Ana səhifə »  Qəzetin pdf formatı »  Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
A+   Yenilə  A-
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə

Siyavuş Novruzov

Milli Məclisin İctimai birliklər

və dini qurumlar komitəsinin sədri,

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini

 

Müasir dünyamızda qlobal iqtisadi böhranın mənfi təzahürlərinin meydana gəldiyi, tarazlaşma proseslərinin ağrılı keçdiyi bir dövrdə sosial-iqtisadi inkişafa nail olmaq və ya mövcud inkişafın dayanıqlığını təmin etmək yalnız elmi əsaslara söykənən düzgün iqtisadi siyasət nəticəsində mümkündür. Belə bir şəraitdə ölkəmizlə quru yolu ilə birbaşa əlaqəsi olmayan, əlverişsiz geopolitik transformasiyalar nəticəsində ana vətəndən ayrı düşərək blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının daxili resurslar hesabına yüksəlişini inamla davam etdirməsi, yeni-yeni nailiyyətlərə imza atması müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Bütün bunların başlıca səbəbi ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının muxtar respublikada Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsidir. Faktlara nəzər yetirdikdə əminlik yaranır ki, muxtar respublikada mövcud olan ictimai-siyasi sabitliyin fonunda davam etdirilən bu siyasət daha böyük uğurlara yol açmaqdadır.

Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib. Bu gün çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır. Qeyd edək ki, Islam mədəniyyətinin paytaxtı və ölkəmizin Gənclər paytaxtı kimi mühüm tarixi missiyanı yerinə yetirən Naxçıvanda iqtisadi və sosial sahələrin inkişafını təmin etmək üçün tədbirlər ötən 2018-ci il ərzində də davam etdirilib, dinamik inkişaf qorunub saxlanılıb.

İnkişafın ən mühüm göstəricilərindən biri, yəni istər maddi istehsal, istərsə də qeyri-maddi xidmətlər sahələrində iqtisadi fəaliyyətin son nəticəsini xarakterizə edən amillərdən biri ümumi daxili məhsulun artım həcmidir. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, muxtar respublikada sənaye müəssisələri, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılıb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal xeyli artıb. Bütün bu müsbət proseslər ümumi daxili məhsulun artımına səbəb olub. Belə ki, ötən il ümumi daxili məhsul istehsalının həcmi 2 milyard 773 milyon manatdan çox olub. Bu da bir il öncəki müvafiq göstəricini 1,3 faiz üstələyir. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artaraq 6101 manatı ötüb.

Bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib. 2018-ci il ərzində iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabət qabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mövcud layihələrin icrası davam etdirilib, stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bu sahədə mühüm malların istehsalının təmini muxtar respublikada sənayenin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlayıb. Ötən il ərzində ümumi daxili məhsulun tərkibində ilk yeri 27.4 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 58,6 faiz təşkil edib.

Muxtar respublikada quruculuq və abadlıq işləri geniş vüsət alıb. Yeni parklar salınır, inzibati binalar, o cümlədən, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları, idman obyektləri, icra nümayəndəlikləri və bələdiyyə binaları, ən modern üslübda lakin milli və yerli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla yüksək sürətlə və zövqlə inşa edilib vətəndaşların ixtiyarına verilir. Bütün obyektlər müasir komunikasiya, o cümlədən, yüksək sürətli internetlə tam təmin edilib.

Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Naxçıvanda əsas prioritet sahələrdəndir. Ekspertlər bu sahələr arasında kənd təsərrüfatının əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır. Müasir dövrdə ən aktual problemlərdən biri kəndlərdən şəhərlərə köçməyin kütləvi hal almasıdır. Naxçıvanda isə belə bir problem yoxdur. Kəndlərdə ticarət və xidmət obyektləri daxil olmaqla hər cür zəruri infrastrukturun yer aldığı nümunəvi kənd mərkəzləri yaradılıb. Habelə, kəndlərdə yaşayan əhalinin məşğulluğu təmin edilib. İnsanların kənd təsərrüfatı ilə məşğul olmaları, bol məhsul əldə etmələri üçün şərait yaradılıb. Yaşayış məntəqələrində müasir infrastrukturun qurulması, ölkəmizdəki ən keyfiyyətli yolların çəkilməsi, qazın, işığın davamlı verilməsi, bütün kəndlərin telefonlaşdırılması, kənddə şəhər rahatlığının ən yüksək səviyyədə təmin olunması insanların torpağa bağlılığını daha da artırıb, kənd təsərrüfatının inkişafını təmin edib.

Məlumat üçün bildirək ki, bu ilin məhsulu üçün muxtar respublikada 61 min 935 hektar sahədə əkin aparılıb. Bu da 2017-ci ilin məhsulu üçün əkilmiş sahədən 404 hektar çoxdur. Aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə ötən il ümumilikdə 5 milyon 818 min manatdan artıq güzəştli kredit verilmişdir. Məhz görülən məqsədyönlü işlərin nəticəsidir ki, ötən il 480 milyon manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal olunmuş, 101 milyon 781 min ABŞ dollarından artıq məhsul ixrac olunmuşdur.

Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq aqrar sektorun digər bölmələrinin inkişafında həlledici rol oynayır. Taxıl öz kaloriliyinə görə insanın ərzaq balansı rasionunun yarısını təşkil edir. Bu sahənin inkişafına qayğı, diqqət göstərmədən bir çox sahələrin inkişafı mümkün deyil. Taxıl istehsalının artırılması blokada vəziyyətində yaşayan Naxçıvan üçün xüsusilə əhəmiyyətlidir. Sevindirici haldır ki, bu sahə muxtar respublikada hər il daha da inkişaf etdirilir, yeni-yeni nailiyyətlər əldə olunur. Ötən dövrdə muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılıb və 2018-ci ilin məhsulu üçün əkilmiş 32 min 483 hektar sahədən 97 min tondan artıq məhsul götürülüb.

Yeri gəlmişkən qeyd edək ki, regionun strateji əhəmiyyətini nəzərə alaraq və təhlükəsizlik mülahizələri rəhbər tutularaq muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə qida təhlükəsizliyi sistemi ən yüksək səviyyədə qurulmuşdur.

Kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması, eyni zamanda, muxtar respublika əhalisinin əkinçilik və heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına və aqrar istehsal məhsullarının ixraca çıxışının təmin olunmasına, eləcə də bu sahədə rəqabətin daha da güclənməsinə şərait yaradır. Ötən il kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilib, 17 heyvandarlıq təsərrüfatı yaradılıb, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 4 milyon 950 min 100 manat həcmində kreditlərin verilməsi təmin olunub.

Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkanlar yaradıb, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırıb. Naxçıvanda həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlib. Belə ki, ötən il ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 13 milyon 790 min 800 manat təşkil edib. Məhz yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal edilir. Əlamətdar haldır ki, 108-si ərzaq, 242-sı qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmaqdadır. Təkcə ötən il muxtar respublikada 2827 yeni iş yeri yaradılıb ki, bunun da 2782-i və ya 98,4 faizi daimi iş yerləridir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində 2753 nəfər müxtəlif peşələrə yiyələnib.

Muxtar Respublikada aparılan quruculuq-abadlıq, muzeylər, çoxəsrlik tarixi abidələr, inkişaf etmiş infrastruktura,otellər şəbəkəsi və cinayətkarlığın olduqca aşağı səviyəsi bölgəni həm də turizm üçün çox cəlbedici bir məkana çevirmişdir. Belə ki, təkcə ötən il Naxçıvana yarım milyona yaxın turist səyahət etmişdir.

Lakin təssüflər olsun ki, bu gün ölkəmizdə bəzi şəxslər Naxçıvan Muxtar Respublikasının mövcudluğunun məqsədyönlülüyünü şübhə altına almaq, onun hüquqi statusuna kölgə salmaq istiqamətində uğursuz cəhdlər göstərirlər. Iddianın biri bundan ibarətdir ki, guya Naxçıvanın MR-in mövcudluğu Azərbaycan Respublikasının unitar dövlət quruluşu ilə bir araya sığmır. Halbuku, azacıq tarix bilgisi olan şəxs muxtar respublikanın hansı hərbi-siyasi şərtlər altında formalaşdığını və anklav formada Azərbaycandan aralı düşdüyünü yaxşı bilir. Belələri anlamır ki, Naxçıvan MR-nin hüquqi statusu təkcə Azərbaycan konstitusiyası ilə müəyyənləşmir. 1921-ci ildə qəbul olunmuş Qars və Moskva müqavilələrinə görə bölgənin statusu həm də beynəlxalq hüququn əhatə dairəsinə daxil olur. Azərbaycan qanunvericiliyinə görə isə beynəlxalq hüququn yerli hüquq normalarına münasibətdə üstünlüyü mövcuddur. Yəni biz istəsək də birtərəfli qaydada bu statusu ləğv edə bilmərik. Ümumiyyətlə, Naxçıvan MR-a qarşı bu tip cəhdlər hələ Mütəllibov və AXC-Müsavat dönəmində də göstərilirdi. Onlar hətta “prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi“ kimi qondarma və antikonstitusion vəzifə də icad etmişdilər. Onların Naxçıvana göndərdiyi emissarlar regionda qarışıqlıq yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bununla həm də Ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksələn nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olması müddəasını konstitusiyadan çıxararaq Heydər Əliyevin siyasi perspektivinə mane olmağa çalışdılar. Lakin siyasi proseslərin sonrakı inkişafı onları bir daha haqsız çıxardı və xalq onların özlərini hakimiyyətdən süpürüb atdı.

Digər bir əsassız iddia Naxçıvan MR Ali Məclisinin sədrinin səlahiyyətlərinə yönəlib. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 136-cı maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. Bu konstitusion bir səlahiyyətdir və yalnız referendumda dəyişilə bilər. Halbuki, bunu etmək üçün heç bir hüquqi-ictimai zərurət yoxdur.

Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə yaradılan və cənab Vasif Talıbovun birbaşa diqqət və qayğısı ilə maddi-texniki təchizatı gündən-günə güclənən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu bu gün sözün əsl mənasında düşmənə göz dağıdır. Bu ordunun təkcə ötən il keçirdiyi əməliyyat nəticəsində yüzlərlə hektar vətən torpağı düşmən işğalından azad edildi və hazırda əkin-biçinə yararlı hala gətirilərək bölgə əhalisinin rifahına xidmət edir. Habelə, yeni azad edilmiş yüksəkliklərdən Ermənistanın bütün strateji komunikasiyaları birbaşa zərbə altında qalır və düşməni vahimə içərisində saxlayır. Indi bəzilərinin bu ordunun adına və ya funksiyalarına hər hansı kölgə salmaq cəhdi düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Belə iddialar yalnız təəssüf doğurur və düşünürəm ki, onları əlavə şərh etməyə ehtiyac yoxdur.

Bəziləri hətta Naxçıvan sərhədlərində Azərbaycandan gedən malların niyə gömrükdə yoxlanıldığı sualını da verirlər. Bu şəxslər başa düşmür ki, Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsi olmadığı üçün tranzit ölkələrin ərazisindən istifadə etməyi zəruri edir. Yad ərazilərdə isə yüklərin içərisinə ən təhlükəli əlavələr edilə bilər. Bu isə Naxçıvanın, onun əhalisinin təhlükəsizliyinə və sağlamlığına qarşı istənilən təxribatı törətmək niyyətində olan bir sıra xarici dövlətləri şirnikləndirə bilər. Düşünürəm ki, belə adi həqiqətləri anlamaq elə də çətin deyil.

Başqa bir həqiqətə uyğun olmayan arqument ondan ibarətdir ki, guya Naxçıvan MR-in rifah halını yüksəltmək üçün bölgə azad iqtisadi zona olmalıdır və deməli həm də sərhədlərində gömrüksüz ticarət etməlidir. Halbuki, Naxçıvanın yuxarıda da sadaladığımız yüksəlişdə olan iqtisadi göstəriciləri belə niyyətlərin tam əsassız olduğunu sübut edir və zəruriliyini ciddi şübhə altına alır. Habelə belə addımlar bölgəyə özü ilə bərabər maliyyə fırıldaqçılarını və müxtəlif kriminal ünsürləri də cəlb edəcəkdir. Eyni zamanda düşmən dövlətlərin kəşfiyyat orqanlarının bölgədə fəallığı arta və Naxçıvan kimi strateji bir ərazinin təhlükəsizliyi təhdid altına düşə bilər. Belə bir şəraitdə milli-mənəvi dəyərlərimizə vurulacaq zərbənin isə ümumiyyətlə heç nə ilə konpensasiya etmək mümkün olmaya bilər. Halbuki, Naxçıvan ölkəmizin kriminogen baxımdan ən sabit və cinayətkarlığın ən az baş verdiyi regionudur.

Bir məsələni də vurğulamaq yerinə düşər ki, ölkənin və onun hər hansı bir regionunun inkişafı ilə əlaqədar istənilən vətəndaş öz proqram və layihələrini müvafiq dövlət qurumlarına təqdim edə bilər. Zəruri təhlil və müzakirələrdən sonra təqdim olunmuş layihənin həyat qabiliyyətliliyi və vacibliyi mütləq dəyərləndirilir. Lakin əsaslandırılmamış arqumentləri, ideyaları adda-budda və pərakəndə şəkildə KİV-lərdə müzakirəyə çıxarmaq hesab edirəm ki, nəinki konstruktiv addım deyil, hətta adi populizmdir.

Amma aydın məsələdir ki, xalqımızın və ictimai rəyin tələb və gözləntiləri tamam fərqlidir. Belə ki, Vətənimizin ayrılmaz bir parçası olan Naxçıvan bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin və Naxçıvan Ali Məclisinin sədri hörmətli Vasif Talıbovun uğurlu idarəçiliyi sayəsində öz intibah dövrünü yaşayır. Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır və bu günkü nailiyyətləri gələcək müvəffəqiyyətlərin təminatı kimi görür.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu və dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən “Caspian European Club” 2017-ci ildə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirdiyi zaman Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq ­liderliyə yüksəlib.

Göründüyü kimi, 30 ilə yaxındır, blokada şəraitində yaşasa da, Naxçıvan Muxtar Respublikası hərtərəfli və dayanıqlı inkişafa nail olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə deyib: “...Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm”.

Yuxarıda sadalananlar Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə inkişafa nail olunmasının göstəriciləri, böyük uzaqgörənliklə müəyyənləşdirilmiş inkişaf strategiyasının nəticələridir. Bu isə muxtar respublikanın şəhər və kəndlərinin simasını köklü şəkildə dəyişdirir. Hazırda Naxçıvanın hər bir sakini quruculuğun, sosial-iqtisadi inkişafın, davamlı yüksəlişin real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

 
  • Oxunub:  2250  |  
  • Tarix:  22-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

19 May 15:28
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19 May 15:25
Rusiya millisi Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri yarışında iki qızıl medal qazanıb
19 May 14:56
Polşalı gimnast: Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır
19 May 14:49
Sabaha olan hava proqnozu açıqlanıb
19 May 14:27
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
19 May 14:22
Pərvin Kərimzadə: Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaşdır
19 May 14:19
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19 May 12:51
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir
19 May 12:05
Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir
19 May 11:54
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
18 May 19:09
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
18 May 19:06
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18 May 19:01
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir
18 May 17:14
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18 May 17:04
Türkiyənin Azərbaycandakı səfirliyində gənclik və idman bayramı qeyd olunub
18 May 16:45
Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər
18 May 16:21
Maliyyə Bazarlarına Nəzarət Palatası Avropa Banklar Federasiyası ilə əməkdaşlıqda maraqlıdır
18 May 15:57
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
18 May 15:52
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib
18 May 15:49
Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək
18 May 15:45
“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18 May 15:40
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18 May 15:34
Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır
18 May 13:52
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
18 May 13:44
Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
18 May 13:39
Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
18 May 13:30
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18 May 13:26
Musa Qasımlı: Azərbaycanın təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir
18 May 13:19
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
18 May 12:54
Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz
18 May 12:45
Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur
18 May 12:43
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
18 May 12:40
Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər
18 May 11:08
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 May 10:58
Elman Nəsirov: Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq
18 May 10:45
Bu gün Beynəlxalq Muzeylər Günüdür
18 May 10:42
Birinci rübdə ölkədə 53,9 min yeni iş yeri açılıb
18 May 10:39
Hikmət Babaoğlu: Aİ-nin dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir
18 May 10:35
Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb
18 May 10:33
İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir
18 May 10:31
Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir
18 May 10:11
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir
18 May 09:54
BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib
18 May 09:52
Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?
18 May 09:51
Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır
18 May 09:49
Həqiqət uğrunda mübarizə aparan şair
18 May 09:46
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
18 May 09:44
Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18 May 09:40
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
17 May 21:11
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur
17 May 21:09
Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub
17 May 20:43
Abşeron yarımadasında heyvan mənşəli bütün xəstəliklərin identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
17 May 20:39
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
17 May 20:36
AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb
17 May 20:32
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 May 17:57
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
17 May 17:55
Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır
17 May 17:52
YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlı məktəblilərini Bakıya gətirib
17 May 17:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17 May 17:46
Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb
17 May 17:43
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
17 May 17:35
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib
17 May 17:33
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
17 May 17:30
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
17 May 17:28
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
17 May 17:23
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər
17 May 17:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb
17 May 17:20
Çexiya Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır
17 May 17:14
Prezident İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
17 May 17:12
Rauf Əliyev: Azərbaycanda idmanın inkişafına diqqət yüksək səviyyədədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA