Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kolumbiya radiosunda Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlanıb

Kolumbiya radiosunda Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlanıb

18.02.2019 [11:19]

Ölkəmizin Kolumbiyada geniş təbliği ilə bağlı Azərbaycanın Boqotadaki səfirliyi tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi davam edir. Kolumbiyanın ən çox dinlənilən üç radiosundan biri olan “ColMundo”da Azərbaycanın mədəniyyətinə və tarixinə həsr olunmuş bir saatlıq xüsusi veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov dinləyicilərə Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, adət-ənənələri və turizm imkanları barədə ətraflı məlumat verib. Bildirib ki, xalqımızın çoxəsrlik mədəni irsi və milli sərvəti bu gün dünyada tanınır. Azərbaycanın bir sıra tarixi abidələri bu gün UNESCO tərəfindən qorunmaqdadır. Müvəqqəti işlər vəkili, həmçinin vurğulayıb ki, mədəniyyətimizin zənginliyini və qədimliyini nümayiş etdirən musiqi sənəti, milli mətbəx və Azərbaycan xalçaları (Qarabağ, Şirvan, Quba, Naxçıvan, İrəvan və s.) beynəlxalq sərgi və tədbirlərdə uğurla nümayiş olunur.

H.Zeynalov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan mütərəqqi islahatlar və əldə olunan yüksək iqtisadi göstəricilərin bir qismini də sadalayıb. Bununla yanaşı, dövlətimizin balanslaşdırılmış daxili və xarici siyasəti, habelə qlobal transmilli enerji və nəqliyyat-kommunikasiya layihələri barədə məlumatlar dinləyicilərin diqqətinə çatdırılıb.

Müvəqqəti işlər vəkili, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın apardığı işğalçılıq, etnik təmizləmə siyasəti və ölkəmizə qarşı davam edən hərbi təcavüzü, tezliklə 27-ci ildönümü olacaq Xocalı soyqırımı barədə ətraflı bəhs edib.

Qeyd edilməlidir ki, Kolumbiya əhalisinin 75 faizi kütləvi informasiya vasitələri arasında radioya böyük üstünlük verir. Statistikaya əsasən, radio kanalları ölkə üzrə gün ərzində 38 milyondan artıq dinləyici toplayır.

Paylaş:
Baxılıb: 155 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31