Ana səhifə »  Qəzetin pdf formatı »  Milli Məclisin növbəti iclası keçirilib
A+   Yenilə  A-
Milli Məclisin növbəti iclası keçirilib

İclasda 27 məsələ müzakirə olunaraq qəbul edilib
Fevralın 19-da Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclasın gündəliyinə 27 məsələnin daxil edildiyini bildirib. Əvvəlcə, Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilib.
Daha sonra “Kitabxana işi haqqında” qanuna, Əmək və Cəzaların İcrası məcəllələrinə, “Dövlət rüsumu haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında” qanunlara dəyişikliklər (üçüncü oxunuş) qəbul olunub. Həmçinin “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadəsi qaydaları haqqında”, “Azərbaycan Respublikasının Dövlət Himninin istifadəsi qaydaları haqqında” qanunlar və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişikliklər də üçüncü oxunuşda qəbul edilib.
“Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliklər barəsində isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Z.Səmədzadə bildirib ki, sənəd adıçəkilən qanunun qüvvəsinin (əmanətlərin tam sığortalanmasının) daha bir il müddətinə uzadılmasını nəzərdə tutur. Qanun 2016-cı il martın 4-dən qüvvədədir və onun qüvvədə olma müddəti 2019-cu il martın 4-də bitirdi. Qanunun qüvvəsinin daha bir il uzadılması bank sektorunun dəstəklənməsinə, bu sahədə dövlətin üzərinə ciddi öhdəliklər götürməsinə, nəticədə isə əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək.
Spiker Oqtay Əsədov bildirib ki, bu dəyişiklik böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bütövlükdə, həyata keçirilən tədbirlər vətəndaşların maraqlarına xidmət edir.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Daha sonra “Əmək pensiyaları haqqında” dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. H.Rəcəbli bildirib ki, qanuna təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. O qeyd edib ki, qanunun 6-1-ci maddənin mətninin yeni redaksiyasında deyilir: “Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.
Komitə sədri deyib ki, hazırda minimum pensiyanın məbləği 116 manatdır və hazırkı artım pensiyaçıların rifahının daha da yaxşılaşmasına müsbət təsir göstərəcək.
Müzakirələr zamanı çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Prezident İlham Əliyev vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirir. Onun sözlərinə görə, Prezident İlham Əliyev dövlət başçısı seçildiyi ilk günlərdən müxtəlif sahələrin inkişafı üçün proqramlar qəbul edib: “Bəzi insanlar isə ölkə başçısı tərəfindən həyata keçirilən tədbirləri, atılan addımları öz adlarına yazmağa çalışırlar. Əslində həmin şəxslər xalqı aldatmağa çalışırlar. Bu, onların naşılığıdır. Hansı ki, həmin insanlar vaxtilə hakimiyyətdə olanda büdcəni talamaqla məşğul idilər”.
S.Novruzov söyləyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində yerlərdə yeni iş yerləri açılır, çox böyük proqramlar, vergi, gömrük və s. sahələrdə islahatlar həyata keçirilir: “Vətəndaşlar atılan bu addımları müsbət qarşılayırlar. Bu addımlar kiminsə yürüş, mitinq keçirməsinin nəticəsi deyil. Həmin şəxslər, əksinə, bu layihələrin həyata keçirilməsini istəmirlər. Görülən işləri kiminsə öz adına çıxması yolverilməzdir”.
Çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar AHİK tərəfindən də yüksək qiymətləndirilir. “Bəzi müxalifət nümayəndələri isə Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər”, - deyən S.Möhbalıyev qeyd edib ki, həmin şəxslər sosial şəbəkələrdə təhqirlər səsləndirirlər: “Bu insanlar Azərbaycan xalqının nümayəndəsi ola bilməzlər. Düşünmürəm ki, bir azərbaycanlı digər azərbaycanlı haqqında belə fikirlər səsləndirsin”.
Millət vəkili söyləyib ki, ölkə başçısının fəaliyyəti nəticəsində hər il yüz minlərlə iş yerləri yaradılır: “Gərək biz həmin şəxslərin cavablarını verək, görülən işlərin təbliğatını aparaq. Biz ölkə rəhbərliyinin apardığı siyasəti dəstəkləyirik”.
İclasda həmçinin millət vəkilləri Azər Badamov, Sədaqət Vəliyeva, Aydın Mirzəzadə, Tahir Mirkişili və Sahib Alıyev çıxış edərək minimum pensiyanın məbləğinin artırılmasının vətəndaşların rifah halının yüksəlməsinə xidmət etdiyini bildiriblər. Çıxışlarda həmçinin bəzi dairələrin antimilli fəaliyyəti kəskin pislənilib.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.
Sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi qəbul olunub.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə “Üzümçülük və şərabçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Daha sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.
Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni ikinci oxunuşda müzakirəyə təqdim edib. Qeyd edilib ki, dəyişikliklər vəkillik fəaliyyətinin təkmilləşdirilməsi məqsədini daşıyır. Əli Hüseynli həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edib.
İclasda “Reklam haqqında” qanuna ikinci oxunuşda dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə olunub. Qeyd olunub ki, təklif edilən dəyişikliklər reklam qurğularının tikintisinə, quraşdırılmasına və konstruktiv dəyişikliklərin edilməsinə icazənin verilməsi prosedurunun sadələşdirilməsi qaydalarını müəyyən edir.
Parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev “Gənclər siyasəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim olunub.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təqdim edən komitə sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli Qanununun icrası ilə əlaqədar təklif edilir.
İclasda Mülki Prosessual Məcəlləsində və “İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda müzakirə edilib.
Komitə sədri Ziyad Səmədzadə “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirəyə təqdim edib. Bildirib ki, qanun layihəsi dəqiqləşdirmə xarakterli düzəlişləri nəzərdə tutur.
Həmçinin Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri birinci oxunuşda müzakirə olunub.
Ziyad Səmədzadə “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edərək deyib ki, qanun layihəsi telekommunikasiya operatoru (mülkiyyətində olan telekommunikasiya şəbəkəsi vasitəsilə qanuni əsaslarla telekommunikasiya xidmətləri göstərən hüquqi və fiziki şəxs) üçün yeni vəzifələrin müəyyən edilməsini nəzərdə tutur.
Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Ümumi təhsil haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, sənəd 5 fəsil, 33 maddədən ibarətdir. Bu sənəd Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, ölkəmizdə ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Bununla da iclasın gündəliyində olan bütün məsələlər müzakirə olunaraq qəbul edilib.
Nardar BAYRAMLI

 
  • Oxunub:  1770  |  
  • Tarix:  20-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

25 Mart 11:24
Vaşinqtonda Novruz şənliyi keçirilib
25 Mart 11:21
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
25 Mart 11:18
"Avro-2020"-nin talismanı təqdim olunub
25 Mart 11:14
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
25 Mart 11:12
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynayır
25 Mart 11:10
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
25 Mart 11:07
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA