Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Teodore Doriç: Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi tolerantlıq barədə nəzəri biliklərimizi artırdı

Teodore Doriç: Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi tolerantlıq barədə nəzəri biliklərimizi artırdı

18.02.2019 [16:55]

Serbiyadan gəlmişəm və Azərbaycanda ilk dəfədir oluram. Ölkənizdəki tolerantlıq modelini öyrənirəm. VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi çərçivəsində artıq üç gündür Qubadayıq. Dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədəki “Giləki” və “Altı günbəz” sinaqoqları və Qubadakı məscidlərlə yaxından tanış olmuşuq. Qırmızı qəsəbədə yəhudilər uzun illərdir azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Fərqli dinlərə mənsub insanların mehriban şəkildə yaşaması çox gözəldir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Serbiyadan olan iştirakçısı Teodore Doriç söyləyib.

Serbiyalı iştirakçı bildirib ki, burada olduqları müddətdə Azərbaycanda müxtəlif konfessiyaların, xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşamasının əyani şahidi olublar.

“Layihə çərçivəsində hələ bir neçə gün də Azərbaycanda olacağıq. Bakı şəhərində də mühüm görüşlərimiz var. VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi tolerantlıq barədə nəzəri biliklərimizi artırdı. Bununla yanaşı, multikulturalizm sahəsində Azərbaycanın əldə etdiyi uğurlu modeli əyani şəkildə müşahidə etmək imkanımız da oldu”, - deyə Teodore Doriç bildirib.

Paylaş:
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30