Ana səhifə »  Qəzetin pdf formatı »  Novruz bayramı - ortaq mənəvi dəyər kimi
A+   Yenilə  A-
Novruz bayramı - ortaq mənəvi dəyər kimi

Qafqazda, Mərkəzi Asiyada və Uzaq Şərqdə yaşayan bir çox xalqlar tarixən müəyyən ortaq bayramları qeyd etmişlər. Novruz bu bayramlar arasında həm əhatəliliyinə, həm də özünəməxsus mərasimlərinə görə digərlərindən fərqlənir.

Müasir dövrdə Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur. Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, çuvaşların Naurus, Krım türklərinin Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu bayram Şimal yarımkürəsinin bir çox ölkələrində hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur.

Təbiətin canlanmasının, birlik və bərabərliyin simvolu olan Novruz Qafqazda, Mərkəzi Asiyanın türk respublikalarında XX əsrin əvvəllərindən başlayaraq 1960-cı illərə qədər bəzi siyasi səbəblərə görə qadağan edilmiş, onun unutdurulmasına çalışılmışdır. Lakin ötən əsrin 90-cı illərindən etibarən öz müstəqilliklərini elan edən postsovet məkanına daxil olan türk respublikaları keçmişlərinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərə diqqəti artırmış və Novruz bayramı da dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunmağa başlamışdır.

Beləliklə, uzun illər təqiblərə məruz qalmasına, hətta keçirilməsi belə qadağan olunmasına baxmayaraq, türk xalqları Novruz bayramına sahib çıxmış və onu bu gün də yaşatmaqda davam edirlər.

Azərbaycanda milli adət-ənənəyə uyğun olaraq Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzi sayılır. Hər bir azərbaycanlı səməni göyərtməklə növbəti ilə bərəkət, bolluq, ruzi arzulayır. Hələ ta qədimdən insanlar Novruz bayramına 4 həftə qalmış hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı oxumaqla Oda, Atəşə, Günəşə etiqadlarını ifadə etmişlər. Bu adət-ənənələr hazırda da davam etdirilir.

Qədim bayramlardan olan Novruz insana həyat verən dörd ünsürün – suyun, odun, torpağın və yelin (havanın) isinməsi, “dirilməsi” istəyi ilə bağlı yaranmışdır. Buna görə də çərşənbələrin adları məhz bu amillə əlaqələndirilmişdir. Əski inanclara görə, insana fayda verməyən “ölü” hesab olunur. Məhz bu mənada torpağın məhsul verməsini dayandırması, onun donması insanın ən zəruri həyat nemətlərindən məhrum olması kimi dərk edilirdi. Yığılan azuqə ehtiyatı tükəndikcə, insanda torpağı oyatmaq, əkmək arzusu artırdı. Torpaq isə birdən-birə “dirilmirdi”. Bunu üçün su, istilik və yel lazım idi. İnanclara görə, bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri “dirilmiş”, bununla əlaqədar şənlik və mərasimlər təşkil olunmuşdur. Elə bu arzu ilə bağlı xalq çox qədimdən həmin dörd ünsürlə bağlı özünün zəngin adət-ənənəsini, etiqad və ayinlərini yaratmışdır. Təzə ilin başlanmasına dörd həftə qalmış bu ayin və etiqadlar icra olunmağa başlayır.

Hər bir xalq Novruz bayramı ilə bağlı etnik, yerli və milli xüsusiyyətlərinə uyğun olaraq özünəməxsus mərasim nəğmələri, rəqslər, xalq oyunları yaratmışdır. Azərbaycanda Novruz bayramı qabağı adətən evlərdə, həyətlərdə abadlıq, təmizlik işləri aparılır, ağaclar və güllər əkilir. Novruz bayramında cürbəcür şirniyyat növləri - qoğal, paxlava, şəkərbura hazırlanır, plov bişirilir, rəngbərəng yumurtalar boyanır, xonça bəzənir, tonqal qalanır, səməni qoyulur. İnsanlar Novruzqabağı əzizlərinin ruhunu anır, küsülülər barışır, qohum-qonşu bir-birinə qonaq gedir, pay göndərirlər. Cavanlar at çapır, Dirədöymə oynayır, Tənbəl qardaş, Kosa-kosa kimi tamaşalar göstərirlər.

Azərbaycanın elə bir regionu yoxdur ki, orada Novruz bayramı təntənə ilə qarşılanmasın. Martın 20-dən 21-nə keçən gecə gündüz ilə gecə bərabərləşir. Ana torpağa nəfəs gəlir, yerin donu açılır, ağaclar bahar suyu içir, təbiət qış yuxusundan oyanır, hər şey cana gəlir. Yurdumuza, elimizə, obamıza yaz gəlir. İnsanlar böyük təntənə ilə Novruzu qarşılayırlar.

Novruz bayramı hər il mart ayının 20, 21, 22-də qeyd olunur. İnsanlarda, quşlarda hətta qarışqalarda belə bir təlaş hiss edilməyə başlayır. Hər bir ailədə əsas yük qadınların üzərinə düşür. Ev qadınları evin əşyalarını həyətə tökər, otaqlar ağardılar, qışın ağır havası evdən təmizlənər, baharın birinci günü təmiz libas və təmiz vücudla qarşılanar.

Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü kimi qəbul edilmişdir. Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa səsləyir. Bahar mərasimləri, adət-ənənələri əsrlərin sınağından çıxaraq, ulu babalarımızdan bizə yadigar qalmış misilsiz ərməğandır. Novruz əsrlərdir ki, milli, dini adət və ənənələrimizi nəsillərdən-nəsillərə ötürərək bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümumxalq bayramımızdır. Xalqımızın sevə-sevə qeyd etdiyi bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bizi də bir xalq olaraq birləşdirir, xalqımızda daha möhkəm birlik yaradır və həmrəyliyə xidmət edir.

Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. İnkarolunmaz faktdır ki, Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi, payı vardır. Sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız bu əziz bayramı həmişə qeyd etməyə can atmışdır. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev də sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə də başlamışdır. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarılmışdır. Ulu Öndər hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxar, azad və müstəqil xalqımızın Novruz sevinclərindən zövq alardı.

Təbiət bayramı – Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzun dövlət səviyyəsində bayram edilməsi isə onun əhəmiyyətini daha da artırır.

Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Hər il Ulu Öndərin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri Novruzun ruhundan doğurdu. Ümummilli Liderin bayram şənliklərində iştirakı, Kosa ilə yumurta döyüşdürməsi, Bahar qızı ilə söhbətləri Novruz tədbirlərini daha da şənləndirir, insanların sevincinə səbəb olurdu.

Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd etmişdir.

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir.

Bu qərarı əslində dünyanın bir çox ölkələrində, xüsusilə də türk coğrafiyasında yaşayan xalqların dünya sivilizasiyasına verdiyi mədəni töhfə kimi qiymətləndirmək olar. Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.

Mübaliğəsiz demək olar ki, Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır. Dolayısı ilə Novruz ənənəsini davam etdirən hər kəs mədəniyyət daşıyıcıları olmaqla yanaşı, ortaq dəyər kimi bu ənənələri qoruyurlar. Novruz, xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.

 
  • Oxunub:  1650  |  
  • Tarix:  20-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın liderliyi ilə regionda şaxələndirilmiş enerji və nəqliyyat dəhlizləri yaradılıb

18 Aprel 16:09
Hesablama Palatasının nümayəndə heyəti beynəlxalq müzakirələrdə iştirak edir
18 Aprel 16:06
Elmira Axundova: Əminəm ki, Ulu Öndərimizlə bağlı əsərlərim Türkiyədə bütün azərbaycansevər oxucuların qəlbini oxşayacaq
18 Aprel 15:49
Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Türkiyədə bir sıra görüşlərdə iştirak edib
18 Aprel 15:48
Elmar Məmmədyarov: Brüssel sammiti "Şərq tərəfdaşlığı" tarixində yeni bir səhifə olacaq
18 Aprel 15:38
Xorvatiyalı nazir Bakıya səfər edəcək
18 Aprel 15:37
Azər Badamov: Azərbaycan güclü iqtisadiyyata malik olan ölkədir
18 Aprel 15:08
NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru Hərbi Akademiyada olub
18 Aprel 15:02
“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilib
18 Aprel 14:53
Çexiyada Şərq Tərəfdaşlığı Proqramının 10 illiyinə həsr olunmuş tədbir keçirilib
18 Aprel 14:36
Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 142 milyon dolları ötüb
18 Aprel 14:35
Gəncə Dövlət Universiteti ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında memorandum imzalanıb
18 Aprel 14:30
Akademik İqrar Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib
18 Aprel 14:28
Son üç ayda Azərbaycana dünyanın 157 ölkəsindən 6 yüz mindən çox ziyarətçi gəlib
18 Aprel 14:21
Vəkillər Kollegiyası Prezidentin Fərmanından irəli gələn məsələlərlə bağlı genişmiqyaslı işlər həyata keçirəcək
18 Aprel 14:18
Amerikalı mütəxəssis tələbələri narkomaniyanın təhlükəli fəsadları barədə məlumatlandırıb
18 Aprel 14:10
Bakıda “Sağlamlıq və xoşbəxtlik” devizi altında növbəti yarışlara start verilib
18 Aprel 14:07
ABŞ-ın Vaşinqton ştatının ən böyük vilayətində Azərbaycanla bağlı təqdimat keçirilib
18 Aprel 14:03
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
18 Aprel 14:00
Bəstəkarlar İttifaqında dahi şair və mütəfəkkir Nəsiminin yaradıcılığına həsr olunan məruzələr dinlənilib
18 Aprel 13:59
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
18 Aprel 13:56
AQTA ilə Türkiyə Kənd Təsərrüfatı Müəssisələrinin Baş İdarəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
18 Aprel 13:51
Cari ildə ölkədən 7,7 milyon tonadək neft ixrac edilib
18 Aprel 13:49
Orxan Məmmədov: Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi prioritet məsələdir
18 Aprel 13:44
Prezident İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
18 Aprel 13:39
Mavritaniya qəzetlərində Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlişi ilə bağlı məqalə dərc edilib
18 Aprel 13:33
Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
18 Aprel 12:33
Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib
18 Aprel 12:27
Ukraynanın dövlət agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin Prezident İlham Əliyevin uğurlu siyasəti barədə məqaləsini yayıb
18 Aprel 12:23
BMT və Vəkillər Kollegiyası vəkillər üçün seminar keçirir
18 Aprel 12:09
Azərbaycan pambıq lifi və ipliyinin ixracını artırıb
18 Aprel 12:00
Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinin elmi-nəzəri təhlilinə dair dəyirmi masa keçirilir
18 Aprel 11:57
Azərbaycan səfiri etimadnaməsinin surətini Portuqaliya Xarici İşlər Nazirliyinin baş katibinə təqdim edib
18 Aprel 11:45
Qusar və Xaçmaz rayonları ərazisində sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyəti yoxlanılıb
18 Aprel 11:41
Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaradılmasının 100 illik yubileyinə həsr olunan konfrans keçirilib
18 Aprel 11:32
Azərbaycan Turizm Assosiasiyası turizm kursları təşkil edəcək
18 Aprel 11:27
Çində nəşr olunan “Lookwe” jurnalının aprel buraxılışı Azərbaycana həsr olunub
18 Aprel 11:21
Raket və artilleriya bölmələri döyüş atışlarını yerinə yetirib
18 Aprel 11:12
Ötən gün 24 cinayətin üstü “isti izlər”lə açılıb
18 Aprel 11:09
İlin ilk iki ayı ərzində Azərbaycanda 23 min 400 körpə doğulub
18 Aprel 10:59
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
18 Aprel 10:54
“Visa International” bu il Rəqəmsal Ticarət Qovşağının 3-cü konfransında iştirak edəcək
18 Aprel 10:43
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşü Vaşinqtonda keçirməyi təklif edib
18 Aprel 10:35
Azərbaycan və Hindistan arasında tələbə mübadiləsi ilə bağlı müzakirələr aparılıb
18 Aprel 10:23
Marek Qrobarçik: Polşa Azərbaycanla gəmiqayırma sahəsində əməkdaşlıq etməyə maraqlıdır
18 Aprel 10:18
18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 10:10
Tariximizin xanlıqlar dövrünün qiymətləndirilməsinə və siyasi təhlilinə dair fundamental əsər
18 Aprel 10:07
Azərbaycanın liderliyi ilə regionda şaxələndirilmiş enerji və nəqliyyat dəhlizləri yaradılıb
18 Aprel 10:02
“Şahdağ. Dağların şahı” sənədli filminin təqdimatı olub
18 Aprel 09:59
Akademik Urxan Ələkbərov Ankarada Azərbaycanın davamlı inklüziv inkişafı mövzusunda məruzə edib
18 Aprel 09:57
Ədliyyə Nazirliyində mediasiya institutunun tətbiqinə dair dəyirmi masa keçirilib
18 Aprel 09:54
Bakıda “Tolerant Azərbaycan” mövzusunda konfrans keçirilib
18 Aprel 09:53
Bakıda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanır
18 Aprel 09:52
Seçenov Universitetinin Bakı filialında səhiyyənin təşkilinə dair ixtisasartırma kursları keçirilib
18 Aprel 09:49
Avropa Gənclər Olimpiya Festivalına hazırlıqla əlaqədar silsilə tədbirlər keçirilir
18 Aprel 09:48
Heydər Əliyev Mərkəzində “Qaratoxmaq qadın” monotamaşası nümayiş etdirilib
18 Aprel 09:46
“Bakcell”dən uşaq şahmat turnirinə növbəti dəstək
18 Aprel 09:45
“Nar” 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb
18 Aprel 09:44
Azercell-in sərfəli “Sadə” tarif paketi ilə danışıqlarınıza sərhəd qoymayın!
18 Aprel 09:40
Ölkəmizdə tütünçülüyün inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
17 Aprel 21:29
Kişineuda tələbələrə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
17 Aprel 21:19
Səfər Mehdiyev: Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans uğurla başa çatdı
17 Aprel 21:16
Gürcüstanın xarici işlər nazirinin müavini Diasporla İş üzrə Dövlət Komitəsində olub
17 Aprel 20:20
Allahşükür Paşazadə: Prezident İlham Əliyevin sayəsində nail olduğumuz hər bir uğur dünya müsəlmanlarının, Azərbaycan ictimaiyyətinin nəzərində tarixi hadisəyə çevrilir
17 Aprel 20:12
BSU-nun YAP-a yeni üzv olan tələbələrinə vəsiqələr təqdim edilib
17 Aprel 20:09
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
17 Aprel 20:04
Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb
17 Aprel 20:00
YAP Suraxanı rayon təşkilatında Gənclər Birliyinin V konfransı keçirilib
17 Aprel 19:57
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi seminar
17 Aprel 19:49
Kşiştof Şçerski: Azərbaycan-Polşa əlaqələri strateji xarakter daşıyır
17 Aprel 19:45
Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işini başa çatdırıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +15
gecə+9 +11