Ana səhifə »  Qəzetin pdf formatı »  Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
A+   Yenilə  A-
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var

Coğrafi baxımdan Vyetnamdan uzaqda yerləşən Azərbaycanın Vyetnama, onun xalqına qarşı çox isti münasibəti var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Vyetnam Milli Assambleyasının deputatı, Vyetnam Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin vitse-prezidenti, Vyetnam–Azərbaycan Dostluq Assosiasiyasının sədri Nqiem Vu Kay Vyetnam Kommunist Partiyasının rəsmi “Nhan Dan” televiziya kanalının "Xarici məsələlər jurnalı" verilişində qonaq olarkən deyib.

Verilişdə ötən əsrin 70-ci illərində Bakı Dövlət Universitetinin geologiya ixtisasi üzrə ali təhsil alan Nqiem Vu Kay ölkəsinə qayıtdıqdan sonra yerli neft-qaz geologiyası sahəsində kadrların hazırlanmasında yaxından iştirakı, Vyetnam-Azərbaycan münasibətləri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının yaradılması və fəaliyyəti haqqında danışıb. 2011-2013-cü illərdə Vyetnamın elm və texnologiya nazirinin müavini vəzifəsində çalışmış Nqiem Vu Kay bildirib ki, Vyetnam–Azərbaycan Dostluq Assosiasiyası iki ölkə və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə vermək üçün 2015-ci ildə təsis edilib.

Assosiasiyasının sədri iki ölkə arasında mövcud dostluğun və həmrəyliyin Vyetnamda baş vermiş milli azadlıq müharibəsi zamanı özünü daha qabarıq formada göstərdiyini söyləyib. O, Vyetnamın sabiq prezidenti Xo Şi Minin 1959-cu ildə Azərbaycana səfərini yada salaraq, ötən müddətdə iki xalq arasındakı sıx dostluq münasibətlərinin Azərbaycan-Vyetnam əməkdaşlığının bütün sahələrdə dərinləşməsinə böyük təsir göstərdiyini qeyd edib.

Nqiem Vu Kay Azərbaycanın təkcə neft-qaz sənayesi kadrlarının deyil, həm də siyasi, hərbi ixtisaslar və elm-texnologiya sahəsində mütəxəssislərin yetişdirilməsində Vyetnama kömək etdiyini xüsusi vurğulayıb. Təsadüfi deyil ki, Azərbaycan təhsil ocaqlarından məzun olanlar arasında Vyetnam parlamentinin sədr müavini Uonq Çu Lu, habelə 4 nəsil hərbi dəniz admiralları olub.

Vyetnam–Azərbaycan Dostluq Assosiasiyasının sədri müasir dövrdə də hər iki ölkənin rəhbərliyinin əlaqələri dərinləşdirmək niyyətində olduqlarını söyləyib, 2014 və 2015-ci illərdə dövlət başçılarının qarşılıqlı səfərlərini yada salıb. Bildirib ki, dövlət rəsmiləri və parlament üzvləri səviyyəsində çoxsaylı səfərlərin həyata keçirilməsi, həmçinin hökumətlərarası komissiyanın fəaliyyəti əlaqələrimizin genişlənməsi işində böyük rol oynayır.

Rəhbərlik etdiyi assosiasiyanın fəaliyyətindən danışan Nqiem Vu Kay deyib ki, Azərbaycanın Hanoydakı səfirliyi ilə əməkdaşlıq şəraitində bir çox tədbirlərin təşkilində yaxından iştirak edirlər. Bundan başqa, assosiasiyanın üzvləri, xüsusən də Azərbaycanın ali təhsil ocaqlarının məzunları və onların ailə üzvləri ilə birlikdə hər il müxtəlif əlamətdar günlərdə, o cümlədən Novruz bayramında toplaşaraq, Azərbaycanla bağlı xatirələrini bölüşür, iki xalq arasında mübadilənin dərinləşməsi ilə bağlı görə biləcəyi işlər haqqında danışırlar.

Azərbaycanda təhsil aldığı illəri yada salan Nqiem Vu Kay müəllimlərin, tələbə yoldaşlarının, sadə insanların vyetnamlılara xeyirxah və isti münasibətinin, hərtərəfli dəstəyinin, onun kimi digər vyetnamlı tələbələrin yaddaşında silinməz iz qoyduğunu deyib. O, məhz bu münasibət və dəstək sayəsində vyetnamlı tələbələrin tədrisdə və ictimai işlərdə fəallıq nümayiş etdiklərini qeyd edib, müharibə illərində Azərbaycan xalqının Vyetnama göstərdiyi hərtərəfli dəstəyini və həmrəyliyini xüsusi vurğulayıb.

Verilişdə, eyni zamanda, Azərbaycanın qədim tarixi və zəngin mədəni irsi barədə məlumat verən assosiasiyanın sədri deyib ki, Azərbaycan ədəbiyyat və musiqi yaradıcılığı sahəsində çox böyük inkişafa nail olub. O, azərbaycanlıların zəhmətkeş, xeyirxah və dürüst insanlar olduqlarını qeyd edib. Nqiem Vu Kay iki xalq arasındakı oxşar cəhətlərin və ortaq dəyərlərin dostluğumuzun və əməkdaşlığımızın möhkəmlənməsinə fayda verdiyini deyib.

Nqiem Vu Kay müasir dövrdə iki ölkə arasında elm, təhsil, texnologiya sahələrində əməkdaşlıq üçün yeni imkanların yarandığını qeyd edib, vyetnamlı gənclərə Azərbaycanda ali təhsil almağı tövsiyə edib. O, iki ölkənin ticarət, beynəlxalq nəqliyyat-logistika və turizm kimi sahələrində əməkdaşlığının səmərəliyi haqqında söhbət açıb.

 
  • Oxunub:  2310  |  
  • Tarix:  19-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır

16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək
16 İyul 20:03
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olub
16 İyul 19:51
Dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur
16 İyul 19:48
İsrailin Vergi Orqanının baş direktoru yeni Bakı Limanının fəaliyyəti ilə maraqlanıb
16 İyul 19:44
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16 İyul 17:49
Azərbaycan dövlətinin uzun illərə söykənən qadın siyasəti var
16 İyul 17:47
Donald Tuskun Cənubi Qafqaz turnesi: "Şərq tərəfdaşlığı"nda yeni mərhələ kontekstində
16 İyul 17:45
Azərbaycanla Əfqanıstanın nəqliyyat və İKT sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb
16 İyul 17:39
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 İyul 17:31
Azərbaycanın Xarici İşlər naziri Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri ilə görüşüb
16 İyul 17:20
Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin nəticələri barədə məlumatlandırılıb
16 İyul 17:13
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində proqram təminatından istifadə qaydaları üzrə təlim keçirir
16 İyul 17:09
Bakıda Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16 İyul 17:06
Biləsuvarda məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatı yaxşılaşdırılır
16 İyul 16:57
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində regional dinləmələr davam edir
16 İyul 16:54
Nazirlik: Respublikada bu günədək 3 milyon tondan çox taxıl yığılıb
16 İyul 16:48
Lerikdə “Dövlət gənclər siyasətində partiya gənclərinin rolu” mövzusunda müzakirələr aparılıb
16 İyul 16:25
Goranboyun tam qazlaşdırılması yekunlaşır
16 İyul 16:01
Səyyar “ASAN xidmət” davam edir
16 İyul 15:57
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Argentina Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
16 İyul 15:53
Muxtar respublikada yerli istehsal və idxal məhsullarının standartlara uyğunluğuna ciddi nəzarət olunur
16 İyul 15:41
Ötən il Azərbaycanla Əfqanıstanın ticarət dövriyyəsi 37 faiz artıb
16 İyul 15:35
Ali Baş Komandanın tapşırığına əsasən hərbi hissələr yoxlanılır
16 İyul 15:17
İsrailin Vergi Orqanının rəhbəri Azərbaycanın vergi sistemindəki islahatlar barədə məlumatlandırılıb
16 İyul 15:11
“İş Qadınlarına Dəstək” İB-nin daha 9 ölkədə nümayəndəliyi fəaliyyət göstərəcək
16 İyul 15:04
Frank Şıkli: Kannda təşkil olunmuş sərgi Azərbaycan mədəniyyətinin təbliği baxımından çox əhəmiyyətlidir
16 İyul 14:47
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılarla Milli Olimpiya Komitəsində görüş keçirilib
16 İyul 14:13
Maqali Tabui: Kanndakı sərgi bizə Azərbaycanın xalçaçılıq sənəti ilə yaxından tanışlığa imkan yaradır
16 İyul 13:58
“İş Qadınlarına Dəstək” İctimai Birliyi yaradılıb
16 İyul 13:53
Azərbaycanın Baş Naziri Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüşüb
16 İyul 13:42
İşdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 77 işçi əvvəlki yerlərinə bərpa edilib
16 İyul 13:36
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 1,1 milyard dollar artıb
16 İyul 13:34
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələri Milli Məclisdə olublar
16 İyul 12:52
ANAMA-nın kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 İyul 12:39
Əfqanıstan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 İyul 12:35
İndiyədək Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 milyon dollar investisiyalar yatırıb
16 İyul 12:31
XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək
16 İyul 12:16
Lerikdə “Sosial şəbəkələr: təhlükəsizlik qaydaları” mövzusunda təlim
16 İyul 12:15
Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb
16 İyul 11:40
Naxçıvanda icbari tibbi sığortadan yararlanan daha bir nəfər üzərində pulsuz cərrahi əməliyyat aparılıb
16 İyul 11:38
Çində Azərbaycan Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi fəaliyyət göstərir
16 İyul 11:30
Azərbaycan təbii qaz ixracını artırıb
16 İyul 11:26
Bakıda “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək
16 İyul 11:23
Gürcüstanın Xarici İşlər Nazirliyi ölkə ictimaiyyətini təxribatlardan çəkinməyə çağırıb
16 İyul 11:20
Amina Mohammed: Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanın atdığı addımlar təqdirəlayiqdir
16 İyul 11:17
Altı ayda dəmir yolu nəqliyyatı ilə 1,5 milyard dollarlıq yük daşınıb
16 İyul 11:16
BMT qadınları daha çox rəhbər vəzifələrə təyin etməyə çağırıb
16 İyul 11:14
Bakıda yeni layihə uğurla həyata keçirilir
16 İyul 11:10
Özü bu dünyadan getsə də, səsi daim yaşayan sənətkar
16 İyul 11:07
DİM dövlət qulluğuna qəbul üzrə namizədlərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb
16 İyul 11:03
Azərbaycan regionda və MDB məkanında ilk ölkə kimi ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabat təqdim edib
16 İyul 09:58
MN: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
16 İyul 09:53
Türkiyə parlamentində 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib
16 İyul 09:51
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
16 İyul 09:46
“Harda Azərbaycan adı eşitsək, dərhal Heydər Əliyev yada düşür”
16 İyul 09:44
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb
16 İyul 09:43
YAP-ın təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu start götürüb
16 İyul 09:42
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin ikinci turu gənclərdə xoş təəssürat yaradıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+29 +33
gecə+21 +24