Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb

“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb

19.04.2019 [12:41]

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar dövlət qulluqçuları arasında keçirilən “Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərində fəaliyyət göstərən dövlət təşkilatlarından 16 komandanın iştirak etdiyi oyun 2 seçim və final mərhələlərindən ibarətdir. İlk seçim mərhələsində “Araz” (Dövlət Nəqliyyat Xidməti), “Zirvə” (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi), “Kəhrəba” (Kənd Təsərrüfatı Nazirliyi), “Günnüt” (Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi), “Təhsil” (Təhsil Nazirliyi), “Qarabağlar” (Dövlət Baş Sığorta Agentliyi), “Rifah” (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), “Mübariz” (Səhiyyə Nazirliyi) komandaları mübarizə aparıblar. İki yarımfinal mərhələsində keçirilən oyun “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarından ibarət olub.

“Kəhrəba”, “Araz”, “Təhsil”, “Qarabağlar” komandaları final mərhələsində qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, oyunun ikinci seçim mərhələsi aprelin 24-də, final mərhələsi isə mayın 7-də olacaq.

Paylaş:
Baxılıb: 230 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30