Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfrans keçirilir

Bakıda "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfrans keçirilir

19.04.2019 [10:51]

Aprelin 19-da Bakıda 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü nə həsr olunan "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bütün dünyada qeyd olunan Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" və 26 aprel - Ümüdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Beynəlxalq Əqli Mülkiyyət Gününün əhəmiyyətindən danışaraq deyib ki, bu günlərdə keçirilən müxtəlif tədbirlər, görüşlər, dəyirmi masalar, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdən, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini qabarıq göstərməkdən ibarətdir. Xatırladıb ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü Azərbaycanda 1997-ci ildən, Beynəlxalq Əqli Mülkiyyət Gününü isə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi 2001-ci ildən başlayaraq qeyd edir.

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün builki 24-cü ildönümü UNESCO-nun qərarı ilə ədəbiyyatın və oxunun, qiraətin xüsusi əhəmiyyətinin qeyd edilməsinə həsr olunur. Bilik amili olan kitablar insanları ümumbəşəri tarix və ortaq irs ətrafında birləşdirir. Bununla yanaşı, kitablar müxtəlif mədəniyyətlərin, identikliklərin və dillərin xüsusiyyətlərinin açılmasına xidmət edirlər. Bu da kitabların ikili əhəmiyyətini – ümumbəşəri mədəniyyətin və mədəni müxtəlifliyin daşıyıcısı olduğunu göstərir.Azərbaycan yeniləşdiyini, qüdrətləndiyini, ölkəmizin nüfuzunun beynəlxalq miqyasda artdığını qeyd edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib: "Prezident İlham Əliyevin iqtisadi islahatlar konsepsiyası yeni uğurlu nəticələr verir, Azərbaycan iqtisadiyyatında artım nümayiş olunur, 2019-cu ilin iki ayının nəticələri, həmin ilin yarvar-fevral aylarındakı ÜDM-in nəticələri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur, sənayenin isə qeyri-neft sektorundakı artımı 15,5 faizdir və dünya rekordu səviyyəsindədir. Bütün bunlar əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlarla müşahidə olunur. Minimum əmək haqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması və dövlət başçısı tərəfindən atılan digər addımlar böyük rəğbətlə qarşılanır. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbrikindəki sözlərlə desək, "bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha geniş miqyasda öz həllini tapacaqdır…".

Xalqımız dövlət başçısının yürütdüyü siyasətə böyük dəstək verir. Fransanın "Opinion Way" şirkətinin sorğusunun nəticələri göstərir ki, vətəndaşların 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasını Prezident İlham Əliyevin ən uğurlu nəticəsi kimi dəyərləndirir, 85,1 faizi isə son bir ildə görülən işlərə müsbət qiymət verir.

Kamran İmanov qeyd edib ki, Dünya Bankının "Doing Business – 2019" hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerə yüksəlib, 10 ən islahatçı dövlətlər sırasında olması heç də təsadüfi deyil. Bir sözlə, dövlət başçısının verdiyi mühüm qərarlar Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcıdır.

Gələcəyi olmayan Ermənistan isə keçmişi, özü də mifomaniyadan gələn keçmişi ilə yaşayır. Uydurma keçmişi "canlandırmaq" məqsədilə özlərini Cənubi Qafqazın avtoxton sakinləri qismində dünyaya təqdim üçün terroru və terrorçuları da dəstəkləyir, istənilən saxtakarlıqlara, sağlam məntiqdən uzaq olan uydurmaya da gedirlər. Tanınmış Rusiya tarixçisi və politoloqu, bugünkü konfransımızın qonağı Oleq Kuznetsozun sözləri ilə desək, "... cahillik, naşılıq ... istənilən erməni humanitar fikrinin vizit kartıdır. Buna görə də Ermənistanda müasir elmi biliyə yox, aşkar nasist Tsexakron [Njde] nəzəriyyəsinin tövsiyələrinə uyğun olaraq, yaşamağa üstünlük verilir".

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30