Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Binəqədi rayonunda “Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət sakinlərin istifadəsinə verilib

Binəqədi rayonunda “Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət sakinlərin istifadəsinə verilib

19.03.2019 [09:25]

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təmirsiz həyətlərin abadlaşdırılmasına yönəldilən “Bizim həyət” layihəsi uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, martın 18-də həmin layihə çərçivəsində Binəqədi rayonundakı, S. Məmmədova küçəsi 207, 209 ünvanında 600 sakinin yaşadığı binanın həyəti abadlaşdırılaraq istifadəyə verilib.
“Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt həyətlərinin abadlaşdırılması, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün rahat və ekoloji cəhətdən təmiz yaşam şəraitinin yaradılmasıdır.
Layihə çərçivəsində abadlaşdırılan həyətdə əlil və sağlamlıq imkanları məhdud olanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qruplarından olan uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə ərazidə idman qurğuları, uşaqlar üçün oyun meydançası, 3 söhbətgah və oturacaqlar quraşdılıb. Meydançaların salınması gənclərin sağlam həyat tərzi sürməsi, sağlamlıqlarını möhkəmləndirməsi, asudə vaxtlarını səmərəli keçirməsi, eləcə də onların sistemli şəkildə idmanla məşğul olması məqsədi daşıyır.
Sakinlərin maraq və arzuları nəzərə alınaraq yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri tam təmir edilib. Həyətin ərazisindəki mövcud yaşıllıqlara qulluq edilməklə yanaşı, 50 yeni ağac əkilib, yaşıllıq zolağı salınıb.
Bu, Binəqədi rayonunda layihə çərçivəsində abadlaşdırılaraq sakinlərin istifadəsinə verilən 21-ci həyətdir.
Onu da qeyd edək ki, layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar IDEA İctimai Birliyinə abadlaşdırılmağa ehtiyacı olan həyətlər haqqında məlumat vermək xahiş olunur.

Paylaş:
Baxılıb: 173 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31