Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Statistika Komitəsi ilə UNICEF-in əməkdaşlığının prioritetləri müzakirə edilib

Statistika Komitəsi ilə UNICEF-in əməkdaşlığının prioritetləri müzakirə edilib

19.02.2019 [15:24]

Dövlət Statistika Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) əməkdaşlığının prioritetləri müzakirə olunub.

Komitədən AZƏRTAC-a bildirilib ki, fevralın 19-da Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinlə görüşüb. Görüşdə 2019-cu ildə UNICEF tərəfindən ölkəmizdə həyata keçirilməsi planlaşdırılan əməkdaşlıq proqramı və Dövlət Statistika Komitəsi ilə UNICEF arasında ikitərəfli əlaqələrin inkişafına dair məsələlər müzakirə edilib.

Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ardıcıl islahatların nəticəsi olaraq əldə olunan yüksək iqtisadi artımın özünü statistik göstəricilərdə göstərdiyini diqqətə çatdırıb. Komitə sədri milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər, uğurla icra edilən layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, “Azərbaycan Hökuməti ilə BMT-nin Uşaq Fondu arasında 2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı çərçivəsində 2018-2019-cu illəri əhatə edən dövr üçün birgə İş Planı” imzalanıb.

E.Karvardin isə qeyd edib ki, UNICEF Azərbaycanın dövlət qurumları, həmçinin Dövlət Statistika Komitəsi ilə fəal əməkdaşlıq edir. O, Azərbaycan Hökuməti ilə BMT-nin Uşaq Fondu arasında 2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən də bəhs edib.

Görüşdə Dövlət Statistika Komitəsi ilə UNICEF arasında birgə əməkdaşlığın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 180 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31