/ / Gömrükçülər Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi üzrə Türkiyə təcrübəsini öyrənir
Gömrükçülər Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi üzrə Türkiyə təcrübəsini öyrənir
18.02.2019 [15:50]
Fevralın 18-də Dövlət Gömrük Komitəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində Türkiyənin təcrübəsinin öyrənilməsi məqsədilə təlim başlayıb.
Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, təlim Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulub. Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri də beynəlxalq ticarətdə Azərbaycanın rolunun artırılmasıdır. İ.Hüseynov tarixi İpək Yolu üzərində hər zaman strateji mövqeyə sahib olan Azərbaycanın günümüzdə beynəlxalq ticarətdəki rolunu səciyyələndirən əsas amillərdən birinin tranzit olduğunu qeyd edib.
Bildirib ki, Azərbaycan iqtisadiyyatının əsas komponentlərindən biri olan tranzitin inkişaf etdirilməsi üçün ölkədə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və digər layihələr reallaşdırılıb ki, bu da “Şərq-Qərb” ticarət dəhlizində multimodal yüklərin asan və sürətli şəkildə daşınmasına münbit şərait yaradıb.
Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlüyün Azərbaycanın beynəlxalq ticarətdə rolunun artırılması və tranzit potensialının gücləndirilməsində mühüm addım olduğunu qeyd edən İ.Hüseynov Dövlət Gömrük Komitəsinin bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirmək üçün bütün səylərini səfərbər etdiyini bildirib və bu istiqamətdə Türkiyənin dəstəyini yüksək qiymətləndirib.
Ölkəmizin Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlük məsələsini bütün sahələrdə dəstəklədiklərini bildirən Türkiyənin Ticarət Nazirliyinin idarə rəisi Burak Serkan Yaşar sistemin Azərbaycanın beynəlxalq ticarətdəki rolunun artmasına və mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradacağını vurğulayıb.
Fevralın 19-dək davam edəcək təlim zamanı türkiyəli mütəxəssislər iştirakçılara Ümumi Tranzit Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi, Türkiyədə tətbiq edilən T1, T2 və TR formalı bəyanetmə, sistemin tətbiqində zəmanət mexanizmləri, Səlahiyyətli İqtisadi Operatorların Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi üzrə rəsmiləşdirmə prosesi və digər mövzularda məlumat verəcəklər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27