Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dariqa Nazarbayeva: Azərbaycanın və Qazaxıstanın parlamentləri arasında möhkəm əlaqələr mövcuddur

Dariqa Nazarbayeva: Azərbaycanın və Qazaxıstanın parlamentləri arasında möhkəm əlaqələr mövcuddur

18.04.2019 [21:00]

Milli Məclisin sədri Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyası Şurasının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində aprelin 18-də Qazaxıstan Senatının sədri Dariqa Nazarbayeva ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan-Azərbaycan ənənəvi dostluq münasibətlərindən danışan Dariqa Nazarbayeva iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən Xəzər hövzəsində, nəqliyyat-logistika, turizm sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Senatın sədri Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev ilə Bakıya səfərini, Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini xatırlayıb. O vurğulayıb ki, Azərbaycan qazaxıstanlıların həvəslə səyahət etdikləri ölkədir. “Xalqlarımız özləri mehriban münasibətlər yaradıblar, bizə isə bu əlaqələri inkişaf etdirmək qalır”, - deyə D.Nazarbayeva bildirib.

Senatın sədri iki ölkənin parlamentləri arasında da möhkəm əlaqələrin mövcud olduğunu vurğulayaraq deyib: “Ümid edirik ki, Azərbaycan ilə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək”.

Milli Məclisin sədri Oqtay Əsədov Dariqa Nazarbayevanı Qazaxıstan Senatının sədri seçilməsi münasibətilə təbrik edib. O vurğulayıb ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra ikitərəfli münasibətlər dövlətlərarası əməkdaşlıq səviyyəsinə qalxıb. Azərbaycan və Qazaxıstan xalqlarının liderləri Heydər Əliyev və Nursultan Nazarbayev arasında olan dostluq münasibətləri əlaqələrimizin inkişafında mühüm rol oynayıb. Azərbaycan xalqı Nursultan Nazarbayevin beynəlxalq təşkilatlarda ölkəmizlə bağlı ədalətli mövqeyini hər zaman yüksək qiymətləndirir. Milli Məclisin sədri iki dost ölkənin parlamentlərinin də əlaqələrinin bundan sonra sürətlə inkişaf edəcəyinə əmin olduğunu qeyd edib.

Paylaş:
Baxılıb: 226 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30