Ana səhifə »  Qəzetin pdf formatı »  DTX-nin arxiv fondlarında saxlanılan tarixi əhəmiyyətli sertifikatların təqdim olunması ilə əlaqədar tədbir keçirilib
A+   Yenilə  A-
DTX-nin arxiv fondlarında saxlanılan tarixi əhəmiyyətli sertifikatların təqdim olunması ilə əlaqədar tədbir keçirilib

Bu il martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi tamam olur. Bu əlamətdar tarix münasibətilə keçirilən tədbirlər çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasındakı “Şöhrət” muzeyində İkinci Dünya müharibəsi zamanı Avropa Müqavimət Hərəkatında göstərdikləri xüsusi şücaətə görə vaxtilə Fransa və İtaliya hökumətləri və hərbi komandanlıqları tərəfindən “Vətənpərvərin sertifikatı” ilə təltif edilmiş azərbaycanlı partizanların vərəsələrinə DTX-nin arxiv fondlarında saxlanılan həmin sertifikatlar (şəhadətnamələr) təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Milli qəhrəmanlar, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, İtaliyanın Azərbaycandakı konsulu xanım Anna Mariya Biançi, DTX-nin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, İkinci Dünya müharibəsinin veteranları, azərbaycanlı partizanların övladları, “ASAN Könüllüləri” Təşkilatının üzvləri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri, Akademiyanın müəllim və kursantları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoyublar. Qonaqlar “Şöhrət” muzeyində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlər və ekspozisiyalar ilə tanış olublar. Onlara Ulu öndərin təhlükəsizlik orqanlarına və Azərbaycana rəhbərlik etdiyi, SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu, müstəqil respublikamızın memarı və qurucusu kimi fəaliyyət dövrünü əhatə edən arxiv materialları, orijinal tarixi sənədlər barədə ətraflı məlumat verilib.
Tədbir faşizmə qarşı mübarizədə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
DTX-nin arxiv-uçot idarəsinin rəisi Ceyhun İbrahimov çıxış edərək bildirib ki, Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan milli atıcı diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Polşa, Çexoslovakiya, Yuqoslaviya, Fransa, İtaliya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb.
Bildirilib ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 may - Qələbə Günü qeyd olunur.
Xüsusi vurğulanıb ki, İtaliya və Yuqoslaviyada partizan hərəkatında faşizmə qarşı mübarizə aparmış “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə ilə bağlı arxivlərdə saxlanılan materialları dahi rəhbər Heydər Əliyev hələ təhlükəsizlik orqanlarında işlədiyi dövrlərdə araşdırıb. Məhz Ulu öndərin gərgin səyi və əməyi, qətiyyəti sayəsində toplanmış sənədlər keçmiş SSRİ-nin ali rəhbərliyinə təqdim edildikdən sonra Mehdi Hüseynzadənin partizan hərəkatında göstərdiyi şücaət və qəhrəmanlıqlar nəzərə alınaraq, 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilib, onun haqqında bədii film çəkilib və əsərlər yazılıb. Ümummilli liderin respublikaya rəhbərliyi dövründə isə Bakıda Mehdi Hüseynzadənin möhtəşəm abidəsi ucaldılıb.
Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində dövlətimizin başçısı müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Prezident İlham Əliyevin hər il imzaladığı Sərəncamla 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar verilib, bu qəbildən olan insanlara xüsusi Prezident təqaüdünün aylıq məbləği daha da artırılıb. Bütün bunlar bir daha göstərir ki, müharibə veteranlarına qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Məhz bunun bariz nümunəsidir ki, dövlətimizin başçısı gənc nəslin Vətənə sədaqət və qəhrəmanlıq ruhunda tərbiyə edilməsində xüsusi əhəmiyyətini nəzərə alaraq, yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçı, əfsanəvi partizan Mehdi Hüseynzadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunması barədə ötən il Sərəncam imzalayıb. Bu Sərəncam xalqımız tərəfindən dövlətin təhlükəsizliyinin, Vətənin müdafiəsində və sərhədlərinin toxunulmazlığının keşiyində dayanan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan əsgəri üçün vətənpərvərlik nümunəsi, habelə şanlı qəhrəmanlıq tariximizə verilən ali qiymət kimi qəbul edilir.
C.İbrahimov qeyd edib ki, İkinci Dünya müharibəsi illərində ön cəbhədə faşizmə qarşı mərdliklə döyüşən azərbaycanlı əsgər və zabitlərin bir qismi müharibənin acı həqiqətlərini öz həyatlarında yaşamağa məcbur olublar. Bəzən qüvvələrin bərabər olmadığı qanlı döyüşlər zamanı alman ordusuna əsir düşənlər də olub. Lakin heç bir zaman düşmənə boyun əyməyən bir xalqın övladları kimi azərbaycanlıların əksəriyyəti sonradan müxtəlif əsir düşərgələrindən qaçaraq Avropanın ölkələrini əhatə edən silahlı Antifaşist Müqavimət Hərəkatına qoşulublar. Dili, dini, siyasi baxışları fərqli olan on minlərlə insanı birləşdirən bu hərəkat xalqların humanizm ideyaları və ümumbəşəri dəyərlər uğrunda mübarizəsində nadir tarixi nümunələrdəndir. Azərbaycanlı partizanlar müxtəlif millətlərin nümayəndələri ilə çiyin-çiyinə qəhrəmancasına vuruşaraq işğal olunmuş şəhər və kəndlərin, ölüm düşərgələrində saxlanılan əsirlərin azad edilməsində, faşist qoşunlarına məxsus strateji obyektlərin məhv edilməsində və digər döyüş əməliyyatlarında fəal iştirak ediblər. Həmin illərdə qəhrəmanlıqlar göstərmiş digər həmyerlimiz İtaliyanın ali hərbi mükafatı olan qızıl “Haribaldi ulduzu” və “Şöhrət” ordenlərinin kavaleri Məmməd Bağırov, partizanlar arasında “Armed Mişel” adı ilə məşhurlaşmış “Xarqo” təxəllüslü, Fransanın “Fəxri legion” ordeni, müxtəlif orden və medallarına layiq görülən Əhmədiyyə Cəbrayılov və yüzlərlə digər igid həmyerlilərimiz Avropa Antifaşist Müqavimət Hərəkatının ən tanınmış nümayəndələri hesab edilirlər. Qürurvericidir ki, qəhrəman azərbaycanlılarının adları bu gün də həmin ölkələrdə hörmətlə xatırlanır və yad edilir.
Təəssüflə qeyd olunub ki, müharibə dövründə, eləcə də ondan sonrakı illərdə Avropa Antifaşist Müqavimət Hərəkatının əhatə etdiyi ölkələrin ali hökumət orqanları və hərbi komandanlıqları tərəfindən hərəkatda fəal iştirak etmiş azərbaycanlı partizanların şücaət və igidliklərini təsdiqləyən şəhadətnamələr (sertifikatlar) onlara təqdim olunması üçün Sovet İttifaqına göndərilsə də, bu əhəmiyyətli sənədlər uzun illər arxiv fondlarında gizlədilib. Müharibə illərində alman faşistlərinə əsir düşmüş, lakin qaçmağa nail olan və partizan hərəkatına qoşularaq fədakarlıq nümunələri göstərmiş bir çox həmyerlilərimiz Vətənə qayıtdıqdan sonra uzun illər incidilib, onlara sovet hakimiyyəti tərəfindən inamsızlıq və etimadsızlıq nümayiş etdirilib.
Bildirilib ki, bu tədbirin məqsədi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla həyata keçirilən siyasətin mühüm tərkib hissəsi kimi, irs-varislik prinsipinə, milli yaddaşın bərpasına, o cümlədən Vətən uğrunda döyüşmüş həmvətənlərimizə və onların ailə üzvlərinə diqqət və qayğının növbəti nümunəsi olaraq, faşizmə qarşı Avropa Müqavimət Hərəkatında igidlik və rəşadət göstərmiş cəsur azərbaycanlı partizanlara vaxtilə İtaliya və Fransa hökumətləri tərəfindən verilmiş sertifikatlar onların övladlarına təqdim olunmasıdır. Uzun illərdən sonra bu çox mühüm tarixi və ictimai əhəmiyyət kəsb edən sənədlərin öz sahiblərinə çatdırılması həm də dövlətimiz tərəfindən tarixi ədalətin bərqərar edilməsinin daha bir bariz təcəssümüdür.
C.İbrahimov bildirib ki, hazırda Azərbaycan Respublikası müstəqil və suveren bir ölkə olmaqla həm yürütdüyü uğurlu siyasətə, həm də sürətli iqtisadi inkişaf tempinə görə dünya siyasi arenasında böyük hörmətə və nüfuza malikdir. Qətiyyətlə əminik ki, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə tezliklə Azərbaycanın ərazi bütövlüyü, eləcə də əzəli və tarixi torpaqları olan Qarabağda dövlətimizin beynəlxalq hüquqla təsbit edilmiş suverenliyi də təmin olunacaq, haqq-ədalət zəfər çalacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı belə tədbirlərin vacibliyini vurğulayaraq qeyd edib ki, indiyədək elmi ictimaiyyətə bəlli olmayan bu tarixi sənədlərin təqdim olunması böyük ictimai hadisədir və çox təqdirəlayiqdir. Vətən tarixşünaslığında azərbaycanlıların partizanların müqavimət hərəkatında iştirakına dair kifayət qədər nəşrlər var. Muzeylərdə xalqımızın tarixi yaddaşına dair nadir sənədlər, materiallar saxlanılır. Həmin eksponatların böyük hissəsi azərbaycanlıların Avropa xalqlarının azadlığı uğrunda faşizmə qarşı müqavimət hərəkatında iştirakına şahidlik edib. Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında bu hərəkatın onlarla qəhrəman azərbaycanlı oğullarına məxsus sənədlər, fotoşəkillər və şəxsi əşyalar qorunur. Azərbaycana qarşı informasiya müharibəsi aparan qüvvələr tariximizin bu şanlı səhifəsini silməyə, qəhrəmanlarımızın adlarını ləkələməyə çalışırlar. Odur ki, tariximizin belə şərəfli səhifələrinin qəhrəmanlarının yaddaşlarda həkk olunması üçün əlimizdən gələni etməliyik.
Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Avropa Müqavimət Hərəkatının iştirakçılarının, o cümlədən leytenant Bayandur Hacıyevin xatirəsinin yad olunduğu belə mühüm tədbirdə iştirakdan qürur hissi keçirdiyini bildirib. Qeyd edib ki, azərbaycanlı partizanın keçdiyi döyüş yolunun timsalında İkinci Dünya müharibəsi zamanı Fransada döyüşmüş, beləliklə Qələbəyə böyük töhfələr vermiş bütün qəhrəmanların xatirəsini yad etmək bizim əsas vəzifəmizdir. Bütün sosial təbəqələrdən, müxtəlif ölkələrdən olan vətəndaşlar Fransa Müqavimət Hərəkatında iştirak ediblər. Bu tədbir qəhrəmanlarımızın təbliği, ümumi yaddaşımız üçün çox vacibdir. Müqavimət hərəkatının iştirakçıları ölkələrimiz və xalqlarımız arasında ümumbəşəri dəyərlərin və sülhün qorunmasının rəmzləridirlər. Birgə dəyərlərə sadiq qalaraq iki ölkənin xalqlarının inkişafının möhkəm özəyini təşkil edən və keçmişdə çiyin-çiyinə mübarizə aparmış döyüşçülərə hörmətlə yanaşmaq hamımız, o cümlədən Fransa üçün böyük şərəfdir.
İtaliyanın Azərbaycandakı konsulu xanım Anna Mariya Biançi diqqətə çatdırıb ki, bir vaxt keçmiş SSRİ-nin tərkibində olan, indi isə müstəqil dövlət olan Azərbaycandan yüzlərlə döyüşçü İtaliya müqavimət hərəkatında iştirak edib. Azərbaycanlıların Fransa və İtaliya müqavimət hərəkatlarında iştirakı geniş təbliğ olunmalıdır. Azərbaycan zəngin neft ehtiyatları və strateji mövqeyinə görə faşistlərin işğalçılıq siyasətinin mərkəzində yer alırdı. Hitler SSRİ-yə hücum etdiyi vaxtdan etibarən azərbaycanlılar və digər xalqlar faşistlərə qarşı vuruşmağa başlayıblar. Azərbaycanın və bu xalqın övladlarının müharibənin qazanılmasına töhfəsi böyükdür. Onların qəhrəmanlıqları barədə çoxsaylı hekayələr, nəşrlər mövcuddur.
Tədbirdə iştirakına görə məmnunluğunu bildirən Anna Mariya Biançi belə görüşlərin Azərbaycan ilə İtaliya arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycanlı partizan Bayandur Hacıyevin oğlu Nicat Hacıyev ailə üzvləri adından Prezident İlham Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə və bu işdə əməyi olan Xidmətin əməkdaşlarına minnətdarlığını bildirib. Qeyd edib ki, partizanların vərəsələri üçün arzuolunan araşdırma nəhayət, dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanan DTX tərəfindən həyata keçirilib. O, Fransa və İtaliya xalqlarına da minnətdarlığını bildirərək atasının və digər azərbaycanlıların fədakarlığını, qəhrəmanlığını yüksək qiymətləndirilməsindən məmnunluğunu diqqətə çatdırıb.
O, təəssüf hissi ilə qeyd edib ki, məkrli qonşularımız öz çirkin niyyətlərindən əl çəkməyərək azərbaycanlıların qəhrəmanlıqlarını, fədakarlıqlarını min bir hiylə ilə ört-basdır etməyə çalışıblar. Lakin Azərbaycan övladları tarixboyu şöhrətə görə yox, məhz torpağa və xalqa görə vuruşduqlarını sübut ediblər. Mənə bu yaşımda atamı ikinci dəfə qəhrəman kimi görməyə kömək etdiyiniz üçün hər kəsə minnətdarlığımı bildirirəm.
Sonra Avropa Müqavimət Hərəkatında göstərdikləri xüsusi şücaətə görə “Vətənpərvərin sertifikatı” ilə təltif edilmiş azərbaycanlı partizanların övladlarına DTX-nin arxiv fondlarında saxlanılan sertifikatlar təqdim olunub. Sertifikatları general-polkovnik Mədət Quliyev, akademik Nailə Vəlixanlı, səfir Orelia Buşez və konsul Anna Mariya Biançi azərbaycanlı partizanlar - Allahqulu Quliyevin, İbrahim İbrahimovun, Əbdürəhman Novruzovun, Feyzulla İsmayılovun, Bayandur Hacıyevin və Famil Məmmədovun övladlarına təqdim ediblər.

 
  • Oxunub:  1620  |  
  • Tarix:  22-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

26 Mart 17:06
“Luxus-Plus” portalı Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərindən yazıb
26 Mart 15:31
Prezident İlham Əliyev Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub
26 Mart 14:11
Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq
26 Mart 13:47
Xanlıqlar dövrünün metafizikası: Akademik Ramiz Mehdiyevin yeni kitabı haqqında ilk təəssüratlar
26 Mart 12:25
Salyanda 30 min nəfərdən çox sakin tibbi müayinədən keçib
26 Mart 12:20
Bayram günlərində Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri xüsusi iş rejimində çalışıb
26 Mart 12:15
Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib
26 Mart 12:11
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25 Mart 14:14
Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq
25 Mart 11:41
Pekin Xarici Dillər Universitetində Novruz şənliyi
25 Mart 11:24
Vaşinqtonda Novruz şənliyi keçirilib
25 Mart 11:21
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
25 Mart 11:18
"Avro-2020"-nin talismanı təqdim olunub
25 Mart 11:14
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
25 Mart 11:12
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynayır
25 Mart 11:10
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
25 Mart 11:07
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA