/ / Bakı Dövlət Universitetində SOCAR istiqrazları və “İqtisadiyyat 2.0” mövzusunda konfrans keçirilib
Bakı Dövlət Universitetində SOCAR istiqrazları və “İqtisadiyyat 2.0” mövzusunda konfrans keçirilib
18.04.2019 [19:58]
Aprelin 18-də Bakı Dövlət Universitetində (BDU) SOCAR istiqrazları və “İqtisadiyyat 2.0” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, BDU və SOCAR Capitalın birgə təşkilatçılığı ilə keçirilən tədbiri açan rektor Elçin Babayev SOCAR-ın fəaliyyətindən, həyata keçirdiyi yerli və beynəlxalq səviyyəli layihələrdən danışıb, qurumun həm də elmi-tədqiqat işləri ilə məşğul olan şirkət kimi çoxşaxəli işlər gördüyünü qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin uğurlu nəticələrini, innovativ inkişaf xəttini diqqətə çatdırıb. Rektor innovasiyalar, startaplar və elmi nəticələrin kommersiyalaşdırılmasından danışıb, qısa müddət ərzində regionda həm də elm, təhsil sahəsində liderə çevrilməklə bağlı fikirlərini bölüşüb.
BDU-nun SOCAR-la əlaqələrini, universitetdə keçirilən əmək yarmarkasında şirkətin müxtəlif qurumlarının aktiv iştirakını vurğulayan rektor konfransın işinə uğurlar arzulayıb və tələbələr üçün faydalı olacağını bildirib.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Prezident İlham Əliyevin tapşırıqlarını rəhbər tutan SOCAR-ın beynəlxalq səviyyəli şirkətə çevrilməsi istiqamətində həyata keçirdiyi layihələr haqqında məlumat verib. Gənclərin əksəriyyətinin SOCAR-da işləmək istəyindən danışaraq öz ixtisasına yüksək səviyyədə yiyələnmiş, ali təhsilli gənclərə hər zaman ehtiyac olduğunu vurğulayıb. O, SOCAR-ın tələbələr üçün həyata keçirdiyi xarici və daxili təqaüd proqramları haqqında məlumat verib, bu layihələrin qalibi olmuş məzunların qurumun idarə və müəssisələrində müsabiqədənkənar işlə təmin olunduğunu vurğulayıb. Bugünkü tədbirdə iştirak edən tələbələrin SOCAR-ın yaratdığı imkanlardan yararlanacağını deyən Xalik Məmmədov təhsillərini başa vurduqdan sonra onların SOCAR ailəsinin üzvünə çevriləcəyinə əmin olduğunu bildirib.
SOCAR-ın maliyyə bazarları üzrə baş məsləhətçisi Əli Ağaoğlu “İqtisadiyyat 2.0” mövzusunda təqdimat edib. O, təqdimatının birinci hissəsində SOCAR istiqrazlarının buraxılışı zamanı maliyyə bazarlarında həyata keçirilən mütərəqqi addımlar, istiqrazların xüsusiyyətləri, təkrar bazar əməliyyatları, korporativ istiqraz bazarındakı payı və Azərbaycan iqtisadiyyatına töhfələri barədə məlumat verib. Ə.Ağaoğlu təqdimatının ikinci hissəsində qlobal iqtisadi proseslər, dünya iqtisadiyyatındakı mövcud və gələcək tendensiyalar, qloballaşma prosesinin trayektoriyası, gələcəkdə üstünlük veriləcək fəaliyyət sahələri, ümumilikdə, növbəti 10 il üçün proqnozlaşdırılan iqtisadi mənzərə barədə auditoriyanı məlumatlandırıb.
Tələbələrlə interaktiv ünsiyyət şəraitində baş tutan təqdimatda beynəlxalq miqyasda qəbul olunan və güclü meyil göstərilən biznes trendlərinin mahiyyəti, rəqabətədavamlı professional kadrlara tələbatın hər il daha da artması və gələcəyin biznes-məşğulluq mühitinin elmi inkişafın nəticəsindən asılı olaraq formalaşacağı diqqətə çatdırılıb.
Tədbirin sonunda müzakirələrdə fəal iştirak edən beş tələbəyə SOCAR-ın sertifikatları və hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Gündəm
17 Sentyabr 11:41
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28

