Özbəkistan nümayəndə heyəti Azərbaycanın şəhərsalma və tikinti sahəsindəki təcrübəsini öyrənir
18.02.2019 [14:24]
Azərbaycan təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olan Özbəkistan nümayəndə heyətinin ilk görüşü Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 18-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Özbəkistan Respublikasının tikinti nazirinin müavini Erkin İskandarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanın şəhərsalma və tikinti sahəsində təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olan nümayəndə heyətinin tərkibinə Özbəkistanın Tikinti Nazirliyinin rəsmiləri ilə yanaşı, ölkənin Nazirlər Kabinetinin, Baş Prokurorluğunun nümayəndələri və bir neçə iri dövlət şirkətlərinin rəhbərləri daxildir.
Görüşdə S.Nuriyev ölkədə şəhərsalma məsələlərini Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığını bildirib. O, həmçinin ölkə başçısı tərəfindən 2018-ci ildə imzalanmış fərmanlara əsasən şəhərsalma və memarlıq sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması istiqamətində görülmüş tədbirlər barədə məlumat verib. Komitə sədri vurğulayıb ki, bu sahədə aparılan islahatların əsas məqsədi ölkədə davam edən urbanizasiya prosesinin və şəhərsalma fəaliyyətinin planlı, sistemli təşkil olunmasını təmin etməkdir.
S.Nuriyev qeyd edib ki, Azərbaycanın bu sahədə sistemli yanaşması beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatına əsasən Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasına daxildir, 190 ölkə arasında ölkəmiz 25-ci yeri tutur və MDB ölkələri sırasına liderlik edir. Hesabatda qeyd olunur ki, Azərbaycan il ərzində “Tikintiyə icazə alınması” indikatoru üzrə 100 pillə irəliləyib.
Azərbaycan Prezidentinin bu istiqamətdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzaladığı sonuncu, 2018-ci il 28 dekabr tarxili Fərmanı barədə məlumat verən S.Nuriyev tikintinin təşkili məqsədilə icazə prosedurlarının sadələşdirilməsi və bu sahədə şəffaflığın artırılması üçün görülmüş işlər haqqında da danışıb. Bildirib ki, bəzi tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin “bir pəncərə” prinsipi əsasında verilməsini təmin etmək məqsədilə yeni elektron sistem yaradılıb. O, fürsətdən istifadə edərək Özbəkistan nümayəndə heyəti üzvlərini bu yeni elektron sistemin komitə tərəfindən fevralın 21-də keçiriləcək təqdimat mərasimində iştirak etməyə dəvət edib.
Bununla yanaşı, qonaqlara ölkə şəhərlərinin dayanıqlı və sistemli inkişafını təmin etmək məqsədilə Baş planların hazırlanması istiqamətində görülən işlər barədə də ətraflı məlumat verilib. Xüsusilə vurğulanıb ki, bu fəaliyyətin aparıcı dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilməsi komitə qarşısında qoyulmuş prioritet vəzifələrdən biridir. Bildirilib ki, ötən ildə komitə Bakı şəhərinin Baş planının hazırlanması işini müasir standartlara əsasən təşkil etmək məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi şirkəti əməkdaşlığa cəlb edib.
S.Nuriyev qeyd edib ki, işlərin birinci mərhələsi artıq uğurla başa çatdırılıb. Ötən dövr ərzində Abşeron yarımadasının inkişafına dair əvvəlki illərdə hazırlanmış ərazi planlaşdırılması sənədləri təhlil olunaraq dəyərləndirilib. Eyni zamanda, beynəlxalq təcrübəyə və bu sahədəki müasir tendensiyalara əsaslanaraq Bakı şəhərinin gələcək inkişafının konsepsiyası və Baş planın hazırlanması üçün qarşıda duran işlərin əsas prioritetləri müəyyən edilib. İlk mərhələdə görülən işlər əsasında beynəlxalq şəhərsalma şirkətinin seçilməsi üçün layihə tapşırığı hazırlanıb və açıq tender elan edilib. Tender komissiyasına dünyanın müxtəlif ölkələrini təmsil edən iri şəhərsalma şirkətlərinin təklifləri təqdim olunub. Bildirilib ki, tenderin qalibinin mart ayında elan edilməsi və daha sonra Bakının Baş planının hazırlanması üzrə işlərin ikinci mərhələsinə başlanması planlaşdırılır.
Daha sonra çıxış edən Özbəkistanın tikinti nazirinin müavini E.İskandarov qeyd edib ki, Azərbaycan hökumətinin şəhərsalma, memarlıq və tikinti fəaliyyəti üzrə həyata keçirdiyi dövlət siyasəti, qanunvericiliyin təkmilləşdirilməsi, idarəetmənin təşkili və dövlət tənzimləməsi sahələrində nailiyyətləri tərəfindən çox yüksək qiymətləndirilir və böyük maraq doğurur. O, Azərbaycanın bu sahədə təcrübəsi ilə yaxından tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək imkanına görə Özbəkistanın tikinti naziri Abdukaxxor Tuxtayevin adından Samir Nuriyevə minnətdarlığını bildirib.
E.İskandarov, həmçinin təmsil etdiyi nazirliyin əsas fəaliyyət istiqamətləri, ölkəsinin şəhərsalma və tikinti sahəsində son illər ərzində əldə etdiyi nailiyyətlər və gələcək planları, habelə Azərbaycana səfər çərçivəsində daha ətraflı məlumat əldə etməkdə maraqlı olduğu sahələr barədə geniş məlumat verib.
Görüş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müxtəlif fəaliyyət istiqamətlərinə cavabdeh olan qurumlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq perspektivləri və gələcək təcrübə mübadiləsi barədə ətraflı müzakirələr aparılıb.
Özbəkistan nümayəndə heyətinin bir həftə davam edəcək Bakıya işgüzar səfəri çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutunun və Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun, habelə bir sıra aidiyyəti dövlət qurumlarının rəhbərliyi və ekspertləri, özəl sektor nümayəndələri ilə işçi görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27