Ana səhifə »  Qəzetin pdf formatı »  Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyi qeyd olunub
A+   Yenilə  A-
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyi qeyd olunub

Hələ sağlığında canlı əfsanəyə çevrilən, öz xalqının tarixi taleyində müstəsna rol oynayan Heydər Əliyevin irsi, onun idarəçilik məktəbi bu gün də öyrənilir, zəngin təcrübəsindən hamı bəhrələnir. Bu işdə Heydər Əliyev Muzeyinin də mühüm rolu var.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova deyib.

Nazir diqqətə çatdırıb ki, milli-mənəvi dəyərlərimizin, tarixi yaddaşımızın gələcək nəsillərə çatdırılmasında muzeylərimizin rolu əvəzsizdir. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə geniş muzeylər şəbəkəsinin yaradılmasına xüsusi diqqət və qayğı göstərib.

Bildirilib ki, doğma Vətənimizdə, o cümlədən qədim diyarımızda Ümummilli Liderin siyasi kursu layiqincə davam etdirilir. Muzeylərin yaradılmasına və inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük diqqət və qayğı göstərilir. “Bu gün iyirmiillik bir tarixə malik Heydər Əliyev Muzeyinin muxtar respublikada yaradılan muzeylər içərisində xüsusi yeri və əhəmiyyəti var. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb”, – deyən Natəvan Qədimova vurğulayıb ki, bu sərəncam Heydər Əliyev şəxsiyyətinə olan sonsuz ehtiram və məhəbbətin bariz nümunəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Muzeyi 1999-cu il mayın 10-da 420 eksponatla fəaliyyətə başlayıb. Muzeydə hazırda 4746 eksponat var. Bu gün Ümummilli Liderimizin həyat və fəaliyyətini əks etdirən çoxsaylı muzeylər fəaliyyət göstərir. Muxtar respublikamızın paytaxtındakı Heydər Əliyev Muzeyi isə Ulu Öndərimizin dünyaya gəldiyi və ilk əmək fəaliyyətinə başladığı şəhərdə yaradılıb. Bu, həm də o deməkdir ki, dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsindən bəhrələnmək məhz ilk dəfə Naxçıvanda reallaşdırılıb.

Qeyd edilib ki, muzeydə görkəmli dövlət xadiminin həyatı və fəaliyyəti ilə bağlı eksponatlar ehtiramla qorunur, tədqiq və təbliğ edilir. Onun zəngin irsi və dövlətçilik təcrübəsinin öyrənilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır. Ötən illər ərzində Heydər Əliyev Muzeyi Ümummilli Liderimizin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı layiqincə yerinə yetirib. Bu gün də bu işlər uğurla davam etdirilir.

Vurğulanıb ki, 20 il ərzində Heydər Əliyev Muzeyində Ümummilli Liderin ictimai-siyasi fəaliyyətini öyrənmək, tədqiq və təbliğ etmək üçün mühüm işlər həyata keçirilib. Bu illərdə muzeyin maddi-texniki bazası möhkəmləndirilib, internet saytı fəaliyyətə başlayıb.

Muzeyin həyatında ən əlamətdar hadisələrdən biri 1999-cu ilin oktyabr ayında ulu öndər Heydər Əliyevin muzeyin ekspozisiyası ilə tanış olmasıdır. Bu ziyarət zamanı çəkilmiş fotolar muzeyin dəyərli eksponatları siyahısındadır. Muzeyin xatirə kitabında dünyanın müxtəlif xalqlarının nümayəndələrinin Ulu Öndər haqqında yazdığı fikirlər də maraq doğurur.

Nazir çıxışının sonunda bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını və muzeyin əməkdaşlarını təbrik edib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov “Heydər Əliyev: siyasi irsi və müasir Azərbaycan” mövzusunda çıxış edərək bildirib ki, Ümummilli Lider həmişə Azərbaycanı düşünüb, onun taleyi ilə yaşayıb, doğma Vətəninin dünyada tanıdılması üçün müstəsna xidmətlər göstərib. Heydər Əliyevin genişmiqyaslı fəaliyyətindən söhbət açan icra katibi Ulu Öndərin siyasi irsi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, onun siyasi irsi bu gün də öyrənilir və bütün nəsillər ondan bəhrələnəcəkdir.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda çıxışında bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ulu Öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlayıb, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunmasını prioritet məsələ elan edib. Ümummilli Liderin dövlət-gənclər siyasəti bu gün də ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir.

Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev “Heydər Əliyev Muzeyi 20 ildə” adlı çıxışında qeyd edib ki, muxtar respublikada keçirilən dövlət tədbirlərində insanların muzey önündə ucalan Ümummilli Liderimizin əzəmətli abidəsini və Heydər Əliyev Muzeyini ehtiramla ziyarət etmələri ənənə şəklini alıb. Bu, Ulu Öndərin şəxsiyyətinə və dühasına sonsuz sevgi və ehtiramın ifadəsidir.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

 
  • Oxunub:  2520  |  
  • Tarix:  19-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA