Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qorxmaz Hüseynov: Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib

Qorxmaz Hüseynov: Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib

18.02.2019 [16:29]

“Regional inkişaf proqramlarının icrası bölgələrimizin tərəqqisinə, əhalinin sosial-rifahının yüksəldilməsinə, ümumilikdə ölkəmizin qüdrətlənməsinə mühüm töhfələr verib. Son 15 ildə bölgələrimizin mənzərəsi nəzərəçarpacaq dərəcədə dəyişib. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin böyüməsi, abadlaşması, yeni istehsal, emal və xidmət müəssisələrinin fəaliyyətə başlaması regionlarda həyat səviyyəsinin yüksəlməsindən xəbər verir. Bu istiqamətdə görülmüş işlərə “Azərsu” ASC də öz töhfələrini verib. Möhtərəm Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq mühüm layihələr icra edilib”. Bu fikirləri yap.org.az saytına müsahibəsində “Azərsu” ASC-nin sədri cənab Qorxmaz Hüseynov deyib.

Q.Hüseynov bildirib ki, son illər icra edilən içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 1,6 milyon kubmetrdən çox olan 39 yeni içməli su mənbəyi istismara verilib. Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi, Mingəçevir, Quba, Xanbulan sutəmzləyici, Külüllü, Qızılqaya, Göygöl suqəbuledici qurğuları, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri və bu kimi digər layihələr Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsinə, onların sağlamlığının qorunmasına verilmiş ən böyük töhfədir. İndiyə qədər su təchizatı layihələrinin icrasına başlanılan 49 şəhər və rayon mərkəzinin 38-də su şəbəkələrinin tikintisi başa çatdırılıb. Şəhər mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənd və qəsəbənin içməli su problemi öz həllini tapıb.

“Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib. Görülmüş işlərin real nəticəsi olaraq mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfə, fasiləsiz su alanların xüsusi çəkisi isə 4,8 dəfə artıb. Beləliklə, hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 69 faizi, regionlarda isə 44 faizə yaxını fasiləsiz içməli su ilə təmin olunur”-deyə, Q.Hüseynov vurğulayıb.

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31