərkəzlərinin nümayəndələrini bir araya gətirir. Bu sərgi hər kəsə həm ixtisas, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan nadir platformadır.

AZƏRTAC xəbər verir ki, təhsil sərgisində Azərbaycan, Böyük Britaniya, Almaniya, Kanada, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, ABŞ, Türkiyə, Çexiya, İsveçrə və digər ölkələrin təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Sərgidə Azərbaycanı ADA Universitetinin nümayəndəsi Aytəkin Hüseynova təmsil edib. O, ziyarətçilərə Azərbaycan və ADA Universiteti haqqında ətraflı məlumat verib. Bildirib ki, ADA Universiteti müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edir, innovativ və qlobal dünyagörüşünə malik kadrlar hazırlayır. A.Hüseynova ADA Universiteti ilə dünyanın müxtəlif nüfuzlu ali məktəbləri arasındakı mübadilə proqramları barədə də ətraflı məlumat verib. Ziyarətçilərə universiteti daha da yaxından tanımaq üçün jurnal və broşürlər paylanıb.

Həmçinin sərgidə ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim edilib. Seçilmiş ölkə və təhsil müəssisələri üzrə fərdi konsultasiya almaq və TOEFL, GMAT, IELTS imtahanlarına hazırlıq üzrə məsləhətləşmələr aparılıb.

Sərgi işini Almatı şəhərində davam etdirəcək. ADA Universiteti bu sərgidə də Azərbaycanı təmsil edəcək.

Paylaş:
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31