Ana səhifə »  Qəzetin pdf formatı »  ATƏT PA–nın İpək Yoluna Dəstək Qrupunun Avstriyada keçirdiyi toplantıda mühüm qərarlar qəbul edilib
A+   Yenilə  A-
ATƏT PA–nın İpək Yoluna Dəstək Qrupunun Avstriyada keçirdiyi toplantıda mühüm qərarlar qəbul edilib

Avstriyanın ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupundakı nümayəndə heyətinin təşkilatçılığı ilə fevralın 20-də Vyana şəhərində Qrupun tədbiri və 5-ci iclası keçirilib.

Tədbirə ev sahibliyi edən Avstriya nümayəndə heyətinin üzvü, İpək Yoluna Dəstək Qrupunun sədr müavini Roman Hayder bildirib ki, Avstriya tərəfi İpək Yolunun bərpası istiqamətində atılan addımlara xüsusi önəm verir və bu baxımdan ATƏT PA-da yaradılan Qrupda fəal iştirak edir. Bugünkü tədbirə Avstriya İnfrastruktur Nazirliyinin və Federal Dəmir Yolları konserninin ev sahibliyi ölkənin bu cür layihələrə verdiyi önəmi bir daha təsdiqləyir.

ATƏT PA-nın vitse-prezidenti və İpək Yolu Qrupunun sədri Azay Quliyev Avstriya tərəfinə və şəxsən Roman Hayderə bu tədbirin təşkili, göstərilən qonaqpərvərlik və sıx əməkdaşlığa görə minnətdarlığını bildirib: “Qeyd etmək istərdim ki, Qrupumuz tərəfindən Azərbaycanda keçən il Bakı Beynəlxalq Konfransı keçirilib. Hazırda biz Avstriyada bir araya gəlmişik, aprel və sentyabr aylarında Belarus və İsveçrədə beynəlxalq konfranslarımız keçiriləcək. Bu gün İtaliyanı üzvlüyə qəbul etməklə Qrupa üzv ölkələrin sayını 24-ə çatdıracağıq. Qısa müddət ərzində bu qədər tədbirlərin təşkili, üzvlərin sayının 17-dən 24-ə çatması, Berlində keçən il bununla bağlı ayrıca qətnamənin qəbulu bir daha onu göstərir ki, belə bir qrupun ATƏT PA-da yaradılması nə qədər vaxtında atılmış addımdır. Qrupa artan maraq onun çox uğurlu layihə olduğunu göstərir. Mən üzv ölkələrin parlamentlərinə, ATƏT PA-nın prezidentinə və baş katibinə bu təşəbbüsə verdikləri dəstəyə və göstərdikləri yüksək marağa görə təşəkkür edirəm”.

Qrupun qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfəni vurğulayan ATƏT PA-nın prezidenti Georgi Tsereteli İpək Yoluna Dəstək Qrupunun iştirakçı ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını bildirib: “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu həqiqətən də qısa zaman ərzində çox böyük işlər görüb və Assambleyada ən böyük qrupa çevrilib. Şadam ki, həmkarım Azay Quliyev bu təşəbbüsü irəli sürməklə ATƏT PA-da fərqli və eyni zamanda, səmərəli dialoq platformasının ətrafına bizi toplaya bilib”.

ATƏT PA-nın baş katibi Roberto Montella İpək Yoluna Dəstək Qrupunun genişlənən fəaliyyətini vurğulayıb, Qrupun gördüyü işi yüksək qiymətləndirib və belə tədbirlərin Parlament Assambleyasının ümumi işinə mühüm töhfə verdiyini qeyd edib: “Beynəlxalq katiblik olaraq belə bir qrupun yaradılması və fəaliyyətinin təşkilinə imkanlarımız və qaydalar çərçivəsində dəstək verməkdən məmnunuq. Parlament üzvlərinin ümumi maraqlar əsasında bir araya gəlməsi, əməkdaşlığı, dialoqu və mədəniyyətləri təbliğ etməsi və bununla da mənsub olduqları xalqların maraqlarını təmsil etməsi çox vacibdir”.

Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova avstriyalı həmkarlarına bu tədbirin gözəl təşkilinə və maraqlı təqdimatlara görə təşəkkürünü bildirib. Keçən il Qrupun Bakıda keçirilmiş beynəlxalq tədbirini xatırladaraq, Avropada ən genişmiqyaslı tarixi layihələrdən biri olan Cənubi Qaz Dəhlizi, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı yaxınlığında yerləşən yeni Ələt limanının təkcə Azərbaycanın deyil, bütün regionun tranzit potensialının möhkəmləndirilməsinə, Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin artmasına imkan yaradacağını qeyd edib.

Daha sonra Avstriya tərəfi İpək Yolunun əhatə etdiyi ərazilərdə dəmir yolu nəqliyyatı ilə əlaqə qurulmasına yönəlmiş təşəbbüsləri təqdim edib. “Breitspur Planungsgesellschaft” şirkətinin icraçı direktoru Aleksandr Şirnhuber və Avstriya Federal Dəmir Yolları (ÖBB) SC-nin əlaqələndiricisi Hayns Şnitser İpək Yolu regionunda qarşılıqlı əlaqənin və nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş “Twin-Continent-1520 expansion from Kosice to Vienna” adlı innovativ layihənin iclas çərçivəsində təqdimatını keçiriblər.

Sözügedən layihə təqdim edildikdən sonra iştirakçılar Avstriyanın infrastruktur naziri Norbert Hoferlə görüşüblər. Norbert Hofer nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Həmin gün, həmçinin ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 5-ci iclası keçirilib. Qrupun sədri Azay Quliyev iclasın gündəliyini diqqətə çatdıraraq, İtaliyanın qrupa üzvlüyünə dair müraciətini səsə qoyub, İtaliya yekdilliklə üzvlüyə qəbul edilib.

Bu il üçün planlaşdırılan tədbirlər haqqında çıxış edən Belarus nümayəndə heyətinin rəhbəri Boleslav Pirştuk aprelin 29-30-da Minsk şəhərində keçiriləcək İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Konfransına hazırlıq barədə ətraflı məlumat verib. O, Belarus tərəfinin bu konfransın təşkilinə böyük maraq göstərdiyini qeyd edib və tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb.

İsveçrənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Marqareta Kiner Nellen isə Qrupun sentyabr ayında İsveçrənin Andermatt şəhərində təşkil ediləcək beynəlxalq konfransı haqqında ətraflı məlumat verib. İpək Yoluna Dəstək Qrupunun sədr müavini Filippo Lombardi İsveçrədə baş tutacaq beynəlxalq konfrans çərçivəsində iş adamları ilə birgə panellərin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib və ölkəsinin bu tədbirə böyük əhəmiyyət verdiyini bildirib.

Daha sonra cari məsələlər və İpək Yoluna Dəstək Qrupunun gələcək fəaliyyəti barədə müzakirələrlə iclasa yekun vurulub.

 
  • Oxunub:  2310  |  
  • Tarix:  21-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA